"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə də humanist addım atdı. Prezidentin tapşırığına əsasən, Tarif Şurasının növbədənkənar iclasının keçirilməsi, neft məhsullarının qiymətlərinə yenidən baxılması və tariflərin tənzimlənməsi barədə yeni qərarın qəbul edilməsi dövlət başçısı İlham Əliyevə olan etimad və inamı daha da artırdı".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, bu cür tapşırıq verməklə Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha sübut edib: "Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah və firavan yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarda ilk olaraq məhz insanları düşünür. Elə bu məqamda xatırlatmaq yerinə düşər ki, dəfələrlə cənab İlham Əliyevin bu cür humanist addımlarının şahidi olmuşuq. Ölkə əhalisinin mavi yanacağa görə olan borcunun silinməsi, keçmiş SSRİ banklarında qalmış əmanətlərin qaytarılması və s. misal olaraq göstərilə bilər".
Deputat vurğulayıb ki, ölkə başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi xalqımızın ona göstərdiyi etimadı fəaliyyəti boyunca doğruldur və növbəti addım da bunun bir nümunəsi oldu.
Milli.Az
Siyasət
Deputat: "Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində insan amili durduğunu bir daha sübut etdi"
14 Yanvar 2015 15:44
Baxış: 706
DİGƏR XƏBƏRLƏR
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib - FOTO
- COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü bunun vacibliyini təsdiqləyəcək
- Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
- İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
- Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadıldı - YENİLƏNİB
XƏBƏR LENTİ
- Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı...
- Fitsonun həyati təhlükəsi… - Baş nazirin müavini
- İngiltərədə VAR sistemi ləğv edilə bilər
- Nurəddin Mehdixanlının nəvələri - FOTO
- Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
- Putini Çində fəxri qarovul dəstəsi qarşıladı
- Tahir Baxşıyev: “İkinci oyun daha çətin olacaq”
- “Ağ çiçəyim”in külə dönməsinin səbəbi açıqlandı
- Bakıda iki avtomobil toqquşub, 39 yaşlı qadın xəsarət alıb
- Yığmamız Mərkəzi Asiya çempionatında
- Ermənistanı Gürcüstanla birləşdirən yol nəzarətimizə keçdi
- Güllələnən baş nazir süni koma vəziyyətinə salındı - YENİLƏNİB
- Ermənistanla sərhəddə yeni dirəklər yerləşdiriləcək
- Yanğın nəticəsində evlərə ziyan dəyib - İcra başçısı
- Bu evlərə “kupça” verilməyəcək - Yeni qərar
- Ən uzunömürlü bürclər onlardır
- Hamiləlikdən sonra ilk dəfə görüntüləndi - FOTO
- Xanımından Mark Zukerberqə qeyri-adi hədiyyə - FOTOlar
- 35 ildən sonra yenidən bunu etdi - FOTOlar
- 61 yaşlı aktrisa dekolteli libası ilə diqqət çəkdi - FOTO
- Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
- Gül mağazasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
- Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
- ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı