Siyasət

Nikolay Bordyuja: "Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi yolla həll edilə bilər"

27 Dekabr 2014 15:56
0 Şərh     Baxış: 711

"Ukraynada və Dağlıq Qarabağda münaqişələr yalnız siyasi yolla həll edilə bilər"

Bunu Kollektiv Təhülksəzilik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja "Vesti 24" telekanalının efirində bildirib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Ukraynaya KTMT-yə daxil olmaq təklif edilib və təşkilat Kiyevlə əməkdaşlığa hazırdır. O cümlədən informasiya təhlükəsizliyi, narkotiklərin qanunsuz dövriyyəsi sahəsində qarşılıqlı fəaliyyətə dəvət edilib.

KTMT-nin baş katibi izah edib: "İstəyərlər işləyərik, istəməzlər bizim özümüzün çoxlu məsələlərimiz var və onları uğurla həll edirik".

O, qurumun planları haqqında da danışıb: "Hamı üçün əsas problem informasiya təhlükəsizliyidir və KTMT-də kiberhadisələr üzrə koordinasiya mərkəzi yaradılacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.