Nüfuzlu ''Le Huffington Post'' informasiya portalında Fransa Senatının üzvü Natali Qulenin ''Bakı oyunları, mətbuat dözümsüzlüyü oyunları'' sərlövhəli məqaləsi yerləşdirilib. Milli.Az newtimes.az-a istinadən məqalənin tam mətninin tərcüməsini təqdim edir.
Azərbaycan Respublikası 12-28 iyun tarixlərində birinci Avropa oyunlarını, Bakı oyunlarını təşkil edir. Bu oyunlar ölkədə yalnız insan hüquqlarının pozulması və korrupsiya mövzularını qabardan "xoş niyyətli'' məqalələr seli üçün bir fürsət yaradır; hamısı da tapşırığın yerinə yetirilməsindən həzz alan tonla danışır: tapşırıq isə, "səfər etmədikləri'' bu ölkənin "reallıqlarını'' kütlələrə çatdırmaqdır.
Bütün bunlar məni bir az bezdirməyə, hətta açıq desək, hiddətləndirməyə başlayır. Beləliklə, gəlin bir neçə sözlə ifadə edək...
Azərbaycan gənc ölkədir. O, Cənubi Qafqazdakı müttəfiqimizdir, Ermənistan isə, Rusiyanın marionetkasıdır. Gürcüstana gəldikdə, Osetiya və Abxaziyanın işğalına məruz qalmış bu ölkəyə ümumən diqqət yetirən yoxdur. Qeyd etmək lazımdır ki, bu, nə Krım, nə də Donbasdır... Azərbaycan uzun müddətdir nasizmə qarşı mübarizədə müttəfiq olub və olmaqda davam edir. İkinci dünya müharibəsində qələbəni qeyd etdiyimiz bir vaxt, Azərbaycanlı döyüşçü və partizanlardan ibarət çoxsaylı kontingent müttəfiqlərin tərəfində vuruşub. Həmçinin Aveyronda, Rodezdə Müqavimət Hərəkatının azərbaycanlı iştirakçılarına, həlak olanlara abidə də mövcuddur.
Bununla belə, Qafqazda elan edilməyən müharibə nəticəsində Azərbaycan iyirmi ildən artıqdır ki, ərazisinin 20 faizinin işğalı ilə üzləşib. Qonşu Ermənistan isə Dağlıq Qarabağdan başqa Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarını da işğal altında saxlayır. Bu 7 rayon beynəlxalq hüquq pozularaq işğal olunub və ötən həftə Fransa bir daha Azərbaycanın ərzi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Nəhayət, Azərbaycan terrorçuluğa qarşı mübarizədə və Qafqazın təhlükəsizliyində strateji tərəfdaşımızdır. Azərbaycan Şimalda silahlanmış və təcavüzkar Rusiya ilə Cənubda bütün qorxu və ümidlər obyekti olan İran arasında yerləşən kiçik neft ölkəsidir.
Bununla belə, müttəfiqimizlə olduqca pis davranırıq. Bütün bunlar bu ölkənin siyasi kamilliyinin əlamətləri olan dini azadlığın, dünyəviliyin tam təmin edilməsinə, onun İslam Əməkdaşlığı Təşkilatına üzv olaraq, İsrail ilə diplomatik və iqtisadi münasibətlərin saxlanmasına, Ermənistanla açıq silahlı münaqişədə olaraq, yenə də Avropa Şurasının demokratik meyarlarına nail olmaq üçün səylər göstərməsinə baxmayaraq, baş verir.
Bu kiçik ölkənin öz mövqeyini dəstələmək üçün nə diasporu, nə də rəmzi mənası olan müğənnisi var. Bununla belə, ölkənin birinci xanımı mədəni və humanitar diplomatiyanı ehtiva edən layihələrə töhfə vermiş Heydər Əliyev Fonduna müdrik qaydada rəhbərlik edir: dünya muzeylərinə, mədəniyyət əsərlərinə dəstək verilir, Pakistanda və digər çətin vəziyyətdə olan ölkələrdə məktəb və xəstəxanalar açılır. Buna baxmayaraq, "xoş niyyətli'' dairələr bunu yenə də dəstək almaq cəhdi kimi qələmə verməyə çalışır. Həmin işləri gözdən salmaq üçün edilən cəhdlər maniya, faktların saxtalaşdırılmasından başqa bir şey deyil.
Bizim qısqanc və zavallı cəmiyyətimiz öz maraqları prizmasını kənara qoyaraq, hər hansı addımları düzgün qiymətləndirmək iqtidarında deyil. Pulsuz addım atıldığı zaman, biz hər zaman onun təzminatını gözləyirik...
