Siyasət

Xüsusi təyinatlı hərbçimiz: "Bəzi əməliyyatlar təkcə ermənilərin işi deyil" - FOTO

15 Aprel 2017 21:00
11 Şərh     Baxış: 16 075

"Apardığımız müşahidələr, təhlillər göstərirdi ki, düşmən tərəfdə bizə qarşı duran təkcə ermənilər deyil. Görürdük ki, bəzi əməliyyatlar var ki, burada başqalarının, əcnəbi hərbçilərin də əli var. Məsələn, ermənilər elə atış göstərirdilər və ya elə təxribatlar törədirdilər ki, bilinirdi ki, bu təkcə ermənilərlik deyil. Onlar ermənilərin bacarmadığı şeylər idi. O dəqiqə hiss edilirdi ki, bu, təkcə erməni işi deyil, onları kimsə öyrədib, kiminsə tapşırığını yerinə yetirirlər, başqalarından təlim görüblər".

Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Natiq Mehdiyev deyib.

Veteran hərbçimiz erməni təxribatlarının fərqli xüsusiyyətlərini belə açıqlayıb: "Biz əməliyyatı yalnız hərbçilərə, silahlı bölmələrə qarşı keçiririk. Ermənilər bizdən fərqli olaraq bizim hərbçilərlə döyüşməkdən qaçırlar. Onlar qorxurlar. Elə ona görə dinc əhalini, qocaları, qadınları, uşaqları hədəf alırlar. Ümumiyyətlə, bizim düşməndən əsas fərqimiz onların erməni olmasındadır. Biz cəsurluğumuzda, döyüşkənliyimizdə, vətənpərliyimizdə onlardan çox fərqliyik. Hazırlığımız, silah-sursat, texniki təminatımız da öz yerində, ən yüksək səviyyədədir".

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri döyüşdə necə yaralanmasını isə belə xatırlayır: "2015-ci ildə aprelin 22-nə keçən gecə cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində düşmənin təxribatının qarşısını aldıq. Həmin vaxt ermənilərin atdığı qumbaranın partlaması nəticəsində hər iki ayağımdan və bədənimdən ağır yaralandım. Uzun müddət müalicə aldım. İndi şükür Allaha ki səhhətim normaldır. Ehtiyatdayam. Hərbi xidmətdə olmasam da, hər zaman döyüşə hazır vəziyyətdəyəm. Əgər döyüş başlasa və əmr verilsə, hər an irəli getməyə hazıram!"

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.