Siyasət

"Müsavat cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur"

4 May 2015 11:00
Baxış: 650
"Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qisasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən, cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu özünün "Facebook" səhifəsində yazıb.

Q. İbadoğlu bildirib ki, hazırkı idarəçilik Müsavatın bu günündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq: "İnanıram ki, ləyaqətli partiya üzvləri, dəyərli ictimaiyyət nümayəndələri, yaradıcı ədəbiyyat və mətbuat təmsilçiləri son 7 ayda yalnız intriqalarla gündəmdə qalan, getdikcə daha da avtoritarlaşan, illərlə yığılmış gücünü və nüfuzunu itirərək, demək olar ki, hər gün zəifləyən tarixi partiyanın bu tip qərarlarına laqeyd qalmayacaqlar".

Xatırladaq ki, V. Əyyubun Müsavat Partiyası sıralarından xaric edilməsi barədə qərar qəbul olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.