Qubad İbadoğluna və tərəfdarlarına xəbərdarlıq olundu
Bu gün Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, toplantıda bir neçə partiya üzvünün "Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi" yaratmaları da müzakirə olunub.
MNTK bunu partiyanın qurultayında seçilmiş legitim orqanlarının, o cümlədən MNTK-nın fəaliyyətini şübhə altına almaq, ona alternative olmaq cəhdi kimi qiymətləndirib: "Partiyadaxili şikayətlə bağlı prosedur hüququndan nümayişkaranə şəkildə imtina edərək, əvəzində partiya strukturlarına qarşı qondarma qurum yaratmaq partiyanın MNTK-nın səlahiyyətlərini mənimsəmək və açıq-aydın bölücülük cəhdidir. MNTK özünü üzvü olduğu partiyaya qarşı qoyan, belə hərəkətləri ilə təşkilatın nüfuzuna zərbə vurmaq məqsədi güdən şəxslər xəbərdarlıq edir ki, bu cür hərəkətlər Müsavat Partiyasının Nizamnaməsinin kobud şəkildə pozulması cəhdidir".
MNTK belə hərəkətlərə yol verən şəxsləri partiya Nizamnaməsinə zidd fəaliyyətlərinə son qoymağı tələb edib.
Qeyd edək ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları partiyadakı vəziyyətlə əlaqədar Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis ediblər. Komitə partiyanın sonuncu qurultayından sonra bəzi fəal üzvlərin Müsavatdan kənarlaşdırılmasının qarşısını almaq məqsədilə yaradılıb. Bununla əlaqədar Müsavat üzvlərinə və partiya rəhbərliyinə müraciət ünvanlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Alen Simonyan "Sülh Körpüsü" iştirakçıları ilə görüşüb - (Video/Foto)
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





