Siyasət

Xarici ölkələrin dövlət başçıları Respublika günü münasibəti ilə Azərbaycan Prezidentini təbrik ediblər - YENİLƏNİB

4 İyun 2011 18:48
Baxış: 1 363
04.VI.2011
18:48

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təbrikində deyilir: "Hörmətli İlham Heydər oğlu, Azərbaycanın milli bayramının ildönümünün qeyd edilməsi mənə bu əlamətdar hadisə münasibətilə Sizi və dost ölkənin bütün xalqını təbrik etmək üçün xoş bir imkan verir.
Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı etimad prinsiplərinə, dostluq, bərabərlik və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əməkdaşlıq daha da genişlənir və dərinləşir.
Tacikistan-Azərbaycan münasibətlərinin bundan sonra da dinamik inkişafı üçün zəruri olan hər şeyi etmək əzmində olduğumuzu bildirmək istəyirəm.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləmək istəyirəm".

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin təbrik məktubunda deyilir: "Zati-aliləri, Azərbaycanın Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Əminəm ki, yüksək səviyyədə mövcud olan əməkdaşlıq xalqlarımıza rifah gətirəcək, qardaşlıq əlaqələrimizi gələcəkdə daha da möhkəmləndirəcəkdir.
Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzu edirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

İraq Respublikasının Prezidenti Cəlal Tələbaninin təbrikində deyilir: "Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi göndərirəm.
Bu fürsətdən istifadə edərək cənabınıza iki ölkə arasındakı əlaqələrin İraq və Azərbaycan xalqlarının rifahı naminə daha da genişlənməsinə və inkişafına İraq Respublikasının rəğbətlə yanaşdığını bir daha bildirirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram".

Maldiv Respublikasının Prezidenti Məhəmməd Naşidin təbrik məktubunda deyilir: "Zati-aliləri, Maldiv hökuməti və xalqı adından, habelə öz adımdan əlamətdar hadisə - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirmək istərdim.
Eyni zamanda, icazə verin, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzu edim".

-----------
03.VI.2011

20:04

Rumıniyanın Prezidenti Trayan Beseskunun təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının Milli bayramı, Sizə ən səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və tərəqqi arzularımı çatdırmaq üçün mənə gözəl fürsət verir.
Bu yaxınlarda Bakıya rəsmi səfərim ölkələrimiz arasında strateji tərəfdaşlıq mərhələsinə çatmış ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha açıq şəkildə təsdiq etdi. Bu mənada səfər çərçivəsində strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün imzalanmış Birgə Fəaliyyət Planı razılaşdırılmış əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsinə yönəlmiş real yol xəritəsidir.
Fürsətdən istifadə edərək Rumıniya ilə Azərbaycan Respublikası arasında enerji əməkdaşlığını, xüsusilə də Avropa İttifaqının enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan "Nabucco" və AGRİ regional layihələrini dəstəkləməyinizi alqışlayıram.
Sizin Buxarestə növbəti səfəriniz zamanı baş tutacaq görüşümüzə ümidvar olaraq, hörmətli cənab Prezident, mənim ən böyük ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

--------
18:59

Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasonenin təbrikində deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının yaradılması gününün qeyd olunması münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və öz adımdan ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Mən inanıram ki, Laos Xalq Demokratik Respublikası və Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də xalqlarımızın mənafeyi, dünyada sülhün və əməkdaşlığın inkişafı naminə genişləndiriləcəkdir.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Kanadanın General-qubernatoru Devid Constonun təbrikində bildirilir: "Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına kanadalılar adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan və Kanada əksər beynəlxalq təşkilatların üzvü olaraq bir çox məsələlər üzrə əməkdaşlıq edirlər. Kanada son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafını müşahidə edir və hesab edir ki, bu, ölkənizin sosial, iqtisadi və siyasi inkişafına imkan yaradır.
Bu əlamətdar günün qeyd olunması münasibətilə Sizə və Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və rifah arzu edirəm".

Küveyt Dövlətinin Əmiri Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabahın təbrik məktubunda deyilir: "Dost ölkənizin Milli bayramı - Respublika Gününü qeyd etdiyi bir vaxtda Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissləri keçirirəm. Fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsini arzulayıram.
Zati-alinizə möhkəm cansağlığı və səadət, ölkənizə, onun dost xalqına tərəqqi və firavanlıq arzulayıram.
Sizə dərin ehtiram bəslədiyimə əmin olan bilərsiniz".

Latviya Respublikasının Prezidenti Valdis Zatlers təbrik məktubunda yazır: "Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə tərəqqi və sülh arzu edirəm.
Latviya ilə Azərbaycan arasında həqiqi dostluq, eyni zamanda, konstruktiv əlaqələrin mövcudluğunu qeyd etmək olduqca xoşdur. Əmin olduğumu bildirirəm ki, hazırda çox sıx olan əməkdaşlığımızın bundan sonrakı inkişafı ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edəcək və yaxın illərdə də buna şərait yaradacağıq.
Zati-aliləri, icazə verin, Azərbaycan xalqına ən xoş arzularla əmin-amanlıq diləyim, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim".

