Siyasət

Paşinyan yeganə namizəd oldu

23 Oktyabr 2018 21:36
3 Şərh     Baxış: 2 553

Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsinə yeganə namizəd olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ermənistan Milli Məclisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan məlumat verib.

Bu gün saat 17:00-da namizədliyin irəli sürülməsi üçün müddət başa çatıb.

Ermənistan qanunlarına görə, ölkə parlamentinin sədri Baş nazir vəzifəsinə namizədlik irəli sürüldükdən sonra xüsusi iclas təyin etməlidir.

Qeyd edək ki, N.Paşinyan oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa vermişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.