Siyasət

Avropadakı böyük Qarabağ mitinqi başlayıb - YENİLƏNİB - FOTO

23 Fevral 2019 19:44
15 Şərh     Baxış: 2 115

19:44

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında izdihamlı ümumavropa Qarabağ mitinqi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandır!", "Qarabağa qayıtmaq istəyirik!", "Dilqəmə və Şahbaza azadlıq!" və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

Mitinqdə çıxış edən diaspor nümayəndələrimiz 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda qəbul olunan qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

----------

18:09

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında ümumavropa Qarabağ mitinqi keçirilir.

Milli.Az Report-a istinadən xəbər verir ki, aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandır!", "Qarabağa qayıtmaq istəyirik!", "Dilqəmə və Şahbaza azadlıq!" və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış edirlər.

Onlar 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb edirlər. Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.

---------

15:47

Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilir.

Milli.Az xəbər verir ki, mitinq yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayacaq və 2 saat davam edəcək. Xaricdə yaşayan yüzlərlə soydaşımız "Xocalıya ədalət", "Dilqəm və Şahbaza azadlıq", "Biz Qarabağa qayıtmaq istəyirik" tələbləri ilə Lüksemburq meydanına axışır.

Mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq onlayn şəkildə izləmək mümkün olacaq. 

Mitinqdə iştirak edə bilməyən, lakin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çalışan həmvətənlərimiz mitinqlə bağlı xəbərləri, foto və videoları sosial şəbəkələrdə daha çox yaymaqla bu ümumi işə öz töhfələrini verə bilərlər.

Qərib Səfərov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Roya · 23 Fevral 19:2550

    Ehsen hemvetenlerimize.Haqli olan bizik.Kimin gucu neye catirsa oz komeyini esirgememelidir.Bir elin nesi var iki elin sesi var.

    Cavab yaz
  • Anonim
    Daglı · 23 Fevral 19:5552

    Dünya kardı,kordu və Heç bir mitinqin xeyiri yoxdu. Yeganə yolumuz silaha sarılıb torpaqlarımızı azad etməkdir!

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 23 Fevral 22:0550

      Məncə təqdirlayiq haldır.Heç olmazsa bir yerə toplaşmağı,bir olmağı bilməliyik.Var olduğumuzu,bunları bacardığımızı özümüzə sübut etməliyik.Dünya birliyi susur,bizlərdə lal kar kor olub onlarla üç meymunu oynamağa alışmışıq.Ətalətdən çıxmaq üçün bu xalq da,diasporası da möhkəmcə silkələnməlidir!!!

      Cavab yaz
      • Anonim
        Daglı · 23 Fevral 23:2813

        Salam. BMT-nin 4 ədəd qətnaməsini yadınıza salın. Hansı küçə yürüşü, BMT qətnamələrindən üstün olacaq?

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 23 Fevral 23:5440

          Aleykum salam.Yadımdadır,amma kimliyimizi,varlığımızı xatırladırsa,deməli unutmaq lazımdır.Olmasın BMT nin qətnamələrindən üstün.Heç nəyi həll etməsin də,millət olaraq səsimiz çıxmalıdır,çıxması zəruridir.Özümüzə inamımız,birliyimizə inamımız,itirdiyimiz bütün dəyərlərimiz,kimliyimiz üçün...

          Cavab yaz
          • Anonim
            Daglı · 24 Fevral 00:1812

            Səsimiz Qarabagda çıxmalıdır,vəssalam.başqa heç cür itirilmiş torpaqları geri qaytarmaq mümkün deyil. Bu gün bütün dünya işgalçılara qucaq açır,onları dəstəkləyir. Öz gücümüzə torpaq ugrunda savaşa qalxmalıyıq,30 il gözlədik, bəs deyil?

            Cavab yaz
            • Anonim
              ƏSİ. · 24 Fevral 12:2530

              Buna sözüm yox.Əgər,siz dediyiniz kimi BMT nin qətnamələrini yadımızda saxlamalıyıqsa,onda hər şeyi onların əsasnamələrinə görə etməli olacağıq ki,bu da bizim Qarabağda da susmağımız üçün əsas olacaq.Onun üçün hər yerdə,hər vasitə ilə səsimizi eşitdirməliyik.Dünyanın susması bizi susdurmamalıdır!!!

            • Anonim
              Daglı · 24 Fevral 14:1200

              BMT qətnamələri işgalçıların Qarabagdan qeyd-şərhsiz çıxmasını tələb edir. Sonra da ki,erməni bu dəqiqə Qarabagln yenidən qurulmasına milyardlarla pul xərcləyir, sizcə bu cür mitinqlərin keçirilməsi ilə onlar Qarabagdan öz xoşuna çıxacaqlar?

            • Anonim
              ƏSİ. · 24 Fevral 14:2130

              Elə də,belə də çıxmayacaqlar.Onlar da biz də özbaşına deyilik deyə,30 ildir heç nə dəyişmir.Mən deyirəm ki,səsimiz çıxmalıdır!!!

            • Anonim
              Daglı · 24 Fevral 14:5910

              Nə isə, Mənimlə cəbhəyə nəvələrdən kim gedəcək,eynəyimi silməyə?

            • Anonim
              ƏSİ. · 24 Fevral 16:5240

              Eynək silməyə,özüdə ön cəbhədə??Məncə heç biri.Siz ən yaxşısı kolleqanızla məsləhətləşin,o çox anlayışlı və səbrlidir:).Nəvələr üzdəniraqların silahlarını və patronlarını oğurlamaqla məşğul olarlar ancaq.

            • Anonim
              Daglı · 24 Fevral 19:3500

              Siz o üzdəniraqların axırına çıxa bilərsiz,əminəm)

            • Anonim
              ƏSİ. · 24 Fevral 20:5630

              100%:))...Hər cür”oyun”açarıq başlarına.Botinkalarınə içinə su doldurmaq,silah patron oğurlamaqdan tutun,olmayan tarixlərindən,olmayan şərəflərindən,vətənpərvərlikdən danışıb,sözlə döyməyə qədər.Sonunun da anbarlarını özləri ilə bərabər göyə uçurtmaqla olacağına şübhəniz olmasın.Tak çto,qorxun sorry,qorxsunlar nəvələrdən:)Yerdə yurtda qalanı da siz həll edərsiniz,mən də buna əminəm.Bu mövzuda da,kolleqanıza etibar edə bilərsiniz:)

  • Anonim
    Roya · 23 Fevral 19:5540

    Haradasiz eziz oxucular desteyinizi gosterin.Sehrlerinizle de olsa.

    Cavab yaz
  • Anonim
    SEBUHI · 23 Fevral 20:2130

    Dunya ona gore kar, kordurku bizim bir millet olaraq dunya ictimiyyetine bele toplasaraq etirazlarimizi bildirmemisik.. Ona gorede bele toplu mitinqler cox olmalidirki dunyaninda gozu, qulagi acilsin.. Sonra da silaha sarilib torpaqlarimizi alasi olsaq desinlerki haqlidirlar, oz torpaqlarini isgaldan azad edirler...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.