Siyasət
Xarici ölkələrin BMT-dəki nümayəndələri Azərbaycanın baş naziri ilə görüşüblər
24 Avqust 2011 14:56
Baxış: 1 232
Bakıda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri avqustun 24-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşüblər. AzərTAc-ın məlumatına görə, baş nazir BMT çərçivəsində fəaliyyət göstərən səfirlərin Azərbaycanda olmasının böyük əhəmiyyətini qeyd edib.
A.Rasizadə bu səfərin diplomatlara Azərbaycan haqqında dolğun məlumat əldə etməyə imkan verəcəyinə, səfirlərin BMT-nin iclaslarında Azərbaycan ilə bağlı ədalətli mövqedən çıxış edəcəklərinə əmin olduğunu bildirib.
Baş nazir Azərbaycanın öz xarici siyasətini ölkələrin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq normal, ikitərəfli əlaqələrin üzərində qurduğunu söyləyib.
Ölkəmizin bu il müstəqilliyinin 20 illiyini qeyd etdiyini deyən A.Rasizadə son 7-8 ildə Azərbaycanın yüksək iqtisadi inkişafa nail olduğunu vurğulayıb. O deyib ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, dövlət büdcəsi isə 10 dəfə artıb, regional əhəmiyyətli böyük infrastruktur layihələri həyata keçirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir münaqişənin tarixi barədə ətraflı məlumat verib. O, deyib ki, müstəqilliyinin ilk illərində ölkəmizin düşdüyü çətin vəziyyətdən istifadə edən Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz ölkəsində məcburi köçkünə çevrilib. Ermənistanın işğalçı siyasəti bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən pislənilib, lakin bu təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə indiyədək icra olunmayıb. A.Rasizadə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin də indiyədək nəticəsiz qaldığını söyləyib.
Azərbaycanın yüksək iqtisadi inkişafını vurğulayan səfirlər ölkəmizin xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə maraqlanıblar. Səfirlər öz ölkələrinin Azərbaycan ilə ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyiblər.
Sonda baş nazir A.Rasizadə səfirlərin suallarını cavablandırıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
XƏBƏR LENTİ
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)