Siyasət

Lev Spivak: "Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək"

19 Aprel 2018 13:09
Baxış: 1 491

Azərbaycanda sabit iqtisadi və siyasi mühit hökm sürür və bu gələcəkdə də davam edəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

Onun sözlərinə görə, Azərbaycan investisiya baxımından cəlbedici ölkəyə çevrilir ki, bu gələcəkdə iqtisadiyyatın artımına xidmət edəcək:

"İnvestorları bu və ya digər ölkəyə investisiya qoymazdan əvvəl ilk növbədə sabitlik maraqlandırır. Onlara lazımdır ki, ölkədə siyasi çevriliş və ya iqtisadi böhran riskləri olmasın. Digər sözlə, onların investisiyalarının təhlükəsizliyini təmin edən müəyyən şərtlər olmalıdır".

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan danışan ekspert "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, Avropa üçün bu layihə çox vacibdir, çünki Avropa hər gün daha da gərginləşən vəziyyət fonunda öz təhlükəsizliyini təmin etmək üçün əlavə enerji mənbələrinə malik olmaq niyyətindədir:

"Bildiyimiz kimi, Avropa bu gün bir qaz tədarükçüsündən asılıdır və Azərbaycan alternativ enerji mənbələri təqdim edə biləcək yeganə ölkə ola bilər".

L.Spivak əlavə edib ki, beynəlxalq arenadakı rolu sayəsində Azərbaycan dünya əhəmiyyətli məsələlərin müzakirə olunduğu ölkəyə çevrilib:

"Azərbaycan son on beş il ərzində bu istiqamətdə hərəkət edərək müxtəlif beynəlxalq səviyyəli forumlar təşkil edib. Azərbaycan artıq müxtəlif beynəlxalq proseslərdə vasitəçiyə çevrilib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.