Siyasət

"Dövlət başçısı Münxendə bir daha Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bəyan etdi"

20 Fevral 2017 17:48
Baxış: 1 369

"Azərbaycan prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri, çıxışları bir neçə aspektdən xarakterizə etmək olar".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının Azərbaycanın neft strategiyası ilə bağlı çıxışları diqqət çəkən məqamlardan olub: "Burada Cənub Qaz Dəhlizinin yaradılması, eyni zamanda Azərbaycanda neft strategiyasının necə aparılması və bunun dünya enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında vacib məsələ olduğu qeyd olundu".

A.Nağıyev bildirib ki, dövlət başçısı çıxışında Azərbaycan üçün daha əhəmiyyətli məsələ olan Dağlıq Qarabağ problemini ön plana çəkib: "Münxen səfəri çərçivəsində prezident İlham Əliyev keçirdiyi görüşlərdə bu məsələyə yenidən qayıtdı. Dünya, eyni zamanda Avropa Birliyinin ən aparıcı şəxslərinin iştirak etdiyi konfransda dövlət başçısı bir daha məhz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı, Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqeyindən danışdı. Prezident qeyd etdi ki, bu məsələnin həllində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana təzyiq və təsir göstərməlidirlər. Dövlət başçısı bildirdi ki, hər bir millətin öz müqəddəratını həll etməsi istəyini də nəzərə alırıq. Lakin bu proseslərin hamısı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, digər məsələlər sonradan həllini tapmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.