Siyasət
Azərbaycan ağıllı aviabombalar istehsal edəcək - YENİLƏNİB
17 Dekabr 2014 11:40
Baxış: 2 312
11:40
2015-ci ildə Azərbaycan ağıllı aviabombaların seriyalı istehsalına başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, 2015-ci ildə Azərbaycanda artıq "İDEX 2014" sərgisində nümayiş olunan ağıllı aviabombaların seriyalı istehsalına başlanılacaq: "Ölkə daxilində müvafiq strukturların sifarişləri artıqlaması ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsal gücü verilən sifarişdən qat-qat artıqdır".
Y.Camalov deyib ki, Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalına xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər cəlb olunurlar: "Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı üçün texnologiyalar hansı ölkələrdən alınırsa, həmin şirkətlərin nümayəndələri istehsal prosesində iştirak edə bilərlər. Məhz həmin şirkətlərin təmsil etdiyi ölkələrdən mütəxəssislər də dəvət olunur".
Nazir bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyində (MSN) 58 istehsal sahəsi mövcuddur: "Onların hamısı dünyanın aparıcı şirkətlərindən alınmış avadanlıqlarla təchiz olunub. Hazırda nazirliyin müəssisələrində 900-dən artıq müdafiə təyinatlı məhsullar istehsal olunur və onların bir qismi beynəlxalq sərgilərdə nümayiş etdirilir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən məhsulların sayı getdikcə artır. Vaxtilə Türkiyədəki sərgidə 27, Malayziyada 132, bu il Bakıda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində isə 168 adda müdafiə təyinatlı məhsul nümayiş olunub. 2014-cü ildə Azərbaycanda istehsal olunan 100 milyon dollar dəyərində müdafiə təyinatlı məhsul ixrac edilib".
Y.Camalovun sözlərinə görə, növbəti ildə ixrac daha çox olacaq: "Hazırda bir sıra ölkələrdən, o cümlədən Malayziyadan Azərbaycanın müdafiə təyinatlı məhsullarının həmin ölkələrə ixracı ilə bağlı təkliflər var. Bununla bağlı müzakirələr gedir, müvafiq qərar qəbul olunacaq. Nazirlikdə müdafiə təyinatlı məhsullarla yanaşı, 450-dən çox adda mülki təyinatlı məhsullar da istehsal olunur".
---------
11:12
2015-ci ildə Azərbaycan ağıllı aviabombaların seriyalı istehsalına başlayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
XƏBƏR LENTİ
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?