Siyasət

Lukaşenko: "Biz özümüz Qarabağ, Dnestryanı, Ukrayna və digər yerlərdəki problemləri həll edə bilərik”

15 İyun 2017 15:45
2 Şərh     Baxış: 1 246

Çox istərdik ki, mövcud problemlərimiz masa arxasında Minsk, Moskva, İrəvan və digər şəhərlərdə həll edilsin, digər dövlətlərin, hansısa qrupların, "dəyirmi masalar"ın və digərlərin təsiri olmasın. Özü də biz Qarabağ, Dnestryanı, Ukrayna və digər yerlərdəki problemləri həll edə bilərik.

APA-nın "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşü zamanı deyib.

"Bu bizim problemlərimizdir, onları özümüz xarici "siyasi bürolar" və müdaxilələrsiz həll etməliyik", - deyə o vurğulayıb.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tofiq · 15 İyun 17:1510

    əhsən. Düz sözə nə deyəsən.......

    Cavab yaz
  • Anonim
    ... · 15 İyun 17:4610

    Dupbe duz kanar mudaxile olmasa ne derdimiz vardi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.