İlham Əliyev “Təhsil haqqında” fərmana dəyişiklik edib
Prezident İlham Əliyev "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 14.8-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 14.8-2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə "9.3-cü maddəsində" sözləri "9.3-cü, 14.8-2-ci maddələrində" sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bəndə "14.20-ci" sözlərindən əvvəl "14.8-2-ci maddəsində," sözləri əlavə edilsin.
4. "Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 451 (Cild I) ləğv edilsin.
5. "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 821 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 aprel tarixli 43 nömrəli Fərmanı) ləğv edilsin.
6. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 292 (Cild I) ləğv edilsin.
7. "Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1155 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 876 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 aprel tarixli 43 nömrəli Fərmanı) ləğv edilsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
-
Ermənistan və ABŞ arasında strateji razılaşma
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
XƏBƏR LENTİ
-
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI
-
Ayxan Abbasov: “Elvin özünə yeni klub tapmalıdır”
-
Aldığı qonorarın yüksək olduğunu deyənlərə cavab verdi
-
Dünyanın ən bahalı futbolçularının reytinqi dərc edildi - SİYAHI
-
Oğluna dördüncü dəfə Laçında toy etdi
-
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb - VİDEO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI - YENİLƏNİB
-
Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Röya Ayxanın toyda bəyin dostu ilə dueti gündəm oldu - VİDEO
-
Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar - AÇIQLAMA
-
“Belə insanlarla əlaqəni kəsmək lazımdır”
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ
-
Keşlədəki yanğın söndürüldü - YENİLƏNİB
-
"Mən liderəm, prezident olmağa gəlmirəm”
-
Mehriban Abasquliyeva görün kimin bacısı İMİŞ
-
Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO
-
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB