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquen Min Çiyetin təbrikində bildirilir: "Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə bizim dövlətin adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Fərəhlə qeyd edirik ki, son illərdə Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması işində böyük uğurlar qazanmışdır.
Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin yenidən inkişaf etməsindən məmnunam. Əminəm ki, iki ölkənin ali rəhbərliyinin ciddi diqqəti, nazirlik və idarələrin fəal əlaqələndirmə işi sayəsində Vyetnam ilə Azərbaycan arasında əməkdaşlıq hər iki xalqın mənafeyi naminə bundan sonra da inkişaf edəcək, regionda və bütün dünyada sülhün, sabitliyin və əməkdaşlığın qorunub saxlanmasına kömək edəcəkdir.
Qardaş Azərbaycan Respublikasının bu təntənəli bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.
Sizə, cənab Prezident, möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə böyük uğurlar diləyirəm".

Çin Xalq Respublikasının sədri Hu Tszintaonun təbrik məktubunda deyilir: "Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə icazə verin, Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırım.
Son illərdə Zati-alinizin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik qorunub saxlanılır, iqtisadiyyat sürətlə inkişaf edir, xalqın həyat səviyyəsi xeyli yüksəlir, dövlətin qüdrəti artır. Dostluğa əsaslanan əməkdaşlığın tərəfdaşları kimi, biz buna sevinir və Azərbaycana ölkənin quruculuğu işində səmimi qəlbdən böyük uğurlar arzulayırıq.
Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılandan sonrakı 19 ildə bu münasibətlər sağlam və sabit inkişaf etmişdir. Qarşılıqlı siyasi etimad dərinləşir, ticari-iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir, mədəni əlaqələr və mübadilələr mütəmadi genişlənir. Biz yaxşı əlaqə saxlayır və beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik. Uzunmüddətli və sabit Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafı ölkələrimizin və xalqlarımızın əsas mənafelərinə uyğundur. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə qarşılıqlı siyasi etimadımızı mütəmadi möhkəmlətməyə, işgüzar əməkdaşlığı genişləndirməyə, humanitar əlaqələri fəallaşdırmağa, dostluq və tərəfdaşlıq münasibətlərimizi yeni səviyyəyə çatdırmağa hazırdır.
Sizin ölkənizə firavanlıq və qüdrət, xalqınıza əmin-amanlıq və xoşbəxtlik diləyirəm!
Zati-alinizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm!".

-----------------
02.VI.2011

17:46

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jak Diufun təbrikində deyilir: "İcazə verin, Milli bayramınız münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və öz adımdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizin xalqına sülh və tərəqqi arzu edim".

İspaniyanın Kralı Xuan Karlosun təbrikində bildirilir: "Cənab Prezident, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə İspaniya Hökuməti və xalqı adından, həmçinin öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Cənab Prezident, Sizə can sağlığı, dost Azərbaycan xalqına sülh və rifah arzu edirəm".

Kambocanın Kralı Norodom Siamoni təbrik məktubunda yazır: "Cənab Prezident, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına çatdırdığım səmimi təbriklərə Kamboca Hökuməti və xalqı da qoşulur. Həmçinin Sizə cansağlığı, Azərbaycan xalqına rifah diləyir, ən xoş arzularımızı bildiririk.
Ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə də möhkəmlənəcəyinə inanıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytenin təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Azərbaycan Demokratik Respublikasının yaranması gününün qeyd olunması münasibətilə Litva xalqı adından və öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə qüvvət, müdriklik və daimi cansağlığı, ölkənizin xalqına rifah, sülh və əmin-amanlıq diləyir, ən xoş arzularımı çatdırıram.
Mayın əvvəlində apardığımız açıq və səmimi söhbəti xoş təəssüratla xatırlayaraq ölkənizi və bütün Qafqaz bölgəsini əhatə edən problemlərin sülh yolu ilə həll olunacağına tam əmin olduğumu bildirmək istərdim. Həmçinin qeyd etmək istərdim ki, Litva Avropa İttifaqının üzvü və ATƏT-in sədri kimi həmin prosesə yardım etmək üçün bütün mümkün olan səyləri göstərəcəkdir.
Mən inanıram ki, sülh danışıqları ölkənizin rifahının, xalqınızın firavanlığının artırılmasının və təmin edilməsinin yeganə yoludur. İnanıram ki, ənənələrin və müasir meyillərin ölkənizdə müşahidə etdiyim heyrətamiz vəhdəti bölgədə digər ölkələr üçün iqtisadi, siyasi və sosial inkişaf nümunəsi olacaqdır.
Fürsətdən istifadə edərək, Sizə Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bir daha Sizi Milli bayramınız münasibətilə təbrik edirəm.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

----------------
01.VI.2011

18:53

Bruneyin Sultanı Həssənal Bolkiahın təbrikində deyilir: "Zati-aliləri, Əs-səlamu aleykum va rəhmətullahi va bərəkatuhu. Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan olduqca məmnunam.
Ölkələrimiz arasındakı mövcud dostluqdan razıyam, beynəlxalq sahədə ikitərəfli əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi işini davam etdirməyi səbirsizliklə gözləyirəm".

