Siyasət

“Xocalıya ədalət” kampaniyası çərçivəsidə dünyanın müxtəlif şəhərlərində aksiyalar keçiriləcək

19 Fevral 2010 15:14
Baxış: 242
Bunu İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov deyib. Onun sözlərinə görə, bunun üçün Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində kampaniyanın saytında xüsusi ərizə hazırlanıb və hər bir kəs onun vasitəsilə dövlət müəssisələrinə, beynəlxalq təşkilatlara və dövlət başçılarına Xocalı faciəsi ilə bağlı məktub göndərə bilər.

Elşad İsgəndərov Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında deyib ki, fevralın 25-də Londonda parlament qarşısında səmaya Xocalı faciəsi qurbanlarının adları olan 613 şar buraxılacaq. Amsterdam, Brüssel, Vyana, Vilnüs, Mexiko, Paris, Moskva və Los Ancelesdə də tədbirlər keçiriləcək.

Mərkəzi meydanlarda azərbaycanlı qaçqınların simvolu kimi çadırlar qurmaq planlaşdırılır. Londonda Temza sularında bütün gün ərzində faciə qurbanlarının xatirəsinə gəmi üzəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.