Siyasət

Türkiyə ilə Azərbaycan arasında daha bir memorandum imzalanıb - FOTO

8 Noyabr 2018 22:02
0 Şərh     Baxış: 549

Türkiyənin paytaxtı Ankara şəhərində "Türk Şurasının Türkdilli Diaspora Birgə Fəaliyyət Strategiyası"na dəyişikliklərin təsdiq edilməsi haqqında qərar imzalanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diasporla iş üzrə nazirlər və qurum rəhbərlərinin 3-cü iclasının yekununda Azərbaycan da daxil olmaqla dörd ölkənin diaspor nazirləri "Türkdilli Diaspor Birgə Fəaliyyət Strategiyası"na edilən dəyişikliklərin təsdiq edilməsi haqqında qərarı və 2019-cu il üçün fəaliyyət planını imzalayıblar.

Üzv dövlətlərin bütün sahələrdə birgə əməkdaşlığını intensivləşdirmək, xalqların arasındakı birliyi artırmaq üçün TDƏŞ-ə üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin 4-cü iclasının Qazaxıstanda keçirilməsi də qərara alınıb. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə və Azərbaycan arasında bir çox sahələrdə ikitərəfli formatda mövcud əməkdaşlığı əhatəli şəkildə çoxtərəfli əməkdaşlığa çevirməyi nəzərdə tutan memorandumu imzalayıblar.

Bununla yanaşı, F.Muradov və Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları Departamentini rəhbəri Abdullah Eren "Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandomu"nu imzalayıblar.

F.Muradov qəbul olunan qətnamədən sonra sözügedən qurumla daha sıx və səmərəli əməkdaşlıq ediləcəyini bildirib. Komitə sədri Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları Departamentinin fəal təmsilçiləri olan Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.