Avropadakı böyük Qarabağ mitinqi başlayıb - YENİLƏNİB - FOTO

23 Fevral 2019 19:44

19:44

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında izdihamlı ümumavropa Qarabağ mitinqi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandır!", "Qarabağa qayıtmaq istəyirik!", "Dilqəmə və Şahbaza azadlıq!" və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

Mitinqdə çıxış edən diaspor nümayəndələrimiz 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda qəbul olunan qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

----------

18:09

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında ümumavropa Qarabağ mitinqi keçirilir.

Milli.Az Report-a istinadən xəbər verir ki, aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandır!", "Qarabağa qayıtmaq istəyirik!", "Dilqəmə və Şahbaza azadlıq!" və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış edirlər.

Onlar 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb edirlər. Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.

---------

15:47

Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilir.

Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış

Milli.Az xəbər verir ki, mitinq yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayacaq və 2 saat davam edəcək. Xaricdə yaşayan yüzlərlə soydaşımız "Xocalıya ədalət", "Dilqəm və Şahbaza azadlıq", "Biz Qarabağa qayıtmaq istəyirik" tələbləri ilə Lüksemburq meydanına axışır.

Mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq onlayn şəkildə izləmək mümkün olacaq. 

Mitinqdə iştirak edə bilməyən, lakin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çalışan həmvətənlərimiz mitinqlə bağlı xəbərləri, foto və videoları sosial şəbəkələrdə daha çox yaymaqla bu ümumi işə öz töhfələrini verə bilərlər.

Qərib Səfərov
Milli.Az