Siyasət

Türkiyədə parlament sədri seçkiləri sabah davam edəcək

30 İyun 2015 21:06
Baxış: 378

Türkiyədə parlament sədri seçkilərinin birinci və ikinci turları başa çatıb.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi İsmət Yılmaz ikinci turda 256 səs, Cümhuriyyət Xalq Pariyasının (CHP) namizədi Dəniz Baykal 128 səs, Milliyətçi Hərəkat Partiyasının (MHP) namizədi Ekmələddin İhsanoğlu 80 səs, Xalqların Demokrat Partiyasının (HDP) namizədi Dengir Mir Mehmet Fırat 80 səs toplayıb.

İkinci turda heç bir namizəd zəruri sayda səs toplamayıb. Buna görə də sabah səsvermənin üçüncü və dördüncü turları keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.