Sloveniya Respublikasının Prezidenti Danilo Türkün təbrik məktubunda bildirilir: "Zati-aliləri, icazə verin, Sloveniya xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim, ölkənizə hərtərəfli inkişaf və rifah arzu edim.
Bu münasibətlə 2011-ci il iyun ayının 9-10-da Sloveniya Respublikasına rəsmi səfərinizi səbirsizliklə gözlədiyimi də qeyd etmək istərdim. İcazə verin, Sloveniyada olacağınız dövrdə aparacağımız danışıqların ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə imkan yaradacağına əmin olduğumu bildirim. Sloveniya Respublikası və Azərbaycan Respublikası arasında möhkəmlənən əlaqələr bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə və genişləndirilməsinə, beləliklə də dünyada sülhün, sabitliyin və anlaşmanın möhkəmləndirilməsinə şərait yaradacaqdır.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Çexiya Respublikasının Prezidenti Vatslav Klaus təbrik məktubunda yazır: "Zati-aliləri, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bir neçə gün əvvəl Bakıda keçirdiyimiz səmimi görüşü, açıq və səmərəli müzakirəni xatırlayaraq Sizi bir daha əmin etmək istərdim ki, Çexiya Respublikası ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır.
Çexiya Respublikası Azərbaycanı olduqca vacib tərəfdaş hesab edir, ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin gələcək inkişafı ilə yanaşı, qarşılıqlı əlverişli münasibətlərin və siyasi dialoqun uğurla davam etdirilməsini istəyir. Mən əminəm ki, ölkələrimiz və xalqlarımız arasında səmərəli əməkdaşlıq üçün gələcəkdə daha çox imkanlar olacaqdır.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

İsveçin Kralı Karl Qustavın təbrikində bildirilir: "Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi diləyir, ən xoş arzularımı bildirirəm".

Gürcüstanın Prezidenti Mixail Saakaşvilinin təbrik məktubunda deyilir: "Zati-aliləri,
Sizi və bütün qardaş Azərbaycan xalqını ən mühüm hadisə, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Fərəhlə qeyd edirəm ki, Gürcüstan ilə Azərbaycan arasında tarixən formalaşmış müstəsna ikitərəfli münasibətlər və konstruktiv əməkdaşlıq qarşılıqlı anlaşmaya, ümumi dəyərlərə və müştərək amallara əsaslanır.
Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcəkdir.
Fürsətdən istifadə edib Sizə dərin ehtiramımı bildirir və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq diləyirəm".

------------
31.V.2011
18:49


Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Neboyşa Radmanoviçin təbrikində deyilir:  "Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə davamlı rifah arzulayıram.
Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin xalqlarımızın rifahı və firavanlığı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi və inamımı bildirirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayid Al Nəhəyanın təbrik məktubunda bildirilir: "Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram".

Tailand Kralı Bhumibol təbrik məktubunda yazır: "Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, Sizə xoşbəxtlik və rifah, Azərbaycan Respublikası və onun xalqına tərəqqi və firavanlıq diləyirəm".

Cənubi Afrika Respublikasının Prezidenti Cakob Zumanın təbrikində deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının 2011-ci il mayın 28-də qeyd etdiyi Milli bayramı - Respublika Günü kimi xoş münasibətlə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi salamlarıma və təbriklərimə Cənubi Afrika Respublikasının Hökuməti və xalqı da qoşulur.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrini daha da inkişaf etdirmək və möhkəmləndirmək istədiyimizi bir daha bildirirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Moskva vilayətinin qubernatoru Boris Qromov təbrikində yazır: "Çox hörmətli İlham Heydər oğlu! Sizi Milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm!
Sizə cansağlığı və ali dövləti vəzifədə daha səmərəli fəaliyyət, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm.
Fürsətdən istifadə edərək Moskva vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğumuzu təsdiqləyirəm".

Monqolustan Respublikasının Prezidenti Saxiaqiyn Elbeqdorjun təbrikində deyilir: "Zati-aliləri cənab Prezident, Monqol xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Qəti əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra da monqol və Azərbaycan xalqlarının rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.
Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq diləyirəm".

Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov təbrikində yazır: "Hörmətli İlham Heydər oğlu! Sizi və bütün Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Dost Azərbaycan xalqı dövlət quruculuğu, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı sahəsində çoxəsrlik ənənələrə malikdir. Azərbaycan şairlərinin, yazıçılarının, bəstəkarlarının, rəssamlarının əsərləri bütün Qafqazın sərvətinə çevrilmişdir. Respublikanın müasir tarixi iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi, dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsi, demokratik islahatlar yolunda irəliləyişlə səciyyəvidir. Ölkəmiz - Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsini müşahidə etmək bizə xüsusilə xoşdur. Qəti əminəm ki, bu proses çərçivəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Çeçenistan Respublikasının işgüzar dairələri arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük gələcəyi vardır. Biz Rusiya Federasiyasının qanunlarına uyğun olaraq Azərbaycan şirkətlərinin bizim respublikada perspektivli layihələrə sərmayə qoyması üçün əlverişli şərait yaratmağa hazırıq. Mən Bakıda Sizinlə görüşlərimi çox səmimi hisslərlə xatırlayıram. Ümid edirəm ki, yaxın gələcəkdə bu görüşlər davam edəcəkdir. Fürsətdən istifadə edib Sizin Rusiyaya növbəti səfəriniz çərçivəsində Çeçenistan Respublikasına gəlmək barədə əvvəl Sizə etdiyim dəvəti bir daha təsdiqləmək istəyirəm. Çeçenistan Respublikasının xalqı Sizi ən şərəfli və hörmətli qonaqlardan biri kimi qarşılayacaqdır.
Sizə və ailənizin üzvlərinə cansağlığı və firavanlıq, Azərbaycan Respublikasına sülh və tərəqqi diləyirəm".

