Siyasət

"Rusiya Qarabağa ordu yeridəcək"

11 May 2015 18:58
0 Şərh     Baxış: 5 171

Armen Qriqoryan: "Moskva İrəvanın ABŞ və Avropa münasibətlərinə mane olur"

Ruslar yenə də Qarabağa ordu yeritməyə cəhd edəcəklər.

Anspress-in məlumatına görə, bu barədə erməni politoloq Armen Qriqoryan bildirib.

21-22 mayda Riqada keçirilən Şərq tərəfdaşlığı sammitindən sonra Ermənistan və Azərbaycan təmsilçilərinin görüşəcəyindən bəhs edən Qriqoryan ümidsiz danışıb: "Hətta Riqada hansısa sənəd imzalanacaqsa, bunu şişirtməmək lazım deyil, çünki Rusiyadan asılılıq hələ də yüksəkdir".

Onun fikrincə, Moskva istənilən yolla Qarabağa ordu yeritməyə cəhd edəcək: "Moskva Ermənistanın ABŞ və Avropa Birliyi ilə münasibətlər qurmasına qarşı təzyiqləri artıracaq. Bu təzyiqin vasitəsi ilə Rusiya növbəti dəfə regiona "sülhməramlılar" yeridə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.