Siyasət

Aİ ilə Azərbaycan arasında yeni saziş ilə bağlı danışıqların vaxtı açıqlandı

17 Aprel 2018 13:25
Baxış: 572

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların növbəti mərhələsi may ayında keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, may ayında Aİ-dən Azərbaycana bir sıra səfərlər baş tutacaq:

"Hazırda biz Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə danışıqların növbəti mərhələsi üçün nümayəndələrin səfərləri ilə bağlı yekun tarixləri razılaşdırırıq. Ümid edirəm ki, bu, may ayında baş tutacaq".

Azərbaycanla aviasiya sazişi barədə danışan K.Yankauskas bildirib ki, Aİ Azərbaycandan cavab gözləyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.