Siyasət

Fəzail Ağamalı: ""Azadlıq" radiosunun Bakı ofisində aparılan araşdırmalar ciddi faktlara söykənir"

27 Dekabr 2014 10:41
Baxış: 573
"Baş Prokurorluğun əməkdaşlarının məhkəmə qərarı əsasında "Azadlıq" radiosunun Bakı bürosunun ofisində axtarış aparmasına bəzi beynəlxalq qurumların indidən hər hansı bir şərh verməsi və bunu pisləməsi istintaqın gedişinə təzyiq kimi qiymətləndirilməlidir".

Bu barədə Trend-ə millət vəkili Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib ki, hər kəs istintaqın gedişini və nəticələrini gözləməlidi və ondan sonra münasibət bildirməlidirlər:

"Lakin bəri başdan, bu hadisə ilə bağlı fikir bildirmək istintaqın gedişinə təzyiq göstərməkdir, təhdid xarakterli yanaşmadır. Mən tamamilə əminəm ki, məhkəmə qərarı əsasında "Azadlıq" radiosunun Bakı bürosunun ofisində aparılan axtarışlar və istintaq tədbirləri ciddi və konkret faktlara söykənir. Lakin hər zaman olduğu kimi, yenə də istintaq başa çatmamış, faktlar ümumiləşdirilib məhkəməyə verilməmiş ayr-ayrı beynəlxalq qurumların Azərbaycanla bağlı ənənəvi yanaşmaları bir daha özünü ifadə etdi".

Millət vəkili qeyd edib ki, nəzərə almaq lazımdır ki, hər bir ölkənin müvafiq qurumları var, hüquq-mühafizə orqanları var və onlara müəyyən faktlar, müəyyən məlumatlar daxil olur:

"Əlbəttə ki, hüquq-mühafizə orqanlarının vəzifəsi onlara daxil olan məlumatları yoxlayıb, dəqiqləşdirib və ona adekvat addım atmaqdır. Əgər bunu etmirsə, artıq bu, hüquqi dövlət olmur. Azərbaycan hüquqi dövlətdir və bu gün məhkəmənin qərarı ilə Baş Prokurorluğun əməkdaşlarının "Azadlıq" radiosunun Bakı bürosunun ofisində apardığı araşdırmalar və orada müəyyən faktların üzə çıxarılması ilə bağlı atdığı addımlar ciddi faktlara söykənir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.