Siyasət

Vurğun Əyyubu partiyadan çıxardılar

4 May 2015 09:17
Baxış: 705
Müsavat Partiyasının üzvü Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə qərar dünən partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplanısında verilib.

Qərarın verilməsində V.Əyyubun özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymaması, qərarlara tabe olmaması, üzvlük haqqını ödəməməsi əsas gətirilib.

Qeyd edək ki, qərar Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şurası tərəfindən baxılıb, təsdiq olunmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.