Tunis Respublikasının Prezidenti vəzifəsini müvəqqəti icra edən Fuad Əl-Mebazaanın təbrikində deyilir: "Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi keçirirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək Zati-alinizə bildirirəm ki, yeni Tunis qardaş Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək əzmindədir".

Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhmanın təbrik məktubunda bildirilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü kimi gözəl münasibətlə Zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Səmimiyyətlə ümid edirəm ki, qardaş ölkələrimiz arasında mövcud əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir.
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və şəxsi rifah arzulayıram".

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksanın təbrik məktubunda deyilir: " Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü kimi gözəl münasibətlə Zati-alinizə, Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə öz adımdan, Şri-Lanka Hökuməti və xalqı adından səmimi arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Zati-aliləri, ən xoş arzularla Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Hökmdarı Məhəmməd bin Rəşid Al Məktumun təbrik məktubunda deyilir: " Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından və şəxsən öz adımdan ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram".

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun təbrikində bildirilir: "Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam. Üzləşdiyimiz problemlər bu gün milli hüdudları həmişəkindən daha çox aşmaqdadır. Bu mürəkkəb və bir-biri ilə əlaqəli çağırışların həlli variantlarının tapılması və həyata keçirilməsi səbir, qətiyyət və əməkdaşlıq - səmərəli və kollektiv qlobal tədbirlər görülməsini tələb edir.

Qətiyyətlə hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı sürətlə dəyişən dünyaya uyğunlaşmalı, apardığımız işin inkişaf, sülh və təhlükəsizlik, insan hüquqları kimi üç əsas istiqamətində real və təsirli nəticələr əldə etməlidir.

Mən ruh yüksəkliyi ilə bildirirəm ki, hamı üçün davamlı, təhlükəsiz və ədalətli dünyanı qurmaq istiqamətində göstərdiyimiz səylərdə Azərbaycan öndə olacaq, onun sadiqliyinə və dəstəyinə arxalana biləcəyəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

İslam İnkişaf Bankı Qrupunun Prezidenti Doktor Əhməd Məhəmməd Əlinin təbrikində bildirilir: "Zati-aliləri, Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.

Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Bu əlamətdar bayram münasibətilə Allah-Təaladan ölkənizə davamlı tərəqqi və rifah diləyirəm.

Təsisatınız - İslam İnkişaf Bankı Azərbaycan Respublikasından aldığı böyük dəstəyi yüksək dəyərləndirir.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

---------------
28.V.2011
17:49


Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanovun təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, Sizi və bütün Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün dünyada çox yüksək elmi və texnoloji potensiala malik olan azad və demokratik dövlət kimi ilbəil möhkəmlənən Azərbaycanın müstəqillik dönəmində qazandığı hər bir uğura görə biz haqlı olaraq fəxr edirik.
Hörmətli İlham Heydəroğlu, Siz əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin layiqli davamçısı kimi Azərbaycan ilə Dağıstan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə çox böyük töhfə verirsiniz.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm".

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dağıstan və Azərbaycan xalqlarımızın zəngin mədəni və qarşılıqlı sosial-iqtisadi əlaqələri təcrübəsinə, xalqlarımızın tarixi talelərinin ümumiliyinə, onların qarşılıqlı etimadına əsaslanan, tarixən formalaşmış möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bağlıdırlar.
Bu gün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafı regionda sabitliyin və təhlükəsizliyin mühüm amili, xalqlarımızın rifahı naminə Dağıstan ilə Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın əsasıdır. Əminəm ki, biz bundan sonra da Dağıstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm".

Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin Ali Şurasının Sədri Məhəmməd Hüseyn Tantavinin təbrik məktubunda deyilir: "Çox hörmətli Prezident, Zati-alinizi böyük məmnuniyyətlə Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza isə daha yüksək tərəqqi və rifah arzulayıram".


Mərakeşin Kralı VI Məhəmmədin təbrik məktubunda deyilir: "Zati-aliləri, əziz qardaşım, əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Azərbaycan Respublikası Milli bayramı - Respublika Gününü qeyd etdiyi bir vaxtda Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə daha yüksək tərəqqi və rifah diləməkdən olduqca məmnunam.
Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, xalqlarımızı birləşdirən qardaş İslam əlaqələrini yüksək dəyərləndirir, ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyi alqışlayıram. Əlaqələrimizin genişləndirilməsi, xalqlarımızın və müsəlman ümmətinin arzularının gerçəkləşməsi məqsədi ilə Zati-alinizlə birgə işimizin davam etdirilməsini səmimi qəlbdən arzulayıram".

Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupunun təbrik məktubunda deyilir: "Zati-aliləri, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Fərəhlə qeyd edirəm ki, bu gün Azərbaycan ölkənin demokratik dəyişikliklərində, siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsində və beynəlxalq aləmdə öz rolunun möhkəmlənməsində sanballı uğurlar qazanmış, dinamik inkişaf edən dövlətdir.
Qəti əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm".

Türkmənistanın Prezidenti Qurbanqulı Berdiməhəmmədovun təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu,
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Türkmənistan xalqı və Hökuməti adından, habelə şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin dost xalqına səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunam.
Qəti əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətləri Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı və bol-bol həyat enerjisi, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm".