Bu, doğru deyilsə, necə olmalıdır? Bütün bunlar mənə Katarina qasırğası üçün 100 milyon dollarlarla yardım alan amerikalı hakimiyyət orqanlarının təəccüb doğuran sükutunu xatırladır. Mətbuatda heç BİR söz, hətta təşəkkür belə deyilmədi. Bütün bunlar hiddət doğurur.
Nə səbəbə görə, jurnalistlər heç vaxt izah etmədən, heç vaxt nüanslara baxmadan, heç vaxt heç bir kontekstə diqqət yetirmədən, xüsusən də qonşusu Şərqdə olduğu kimi çətin və mürəkkəb Qafqazı xatırlamadan tənqid etməyə bu qədər səfərbər olurlar? Niyə?
Aydındır ki, Azərbaycan demokratiya sahəsində irəliləyiş etməlidir, lakin o, bu regionda, bizi əhatə edən bütün dünyada yeganə bu cür ölkədirmi? Axı, bu qədər ədavət haradan qaynaqlanır?
Azərbaycanın dostları haqqında söhbət düşən kimi, söyləyirlər ki, o, onları satın alıb... Mən isə sizə deyirəm: xeyr. Mən bu ölkənin dostuyam. Mən onun xalqını tanıyıram. Mən Ermənistanın işğal etdiyi rayonlardan qovulmuş bir milyon qaçqın və məcburi köçkünün qayıtması üçün çalışıram. Bakının parıltısından kənarda yaşayan sadə və ləyaqətli yüz minlərlə insan prezidentin ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş fəaliyyətini dəstəkləyir.
Məni bu ölkə və onun xalqı ilə uzun və əsl dostluq bağlayır. İstərdim ki, tərəfkeş jurnalistlər bu ölkəyə obyektiv yanaşsınlar. Bu ölkə tam inkişaf edən müttəfiqdir. Onun yeganə arzusu sülh şəraitində yaşamaqdır. Beləliklə, Azərbaycan ərazi bütövlüyü əsasında bərpa edilmiş sərhədləri çərçivəsində sabitliyə və regional inkişafa töhfə verməyi arzulayır.
Milli.Az
Siyasət
Azərbaycan haqda ŞOK məqalə: "Söyləyirlər ki, o, onları satın alıb..."
13 May 2015 14:47
3 Şərh
Baxış: 7 393
DİGƏR XƏBƏRLƏR
-
Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır - FOTO
-
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir - FOTO
-
Rusiya mediasında İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb - FOTO
-
Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib - FOTO
-
İlham Əliyev və Qarabağ: bitən müharibə - və dünyaya məcbur tanınan sülh
-
İlham Əliyevin yerli televiziyalara müsahibəsi ərəb mediasının diqqətində olub - FOTO
XƏBƏR LENTİ
-
İnfarktın ciddi siqnalıdır - Görməzdən gəlmək olmaz
-
Qışda heyvanlara paltar geyindirmək lazımdır? - Açıqlama
-
Pezeşkian sözünü kəsən şəxsin cavabını Azərbaycan dilində verdi - VİDEO
-
“Həkim Jivaqo”nun ulduzu faciəvi şəkildə öldü - FOTO
-
Sərvət dəyərində telefon borcunu görəndə şoka düşdü: Səbəb cəmi bir nömrə idi
-
Buna görə qapı və pəncərə önünə qəhvə çöküntüsü səpməlisiniz
-
Həmin gün Venesuelada ölənlərin sayı açıqlandı
-
Britaniya və Fransa Ukraynada hərbi mərkəzlər yaratmağı planlaşdırır
-
Vitkoff: "Tramp təhlükəsizlik protokollarını qətiyyətlə dəstəkləyir"
-
Günün qoroskopu: Dostların məsləhətinə qulaq asmaq faydalı nəticələr verəcək
-
Türkiyə Superkubokunun finalında “Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq
-
Çölü xırt-xırt, içi tam bişmiş: Pendirli siqaret börəyi resepti
-
Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edildi
-
Zelenski: "Bu, irəliyə doğru atılmış nəhəng bir addımdır"
-
Ağır qəza: ölən və yaralananlar var
-
7 Min 500 İldən sonra torpağın altından çıxarıldı: Daha əvvəl oxşarına rast gəlinməyib - FOTO
-
Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır - FOTO
-
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir - FOTO
-
Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI
-
Ukrayna, Fransa və Böyük Britaniya arasında mühüm hərbi bəyannamə imzalandı
-
Dünyanın ən yaxşı 10 alış-veriş şəhəri
-
Türkiyədə dörd məşhurun narkotik testi müsbət çıxdı
-
Dəm qazından boğulub ölən 22 yaşlı Şükranın FOTOsu
-
Sürücülərin kabusuna son: Şüşədəki buz saniyələr içində təmizlənəcək





