"Hər dəfə Azərbaycanın hər bir addımını izah etməyə çalışmaq, buna "demokratiya" nöqteyi-nəzərindən qiymət vermək və Azərbaycana təzyiq göstərməyə çalışmaq çox əbəs cəhdlərdir".
Bu barədə Trend-ə millət vəkili Bəxtiyar Sadıqov Baş Prokurorluğun əməkdaşlarının məhkəmə qərarı əsasında "Azadlıq" radiosunun Bakı bürosunun ofisində axtarış aparmasına bəzi beynəlxalq qurumların tənqidi münasibətini şərh edərkən deyib.
B.Sadıqov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir, onun müstəqil siyasəti var və həm ölkə daxilində, həm də ölkə xaricində hansı addımı atırsa, bunu xalqın iradəsinə və dövlətin milli maraqlarına əsaslanaraq edir:
"Ona görə də, Azərbaycan heç bir addımını kiməsə izah etməli deyil. İkinci tərəfdən Azərbaycanın dövlət maraqları, milli maraqları tələb edir ki, lazım gələndə, şübhə doğuran yerlərdə ciddi addımlar atsın, araşdırmalar aparsın və hətta yeri gələndə kimsənin də azadlığını məhdudlaşdırsın. Ona görə də, Azərbaycan üçün birinci dövlət marağıdır, ikinci qanunun aliliyi prinsipidir və o yerdə ki dövlətin təhlükəsizliyi məsələsi var, o yerdə ki xalqın milli maraqlarının keşiyində dayanmaq məsələsi var, burada daim qətiyyətli addımlar atılıb və bundan sonra da atılacaq".
Millət vəkili bildirib ki, kimsə bu addımı bəyənmirsə və yaxud da kimsə hesab edirsə ki, hardasa qanun pozuntusu var, onda istədiyi vaxt istədiyi yerə müraciət edə bilər, beynəlxalq qurumlar necə istəyir qiymət verə bilər:
"Ancaq yaxşı olar ki, onlar həmişə nəticəni gözləsinlər, obyektiv olsunlar və öz verdikləri qiymətdə heç vaxt Azərbaycana təzyiq və təsir etmək niyyəti güdməsinlər. Bu, mənasız işdir".
Milli.Az
Siyasət
Bəxtiyar Sadıqov: "Yaxşı olar ki, beynəlxalq qurumlar öz verdikləri qiymətdə Azərbaycana təzyiq etmək niyyəti güdməsinlər"
27 Dekabr 2014 10:33
Baxış: 548
DİGƏR XƏBƏRLƏR
- Fransız Polineziyası öz müqəddəratını təyin etmək hüququna malikdir - Abbas Abbasov
- Rusiya XİN-dən delimitasiya ilə bağlı AÇIQLAMA
- Fransa bizi asılı vəziyyətdə saxlayır - Kliff Loussan
- Finlandiya Prezidenti İlham Əliyevi təbrik edib
- Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnaməyə dəyişiklik edilib
- Ceyhun Bayramov Pakistan Senatının sədrini COP29-la bağlı məlumatlandırdı - FOTO
XƏBƏR LENTİ
- Ronaldu daha bir mükafat qazandı
- Bu nazirliklə bağlı Baş Prokurorluğa müraciət olundu
- Fransız Polineziyası öz müqəddəratını təyin etmək hüququna malikdir - Abbas Abbasov
- Rusiya XİN-dən delimitasiya ilə bağlı AÇIQLAMA
- Fransa bizi asılı vəziyyətdə saxlayır - Kliff Loussan
- Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?
- Bu nazirlikdə nöqsanlar aşkar edildi
- İlqar Mirzəyevin oğlu ilə arxiv FOTOsu
- Silk Way West Airlines Onno Pietersmanı əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin etdi
- Türkiyəli tanınmış aktyor vəfat etdi - FOTO
- Azərbaycanda tanınmış həkim vəfat etdi
- Xamenei Bəşər Əsədi qəbul edib
- İranda mədən çöküb, ölən və yaralananlar var
- Hindistanda dəhşətli istiyə görə onlarla uşaq huşunu itirdi - FOTOlar
- KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair sənədlər imzalayıblar - FOTO
- Taksi sürücüləri imtahan verəcək - RƏSMİ
- "Sülh göyərçinləri" konserti keçiriləcək
- Odet Esembe Enqulu Milli Gimnastika Arenasında - FOTO
- Valideynlərin nəzərinə!
- Nadir Qafarzadə xanımı ilə - FOTO
- Finlandiya Prezidenti İlham Əliyevi təbrik edib
- Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
- Nazir Fariz Şirinova yüksək vəzifə verdi
- Ordumuzda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir