Siyasət
Yalançılıq, yalançı xristianlıq, Qərbi şərləmək "avrodəyər" olub
15 Yanvar 2015 10:43
Baxış: 1 894
"Qərbin (ABŞ və Aİ) Cənubi Qafqaz regionu dövlətlərindəki insan hüquqlarının və demokratiyanın vəziyyətinə fərqli yanaşması bölükçülüyə şərait yaradıb və region üçün təhlükəyə çevrilib".
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Gürcüstanda müxalifət televiziyasının başçısı Erosi Kitsmarişvili öldürüldü. ABŞ və Aİ heç bir reaksiya vermədilər: "Gürcüstanda demokratiyaya münasibəti Gürcüstan dövlətçiliyi və region üçün böyük təhlükə mənbəyinə çevrilir. Bütün bunların kökündə ABŞ-ın və Aİ-nin Gürcüstana xüsusi münasibəti dayanır. Gürcüstanda Poti limanı "Rosneft"ə satılmaq ərəfəsindədir. Demokratik yolla seçilmiş hakimiyyət Gürcüstan vətəndaşının Poti limanının səhmlərinin 49%-ni "Rosneft"ə satmasına reaksiya vermir. Rəsmi Tbilisi "işğal olunmuş ərazilər haqqında" qanunu bu sövdələşməyə tətbiq etməyəcəyini bildirdi".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan rəhbərliyi demokratiya və insan hüquqlarının pozulması məsələsində Qərblə razılaşdırılmış şəkildə fəaliyyət göstərir:
"Ermənistandakı seçki məntəqələrində veb-kamera yoxdur, fotokameralı telefonların istifadəsi qadağandır. Seçici siyahılarının çap olunması isə dövlət təhlükəsizliyinə zidd hesab edilir. ABŞ dövlət katibinin Əmək, Demokratiya və İnsan hüquqları üzrə yardımçısı Tomas Melianın kurasiyasında olan bütün ABŞ və Aİ-nin strukturları üçün Ermənistandakı belə vəziyyət demokratiyanın təntənəsidir. Azərbaycanda 2013-cü ilin prezident seçkilərində mitinq azadlığına tam riayət olundu. Azərbaycandakı seçki məntəqələri 10 ildən çoxdur ki, veb-kameralarla təmin olunub. Son prezident və parlament seçkilərində veb-kameralarla təmin olunmuş seçki məntəqələrinin sayı 20%-dir. Təxminən 10 ildir Azərbaycanda seçici siyahıları açıq şəkildə internetdə yerləşdirilib. Tomas Melia və Ko üçün belə vəziyyət seçkilərin saxtalaşdırılması deməkdir. Ermənistanda bütün il boyu jurnalistlərə, redaksiyalara təzyiqlər olub. Müxalifətçilər, o cümlədən deputatlar döyülüb, əmlakları dağıdılıb. Ermənistanda baş verən bu insan hüquqları pozuntularının heç birisi, o cümlədən dini vəziyyət Tomas Melia və Ko-nun diqqətini çəkməyib".
Onun fikrincə, Serj Sarkisyan ABŞ və Aİ-nin demokratiya və insan hüquqları sahəsində xüsusi münasibətini Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın əleyhinə çevirib. Tomas Melia və Ko bu prosesdə iştirak edirlər:
"Ermənistan prezidenti S.Sarkisyan "xristianlıq-sivillik-demokratiya" formulunu reallaşdırır. ABŞ-ın və Aİ-nin himayədarlığı altında olan S.Sarkisyan 2008-ci ildə seçki zamanı qan tökdü. Həmin bu Sarkisyan yalançılığı, yalançı xristianlığı, Qərbi şərləməyi "avrodəyər" hesab edir.
Mənşəyi məlum olmayan "Anaklia İEP Holding"-in Ermənistanda İES tikib Gürcüstanın Anakliya limanına elektrik enerjisi nəql etməsi də təhlükədən xəbər verir. "Anaklia İEP Holding"-in layihəsi və Poti limanının "Rosneft" tərəfindən alınması Ermənistan və Gürcüstanın Qərbin himayəsindən sui-istifadəsinin nəticəsidir. Eləcə də Qərbin Ermənistana və Gürcüstana xüsusi himayəsi Dağlıq Qarabağ tənzimlənməsinin əngəlinə çevrilib. Tənzimlənməmiş Dağlıq Qarabağ məsələsinin Qərbin regiondakı strateji maraqlarına zərbə olması şəksizdir. Ermənistan və Gürcüstan Qərbin onlara xüsusi dəstəyini səmərəli idarə edə bilmirlər.
Cənubi Qafqaz regionunda yaranmış vəziyyət təcili müdaxiləni tələb edir. Ona görə Cənubi Qafqaz regionu dövlətlərində demokratiya və insan hüquqlarının vəziyyətini vahid meyarlardan dəyərləndirməyi bacaran komissiyanın yaradılması çox vacibdir. Bu komissiya qısa müddət ərzində region dövlətləri üçün demokratiya və insan hüquqları sahəsində vahid standartlar müəyyənləşdirəcək. Bu isə həm də region dövlətlərinin vahid standartlar əsasında siyasət aparmasına şərait yaradacaq. Nəticədə bu, regionun üç dövləti arasında koordinə olunmuş siyasət üçün əsas yarada bilər".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır