Siyasət
Politoloq: "İranda bu ölkəyə şiəliyi qəbul etdirənin dilində bir dənə də olsun məktəb yoxdur"
22 Yanvar 2011 14:26
Baxış: 198
İran rəsmilərinin və din xadimlərinin zaman-zaman Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, daxili işlərimizə siyasi və dini don geydirərək bəyanat və fətvalar verməsi
artıq ənənəvi hal alıb. Amerikanı hər zaman İranın daxili işlərinə qarışmaqda günahlandıran rəsmi Tehran, Azərbaycanda baş verən ictimai-sosial proseslərinə yersiz müdaxilə cəhdlərindən çəkinmir.
İndi də İran rəsmiləri və din xadimləri Azərbaycanın təhsil müəssisələrində geyim qaydalarını, orta məktəblərdə vahid məktəbli formasının tətbiqini hədəfə alıblar. Parlament nümayəndələrindən tutmuş nüfuzlu din xadimlərinə qədər, bütün iriçaplılar Azərbaycanın ünvanına ən sərt bəyanatlar səsləndirməkdə davam edirlər.
Azərbaycanın ictimai-siyasi çevrələri bu vəziyyəti şərh edərkən, bunu, İranın siyasi etik normaları pozaraq, qonşu dövlətin daxili işlərinə qarışması kimi qiymətləndirirlər.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, İranın din xadimlərinin Azərbaycanın daxili işlərinə qarışması təsadüfi deyil və mərkəzləşdirilmiş qaydada idarə olunur.
"İranın din xadimlərinin ölkəmizin daxili işlərinə qarışması bütün hədləri aşıb. Onlar Azərbaycanda demokratiya və insan hüquqları sahəsindəki mövcud vəziyyətdən sui-istifadə edərək, Azərbaycanın daxili işlərinə müdaxilələrini davam etdirirlər" - politoloq Milli.Az xəbər portalına açıqlamasında qeyd etdi.
Ekspertin fikrincə, müasir reallığın ortaya qoyduğu elmi suallara və ya sosial inkişafın təhdidlərinə cavab verə bilməyən İranın din xadimləri başa düşürlər ki, heç bir müsəlman dövləti tamamilə Quran ayələri əsasında idarə olunmur: "Bu, teosofik baxımdan mümkün deyil. Ən qəribəsi də budur ki, İranın din xadimləri onları indiki məqama, indiki qazanca çatdıran şiəliyə xəyanət edirlər. O şiəlik ki, onu İranda azərbaycanlı Şah İsmayıl Xətai yayıb. Şah İsmayıl Xətainin dövründə Azərbaycan dili indiki Azərbaycan Respublikası və İran İslam Respublikasının əraziləri də daxil olmaqla daha böyük ərazidə rəsmi dövlət dili olub. Şah İsmayıl Xətai şiəliyin yayılması prosesini indiki Azərbaycan dilində aparıb. İranda bir dənə də olsun Azərbaycandilli məktəb yoxdur. İranda Azərbaycan dili əsl ayyətül-əl-allahdır. Başqa sözlə, Allah rəmzidir, nişanəsidir. Bu dili İranda Allah qoruyur ki, 400 ildən çox təzyiq altında qalmasına baxmayaraq, əhali o dili yaşadır".
Mübariz Əhmədoğlu deyir ki, İranın "təbliğat maşını"nın Azərbaycan dilində yayımladığı verilişlərə baxarkən, yerli əhali ilə təmasda olarkən başa düşürsən ki, dil özünü çox əla vəziyyətdə saxlayıb: "Əhalinin dilimizə münasibəti həsəd aparılacaq dərəcədə yaxşıdır. İranın din xadimləri Azərbaycan dilinin gətirdiyi şiəliyin çörəyini yeyərkən, halal-haramı yada salsınlar, qazandıqlarının bir qismini İran İslam Respublikasında Azərbaycandilli məktəblərin açılmasına xərcləsinlər. İranlı din xadimləri nəinki halal-haramı tanımır, hətta ədəb-ərkanın əleyhinə çıxırlar".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
-
Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp
-
Arayik Harutyunyan və digərlərinin şikayəti üzrə apellyasiya məhkəməsi prokurorların çıxışı ilə davam etdirilib (Foto)
-
Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
XƏBƏR LENTİ
-
Bu rayonumuzda qəribə parkinq: BMW sürənlərə pulsuz - (Video)
-
Türkiyədə siyasi sui-qəsd: AKP üzvü və oğlu öldürüldü
-
Neymar gənc futbolçuları təhqir edib
-
Güclü külək paytaxtda 7 ağac aşırıb
-
Epşteynin sərvətinə namizəd varis açıqlanıb - (Foto)
-
Günel libası ilə müzakirə yaratdı - (Video)
-
Azərbaycanın intellektual gələcəyi - Çinlə strateji tərəfdaşlığın potensialı
-
Ağdamın kəndlərindəki yanğınlar söndürüldü
-
Ronaldunun 35 milyonluq malikanəsi gündəm oldu - "YOX" yoxdur - (Video)
-
ABŞ-ın İrana qarşı əməliyyatında yaralanan hərbçilərin sayı açıqlandı
-
Tozlu hava nə vaxta kimi davam edəcək?
-
Güclü külək qatarların hərəkətində gecikmə yaratdı
-
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı
-
Vüsalə Əlizadə villasından paylaşım etdi – Hovuz görüntüləri maraq doğurdu - (Video)
-
Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - (Video)
-
Müğənni Çelik bazarda kisə satır - (Video)
-
Ordumuzun hərbçisi vəfat etdi
-
Qazın qiyməti ucuzlaşdı
-
Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı - (Video)
-
FHN: Son bir həftədə 881 yanğın baş verib
-
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
-
Qızılın qiyməti yenidən yüksəldi
-
Türkiyəyə məxsus “GOLDEN LEO” Odessa yaxınlığında batdı
-
Neft qiymətləri kəskin ucuzlaşdı