Siyasət

Rusiyadakı qazaxlar ÜAK-ı müdafiə etdilər

19 May 2017 16:04
Baxış: 1 106

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən "Qazax diasporu"nun Moskva Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məsələ ilə bağlı öz fikrini bildirməyi vacib sayan bəyanat müəllifləri bildirir ki, Rusiyada nüfuzlü ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib: "Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanımlasında, dövlətlər arasında konsrtuktiv əməkdaşlığın inkişafında maraqlı olub".

Rusiya Federasiyasının Ali Məhkləməsində təşkilatın qeydiyyatının ləğvinin təəssüf doğurduğunu vurğulayan Qazaxıstan diasporunun nümayəndələri qeyd edir ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla azərbaycanlılar arasında  münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.

Qazaxıstan diasporunun Rusiyadakı nümayəndələri hesab edir ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.