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikası suverenlik illərində əsl müstəqillik əldə etmiş, iqtisadi və sosial inkişafda mühüm uğurlar qazanmış, beynəlxalq aləmdə mövqelərini xeyli möhkəmlətmişdir.
Dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı bundan sonra da dinamizmini qoruyub saxlayacaq, daha da möhkəmlənəcək, fəal və səmərəli olacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni zəfərlər, Azərbaycan xalqına isə sülh, xoş güzəran və firavanlıq diləyirəm".

Ukraynanın Prezidenti Viktor Yanukoviçin təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində onun beynəlxalq nüfuzu möhkəmlənməkdə davam edir, ölkədə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilir, Azərbaycan xalqının maddi rifah səviyyəsi yüksəlir.
Dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək əmin olduğumu bildirmək istərdim ki, Ukrayna-Azərbaycan münasibətləri bundan sonra da strateji tərəfdaşlıq ruhunda, qarşılıqlı etimad və dəstək prinsipləri əsasında dərinləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin təbrik məktubunda deyilir: "Hörmətli Prezident, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Sizə, hökumətinizə və Azərbaycan xalqına İsveçrə Federal Şurasının səmimi təbriklərini çatdırır, ölkənizə qarşıdakı illərdə rifah və firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğumu bildirirəm".

 Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təbrik məktubunda bildirilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə bolqar xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi, bizə dost olan ölkənizin rifahı və firavanlığı barədə səmimi arzularımızı qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istərdim ki, Bolqarıstan ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı etimada əsaslanan ənənəvi münasibətlər, fəal əməkdaşlıq ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Bir daha təsdiqləmək istərdim ki, Bolqarıstan Respublikası Azərbaycanın Avropaya inteqrasiyası səylərini dəstəkləyir, mənim ölkəm bundan sonra da Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin daha da fəallaşmasına kömək etmək arzusundadır və buna hazırdır.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir, Sizə dərin ehtiramımı bildirirəm".

Yaponiyanın İmperatoru Akihitonun təbrikində deyilir: "Zati-aliləri cənab Prezident, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Zati-alinizə səmimi təbriklərimi çatdırır, ən xoş arzularla Sizə xoşbəxtlik, ölkənizin xalqına rifah diləyirəm."

-------------
27.V.2011
19:58

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun təbrik məktubunda deyilir: "Zati-aliləri, Milli bayramınız - Respublika Gününün keçirilməsi dost Azərbaycan xalqına İtaliya xalqı adından ən xoş arzularla sülh, anlaşma və rifah diləmək üçün önəmli bir fürsətdir.
Səmimi qəlbdən arzu edirəm ki, ölkələrimiz arasında dostluq, ümumi iqtisadi maraqlara söykənən sarsılmaz əlaqələr və hazırda mövcud olan faydalı əməkdaşlıq gələcəkdə eyni mövqedən çıxış etdiyimiz çoxtərəfli təşkilatlar daxilində daha da möhkəmlənsin.
Əminəm ki, ikitərəfli münasibətlərimiz ölkənizin Avropa İttifaqı ilə daha geniş əlaqələri çərçivəsində zənginləşəcək və iyunun 2-də Sizi Romada görməyimi səbirsizliklə gözləyərək Sizə və xalqınıza ən xoş arzularla rifah diləyirəm".

Şimali Kipr xalqının lideri Dərviş Əroğlunun təbrikində bildirilir: "Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını öz adımdan və Şimali Kipr xalqı adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin hörmətimi çatdırıram".

Niderlandın Kraliçası Beatriksin təbrik məktubunda deyilir: "Çox hörmətli Prezident, icazə verin, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi bildirim və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım".

-----------
18:59

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun təbrikində bildirilir: "Hörmətli cənab Prezident, TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, gündən-günə inkişaf edən və qüdrətlənən Azərbaycan Respublikasına yeni nailiyyətlər və əmin-amanlıq arzulayıram.
TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan dünya mədəni həyatında öz layiqli yerini tutmaqda və yeni uğurlar qazanmaqdadır.
"Eurovision-2011" müsabiqəsində iştirak edən Azərbaycan təmsilçilərinin parlaq qələbəsi zəngin türk mədəniyyətinin bir hissəsi olan Azərbaycan mədəniyyətinin və incəsənətinin qələbəsidir. Bu, hamımızın, bütün türk dünyasının sevincidir. Belə şərəfli zəfərlərin gələcəkdə də qazanılacağına inamımız hədsizdir.
Bu duyğularla Zati-alinizi və Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin hörmət və ehtiramımı izhar edirəm".


Sinqapur Respublikasının Prezidenti Sellapan Rama Natanın təbrik məktubunda deyilir: "Zati-aliləri, Azərbaycanın Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Sinqapur xalqı adından səmimi təbriklərimi, davamlı sülh, inkişaf və rifah arzularımı çatdırıram".

