Siyasət

FAO Azərbaycanla üçüncü ölkələrdə birgə layihələr reallaşdırmaqda maraqlıdır - FOTO

13 Dekabr 2018 14:08
Baxış: 645

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) vacib tərəfdaşlarından biridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak kənd təsərrüfatı sahəsində iki layihənin təqdimatına həsr olunmuş seminar zamanı deyib.

Onun sözlərinə görə, FAO Azərbaycanla digər ölkələrdə də əməkdaşlığı davam etdirməyə ümid edir.

Azərbaycanla əməkdaşlıq barədə danışan M.Çakmak xatırladıb ki, 2015-ci ildə hökumətlə əldə olunmuş razılıq əsasında FAO-nun akkreditə olunmuş ofisi "tərəfdaş ofis" statusu alıb.

Seminarda bəhs olunan layihələrə gəlincə isə, onun sözlərinə görə, bu layihələr kiçik və orta fermerlik sahəsində istehsalın artmasına, fermerlərin bazarlara çıxışının sadələşdirilməsinə və onlarına gəlirlərinin artmasına kömək edəcək.

M.Çakmak bu layihələrin Azərbaycanın qida təhlükəsizliyinin təmin olunması və ixracın genişlənməsi baxımından əhəmiyyətini də vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.