Siyasət

Sülhməramlılarımız Əfqanıstana yola salınıb

10 Yanvar 2015 19:18
0 Şərh     Baxış: 702

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınması ilə əlaqədar "N" saylı hərbi hissədə mərasim keçirilib.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.
 

Yeni tapşırığa əsasən sülhməramlılarımız paytaxt Kabuldakı beynəlxalq hava limanını qoruyacaqlar.
 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.