18:15

Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin təbrikində deyilir: "Hörmətli cənab Prezident, milli bayramınız - Respublika günü münasibətilə Sizin ölkənizə və Azərbaycan xalqına firavanlıq arzulayıram.
Azərbaycan Cənubi Qafqazda Polşanın çox vacib tərəfdaşıdır, iki dövlətin hökumətləri arasındakı fəal dialoq və artan iqtisadi mübadilə buna sübutdur. Həmçinin hər iki tərəf üçün faydalı olan enerji layihələrinin üzərində işlərin davam etdirilməsinə ümid edirik. Polşa üçün mühüm olan Avropa İttifaqında sədrliyimiz zamanı şəxsən Azərbaycana səfər edə biləcəyimə görə şadam.
Sizi əmin etmək istərdim ki, Polşa Azərbaycanda siyasi və iqtisadi islahatlar prosesini dəstəkləyir, həmçinin Avropaya inteqrasiya məsələləri ilə bağlı öz təcrübəsini bölüşməyə hazırdır.
Azərbaycanı Avropa İttifaqı ilə əlaqələrin sıxlaşması naminə səy göstərməyə, xüsusən də Şərq tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlığa çağırıram.
Mən bir daha Sizə və Azərbaycan xalqına ürəkdən xoşbəxtlik və əmin-amanlıq arzulayıram".

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Həməd bin Casim bin Cabir Al Taniin təbrik məktubunda bildirilir: "Zati-aliləri, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına davamlı inkişaf və rifah, Sizə cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan məmnunluq duyuram".

Qətər Dövlətinin vəliəhdi Təmim bin Həməd Al Tani öz təbrikində yazır: "Zati-aliləri, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, qardaş Azərbaycan xalqına davamlı tərəqqi, Sizə cansağlığı və xoşbəxtlik arzu edirəm".

Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Taninin təbrikində deyilir: "Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcəkdir".

Qırğızıstan Respublikasının Prezidenti Roza Otunbayevanın təbrik məktubunda bildirilir: "Hörmətli İlham Heydər oğlu! Respublika Günü münasibətilə Qırğızıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə və dərinləşdirilməsinə Qırğızıstanda böyük əhəmiyyət verilir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Stavropol diyarının qubernatoru Valeri Qayevskinin təbrikində bildirilir: "Hörmətli İlham Heydər oğlu! Rusiya Federasiyası Stavropol diyarının bütün sakinləri adından Respublika günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Stavropol diyarı və Azərbaycan Respublikası dostluq telləri ilə bir-birinə bağlıdır. Bizim səmərəli əməkdaşlığımız ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Əminəm ki, Stavropol ilə Azərbaycan arasında yaranmış tərəfdaşlıq münasibətləri çox böyük potensiala malikdir və bağlanmış ikitərəfli saziş çərçivəsində planauyğun şəkildə inkişaf edəcəkdir. Bu əlamətdar gündə Azərbaycan Respublikasına və onun bütün sakinlərinə firavanlıq, sülh və əmin-amanlıq diləyirəm".

----------
16:12


MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotovun təbrikində deyilir: "Çox hörmətli İlham Heydər oğlu, MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Milli bayram - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Birlik ölkələrinin dostluğunun və əməkdaşlığının möhkəmlənməsində uğurlar, Azərbaycan Respublikasına sülh və firavanlıq diləyirəm".

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təbrikində bildirilir: "Hörmətli İlham Heydər oğlu, İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə təbrik edim.
Azərbaycanın ictimai-siyasi həyatda sanballı uğurlarını, ölkənizin mühüm iqtisadi, resurs və insan potensialının fəal reallaşdırılmasını, onun beynəlxalq aləmdə artan nüfuzunun tərəqqi və firavanlıq yolu ilə irəliləyişi davam etdirməyə imkan yaratmasını Özbəkistanda böyük məmnuniyyətlə qeyd edirlər.
Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında yaranmış möhkəm etimad və qarşılıqlı anlaşma münasibətləri, çoxşaxəli əməkdaşlıq bundan sonra da xalqlarımızın mənafeyi naminə ardıcıl inkişaf etdiriləcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Sizin ali dövləti fəaliyyətinizdə hər cür uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Koreya Respublikasının Prezidenti Li Men Bakın təbrikində deyilir: "Zati-aliləri, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Koreya Respublikasının xalqı adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin davamlı inkişafından məmnun olduğumu bildirmək istərdim. Tamamilə əminəm ki, Azərbaycan Respublikası və Koreya Respublikası xalqlarının ümumi maraqlarına, qarşılıqlı hörmətinə və dostluğuna əsaslanan əməkdaşlıq əlaqələri növbəti illərdə daha da güclənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosanın təbrik məktubunda bildirilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasındakı mövcud ikitərəfli əlaqələri zənginləşdirən dialoqu və anlaşmanı gələcəkdə də davam etdirəcəyimizə əminəm.
Fürsətdən istifadə edərək, Sizə ən dərin hörmətimi və ən yüksək ehtiramımı bildirirəm".

Livan Respublikasının Prezidenti, general Mişel Süleymanın təbrikidə deyilir: "Hörmətli cənab Prezident, öz adımdan və Livan xalqı adından ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".

Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, Baş müfəttiş Sultan bin Əbdüləziz Al Səud təbrik məktubunda yazır: "Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük tərəqqi və firavanlıq arzu edirəm".

---------
15:33


AzərTAc-ın məlumatına görə, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusun təbrikində bildirilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir və ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əmin olduğumu təsdiqləyirəm.
Sizə ən yüksək ehtiramımı bildirirəm".

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın təbrik məktubunda yazılıb: "Möhtərəm Prezident, Azərbaycan Respublikasının Milli bayramını - Respublika Gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda Sizi Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi naminə Sizinlə birlikdə fəaliyyət göstərmək əzmində olduğumu bildirirəm. Əminəm ki, bundan xalqlarımız daha çox faydalanacaqdır.
Möhtərəm Prezident, səmimi təbriklərimi qəbul etməyinizi rica edirəm".

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir: "İcazə verin, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edim.
Fürsətdən istifadə edib iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da ölkələrimizin mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcəyinə əmin olduğumu bildirirəm. Sizin ölkəyə daimi firavanlıq və inkişaf diləyirəm".

Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təbrikində deyilir: "Zati-aliləri, cənab Prezident, Macarıstan Respublikasının xalqı adından, həmçinin öz adımdan Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim.
Macarıstan Cənubi Qafqazda sabit və təhlükəsiz mühit yaratmaq, həmçinin Avropa və Avratlantik strukturlarına yaxın olmaq üçün ölkəniz tərəfindən göstərilən səyləri böyük maraq və rəğbətlə izləyir.
Macarıstan Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətindədir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizə dərin ehtiramımı bildirirəm".

İrlandiyanın Prezidenti xanım Meri Makalisin təbrik məktubunda deyilir: "Ölkənizin Milli bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına səadət və tərəqqi arzulayıram".

Norveçin Kralı V Harald təbrik məktubunda yazıb: "Zati-aliləri, Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, şəxsən Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və firavanlıq arzu edirəm".

Malayziyanın Ali Rəhbəri Tuanku Mizan Zeynal Abidin İbn Əl-Mərhum Sultan Mahmud Əl-Muktəfi Billah Şahın təbrikində deyilir: "Zati-aliləri, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına bildirdiyim ən xoş arzulara və ən səmimi təbriklərə ölkəmizin birinci xanımı da qoşulur.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına tərəqqi və rifah, Sizə cansağlığı və müvəffəqiyyətlər arzu edirik".

Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvanın təbrikində deyilir: "Azərbaycan Respublikasının Milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Bryusun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə bildirilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, eləcə də Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımızı çatdırıram.
Avstraliya və Azərbaycan səmimi ikitərəfli münasibətlərə, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində bir sıra ümumi yanaşmalara malikdirlər. Mən beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində Avstraliya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq münasibətlərindən razıyam.
Avstraliya Hökuməti qətiyyətlə inanır ki, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və tərksilah kimi qlobal çağırışlar daha geniş qlobal çözüm tələb edir. Çoxtərəfli təsisatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı bu çağırışlara kollektiv cavab vermək üçün ən yaxşı vasitədir. Avstraliya Hökuməti qarşıdakı ildə Azərbaycan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda işləməkdə qətiyyətlidir.
Mən Azərbaycanın Əfqanıstandakı Təhlükəsizliyə Yardım Qüvvələri missiyasına, o cümlədən təlim və yenidənqurma işlərinə davamlı siyasi və praktiki dəstəyini təqdir edirəm.
Bizim güclü iqtisadiyyatlarımız arasındakı ticarət və investisiya əlaqələrinin orta səviyyədə olduğu bir vaxtda, ümid edirəm ki, özəl sektor və hökumət nümayəndələri iqtisadi münasibətlərin dirçəlməsi üçün gələcək illərdə birlikdə işləyəcəklər. Mən, həmçinin təkmilləşdirilmiş təhsil mübadiləsi vasitəsilə xalqlar arasında daha möhkəm əlaqələrə ümid bəsləyirəm.
İcazə verin, iki ölkə arasındakı dostluq münasibətlərinin gələcək illərdə daha da inkişaf edəcəyinə əminliyimi ifadə edim".

--------------

09.32

Trend-in məlumatına görə, Xarici ölkələrin dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika günü münasibəti ilə təbrik ediblər.

Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer təbrikində deyib:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbrikimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, eyni zamanda, Sizə şəxsi əmin-amanlıq, Azərbaycan xalqına xoşbəxt gələcək dolu ən gözəl arzularımı çatdırıram"

Belçikanın Kralı II Albert təbrikində deyib:

"Azərbaycan Respublikası Milli bayramını - Respublika Gününü qeyd edərkən, mən də bu münasibətlə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi yetirir, Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram"

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç təbrikində deyib:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə özümün və Xorvatiya Respublikası vətəndaşlarının ən səmimi təbriklərini çatdırır, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulamaqdan məmnunluq duyuram.
Zati-aliləri,
Mənim ən dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm"

Serbiya Respublikasının Prezidenti Boris Tadiç təbrikində deyib:

"Hörmətli Prezident Əliyev,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ölkənizin və vətəndaşlarınızın gələcək tərəqqisi və rifahı naminə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Əminəm ki, Sizin Serbiya Respublikasına qarşıdakı rəsmi səfəriniz dialoqun davam etdirilməsi üçün yaxşı imkan yaradacaq, Serbiya Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərimizin və xalqlarımızın dostluğuna söykənən hərtərəfli münasibətlərin intensivləşdirilməsinə yardım edəcəkdir.
Cənab Prezident, mənim dərin ehtiramımı qəbul edin".

-------------
26.V.2011
20:54

Trend-in məlumatına görə, xarici ölkələrin dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika günü münasibəti ilə təbrik ediblər, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Cənab Prezident,
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə şəxsən Sizə, eləcə də bütün Azərbaycan xalqına ən səmimi arzularımı çatdırır, xoşbəxtlik, rifah və uğurlar arzulayıram.
Fransa ilə Azərbaycan arasında qurulmuş münasibətlərin keyfiyyətinə şəxsən diqqət göstərdiyimə əmin ola bilərsiniz. Mən bu əlaqələrin bütün sahələrdə dərinləşməsindən və şaxələnməsindən olduqca məmnunam.
Eyni zamanda, icazə verin, fürsətdən istifadə edərək tərəflərin Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma əsasında, ədalətli və davamlı həllinə tezliklə nail olmasını arzuladığımı bildirim. Fransa Minsk qrupunun həmsədri, eləcə də Azərbaycanın dostu və sülhün tərəfdarı kimi bu yolda irəliləyişin əldə olunması üçün həmişə Sizinlə birlikdədir.
Cənab Prezident, icazə verin, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim" - bunu Fransa Prezidenti Nikola Sarkozi təbrikində deyib.

Türkiyə Prezidenti Abdullah Gül təbrikində deyib: " Hörmətli Prezident, əziz qardaşım,
Dost və qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə zati-alilərinizi, əziz qardaşımı türk xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Azərbaycanın müstəqilliyini qazandığı gündən bəri keçdiyi yol təqdirəlayiqdir. Azərbaycanın müvəffəqiyyətlərini öz uğurlarımız hesab edirik.
Gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan qədim və köklü əlaqələrimiz gələcəkdə də birgə səylərimizlə atılacaq konkret addımlarla daha da inkişaf edəcəkdir.
Bu istiqamətdə atacağımız addımlar ikitərəfli əlaqələrimizi inkişaf etdirməklə yanaşı, Qafqazda sülh, firavanlıq və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verəcək, bu bölgəni beynəlxalq cazibə mərkəzinə çevirəcəkdir.
Bu münasibətlə Sizə səmimi qəlbdən cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı üçün ən səmimi diləklərimi çatdırıram "

Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Yelizaveta təbrikində bildirib: " Dərin məmnuniyyət hissi ilə Zati-alinizə və Azərbaycan xalqına ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırır və daha firavan gələcək üçün xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayıram"

Almaniya Federativ Respublikasının Prezidenti Kristian Vulff təbrikində deyib: " Cənab Prezident,
Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına öz adımdan, eyni zamanda, xalqımın adından səmimi təbriklərimi çatdırıram.
Almaniya gələcəkdə də Sizin ölkənizlə dostluq əlaqələrinin gücləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi üçün səy göstərəcəkdir.
Biz iqtisadi, ilk növbədə, enerji sahəsində maraqlarımızla bərabər, dəyərlər və hüquqlar haqqında siyasi dialoqumuzu davam etdirmək istəyirik. Bu mövzular, həmçinin Almaniya tərəfindən fəal müşayiət olunan "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında assosiativ sazişə dair aparılan danışıqları əhatə edir.
Sizə uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram"

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud təbrikində bildirib: " Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm"

Roma Papası XVI Benedikt təbrikində deyib: " Azərbaycan Respublikasının öz Milli bayramını qeyd etdiyi bir vaxtda respublikanıza və Azərbaycan xalqına bəslədiyim səmimi arzuları Zati-alinizə çatdırmaqdan çox məmnunam.
Tanrıdan ölkənizdə sülh və əmin-amanlıqla dolu gələcək təmin etmək məqsədilə səlahiyyət və səxavətlə ümumi maraq naminə fəaliyyət göstərən hər kəsin səylərinin dəyərləndirilməsini arzu edirəm.
Zati-alinizə, ölkənizin əhalisinə, siyasi rəhbərlərinə, eləcə də bütün vətəndaşlarına Uca Tanrının xeyir-duasını diləyirəm"

Hindistanın Prezidenti Pratibha Devisinqh Patil təbrikində deyib: " Ölkənizin Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.
Münasibətlərimiz sıx tarixi və mədəni əlaqələrimizə, eyni zamanda, sülh və inkişaf istiqamətində ortaq istəklərimizə söykənir. Xalqlarımızın rifahı naminə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin daha da inkişaf edəcəyinə ümidvaram. Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirirəm"

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan təbrikində bildirib: " Qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu əziz gündə Azərbaycan xalqının haqlı qürur, xoşbəxtlik və sevinc duyğularına ürəkdən şərik oluruq.
İki ölkə arasında sarsılmaz təməllərə söykənən qədim və əbədi münasibətlərimiz xalqlarımızın tarixi sevgi və məhəbbətindən güc alaraq sürətlə inkişaf etməkdədir.
Bənzərsiz Türkiyə-Azərbaycan əlaqələri qarşılıqlı səylərimizlə inkişaf etməkdədir və bölüşdüyümüz Avrasiya coğrafiyasında nümunəvi örnək modelidir.
Qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əməkdaşlığımızı və güclü həmrəyliyimizi bölgəmizin sülh və əmin-amanlığına töhfə verəcək bir şəkildə inkişaf etdirməkdəyik. Bu əməkdaşlıq nümunəsinin bütün Qafqaz bölgəsinə hakim olacağına və səylərimizin mütləq müsbət nəticələr verəcəyinə inanıram.
Bu fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının firavanlığı və əmin-amanlığı üçün ən gözəl arzularımı çatdırıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.