Ermənistan hakimiyyətində baş verən struktur islahatları da antirusiya xarakterli olmaqla yanaşı, qərbyönümlüdür.
Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, hökumətin iki yeni nazirlik yaratması R.Vardanyanın planına uyğun həyata keçirildi: "Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyinin yaradılmasının əsas səbəbi kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması göstərilir. Amma Ermənistandan qat-qat böyük dövlətlər olan Qazaxıstan və Belarusun belə nazirliyə lüzum görməməsi fonunda Ermənistanın Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyi yaratması sırf geosiyasi amillərlə bağlıdır. Ermənistanın iqtisadiyyatı Rusiyaya tabedir. Yeni nazirliyin əsas məqsədi Avrasiya İqtisadi İttifaqına üzv olmuş Ermənistanın iqtisadiyyatının Avropa İttifaqına tərəf çevrilməsinin konseptual əsaslarını yaratmaq və reallaşdırmaqdır".
M.Əhmədoğlunun fikrincə, bu, Rusiyanın Ermənistan iqtisadiyyatındakı payının məhdudldlaşması hesabına başa gələcək: "Rəsmilər bu nazirliyin maliyyələşməsi üçün büdcədən vəsaitin ayrılmadığını bildirdilər. Ermənistanın Rusiya ilə maliyyə münasibətlərində hələ çoxlu yerinə yetirilməmiş vədlər var: Metsamor AES üçün kredit hələ ayrılmayıb, "Rosneft" "Nairit"ə vəsait ayırmaqdan imtina edir. Ermənistan Prezidentinin həyat yoldaşı Rita Sarkisyan qan azlığı olan uşaqların müalicəsi ilə məşğul olan "Həyat bağışla" qeyri-hökumət təşkilatını maliyyələşdirmək üçün Rusiyanın səhiyyə naziri Veronika Skvortsovaya yalvarır. Belə şəraitdə daxili maliyyə resursu olmayan Ermənistanın Rusiyadan maliyyə vəsaiti alaraq yeni nazirlik yaratması absurddur. Yeni nazirliyin ehtimali iki maliyyə mənbəyi ola bilər. Aİ Ermənistana yaxın beş ildə 170 milyon avro qrant ayırdı. Bu rəqəm "Şərq tərəfdaşlığı" üzvlüyü barədə ciddi danışıqların getdiyi əvvəlki beş ildə ayrılan vəsaitlə müqayisə oluna bilər. Ermənistan assosiativ müqavilədən imtina etməsindən sonra da Aİ-nin qrantları azaltmayıb, əvvəlki səviyyədə saxlaması təsadüfi hesab edilməməlidir. Aİ-nin ayırdığı 170 milyonluq qrantın içərisində böyük pay hökumətin idarəçiliyinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bir az bundan əvvəl isə Aİ təxminən növbəti beş illik üçün 60 milyon avro qrant vəsaiti nəzərdə tutmuşdu və bu vəsait vətəndaş cəmiyyətinin inkişafına yönəldilməli idi. Başqa sözlə, Aİ Ermənistanda Maydan yaradılmasına vəsait ayırmışdı. Ermənistan hökumətinin apardığı danışıqlar nəticəsində Avrokomissiya Rusiyanın təsirindən uzaqlaşıb, Qərbin təsirinə keçəcəyi barədə fikirlərinə yenidən inandı və hökumətin idarəçiliyinin təkmilləşdirilməsinə vəsait ayırdı. Digər mənbə "Ameriabank"ın təsisçisi, Rusiyada milyarderə çevrilmiş erməni Ruben Vardanyanın vəsaitidir. Dağlıq Qarabağın sponsorlarından olan Ruben Vardanyan sonradan Ermənistanda ingilisdilli məktəb tikdi. 2014-cü ilin II yarısından isə Ermənistanda geniş iqtisadi layihələr reallaşdırmağa başlayıb".
SİTM-in direktoru qeyd edib ki, onun nəzərdə tutduğu iqtisadi layihələrin təsiri iqtisadi islahatları diktə edir: "R.Vardanyan Ermənistan iqtisadiyyatında islahatlar adı ilə iqtisadiyyatın Rusiya seqmentinin tədricən daralması, qərbyönümlü iqtisadi sektorun yaranmasını nəzərdə tutur. R.Vardanyan bu işi çox uğurla başlayıb. Uğurunun əsas səbəbi kimi özünü Kremlin proyekti kimi təqdim etməsidir. Bu adla o, Avrasiya İqtisadi İttifaqına üzv olmağa hazırlaşan Qırğızıstan hakimiyyətinə də əl uzatdı. Hər halda R.Vardanyan yaxın illərdə özünü Qərbə AİB-in işinə təsir edə bilən, tormozlayan mexanizm kimi təqdim edə biləcək. R.Vardanyan üçün Ermənistanda Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar nazirliyini maliyyələşdirmək elə də böyük problem deyil. İldə təxminən 15 milyon dollar pul nəzərdə tutulub. R.Vardanyan hətta "Rosneft"in acığına "Nairit"in işçilərinin 15 milyon dollarlıq əmək haqqı borcunu ödəməyi vəd verib".
M.Əhmədoğlunun fikrincə, Ermənistanın anti-Aİİ islahatlarının daha əsas hissəsi Fövqəladə hallar və ərazi idarəetmə nazirliklərinin birləşdirilməsidir: "Dünyanın heç yerində belə struktur islahatı aparılmayıb. Bu iki nazirliyin birləşdirilməsinin ideoloji və ya siyasi əsaslandırılması da çox maraqlıdır: Guya Ermənistan seysmik zonadadır, Ermənistanda hər an fövqəladə vəziyyət baş verə bilər. Ona görə Ermənistanın regionları bəri başdan fövqəladə hallar nazirliyinə tabe etdirməlidir. Əsl erməni yanaşmasıdır. Rəsmi Yerevan Ermənistanın regionlarını fövqəladə vəziyyətə meylli olduğunu ciddi hesaba alırsa, onda ilk addım kimi Metsamor AES-in fəaliyyətini dayandırmalıdır".
Politoloqun sözlərinə görə, Ermənistanın Fövqəladə hallar nazirliyi ABŞ-ın formalaşdırdığı güc strukturudur: " Müdafiə naziri S.Ohanyan həmişə ikibaşlı oyunlara meylli olub. ABŞ strateqləri Ermənistanda fövqəladə hallar nazirliyini müdafiə nazirliyinə alternativ hazırlamaqla S.Ohanyanı birmənalı ABŞpərəst elan etdilər. İndi Ermənistanın Müdafiə və Fövqəladə hallar nazirlikləri Ermənistanın daxilindəki daha böyük hərbi gücə - RF-in hərbi bazasına qarşı dura bilərlər".
Milli.Az
Siyasət
Mübariz Əhmədoğlu: "Aİ Ermənistanda Maydan yaradılmasına vəsait ayırmışdı"
28 Noyabr 2014 11:40
Baxış: 1 216

DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib - FOTO
-
Prezidentin sosial şəbəkə hesablarında Danimarkaya işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO
-
Rusiyanın sanksiyalardan Ermənistan vasitəsilə yayındığı məlum olub
-
Prezident İlham Əliyev Danimarka səfəri ilə bağlı paylaşım edib
-
Kamaləddin Qafarov: “1993-cü il 3 oktyabr seçkiləri milli qurtuluşa aparan yolun başlanğıcıdır”
XƏBƏR LENTİ
-
"Fənərbağça"nın ispan superulduzu bu modellə SEVGİLİDİR - FOTOlar
-
Kartofu belə qızardın - sağlam, az kalorili
-
45 yaşlı Nigarın gözəllik sirri BU İMİŞ - VİDEO
-
Nizami Kino Mərkəzində “Tağıyev: Sona” bədii filminin təqdimat mərasimi keçirilib - FOTO
-
Olduğunuz yer görünəcək - İnstaqramda yenilik
-
Tahinə 1 qaşıq əlavə edin – damarları təmizləyir, xəstəliklərdən qoruyur, sümükləri möhkəmləndirir
-
“Qarabağ” qəribə komandadır, "Qalatasaray"ı...
-
Yaşar Nurinin xanımı qızının geyiminə irad bildirənlərə CAVAB VERDİ - VİDEO
-
“Qarabağ”a layiqincə məğlub olduq” - “Kopenhagen”in hücumçusu
-
Axşamlar qatıqla qarışdırıb yeyin - Qarın, bel və omba yağlarını əridir, bədəni formaya salır!
-
Bakıda dəhşətli qəzanın ANBAAN VİDEOsu
-
Canlı yayımda Nəfəsi günahlandırdı: “Əmisinin məzarının üstü açıq qalıb” - VİDEO
-
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Günün qoroskopu: Duyğusal tərəf güclü olacaq
-
Bu qan qrupu olanlar diqqətli olsun: Beyin insultu riski daha yüksəkdir
-
Bağça müəlliməsi çəkiliş qrupunu görüb pəncərədən qaçdı - VİDEO
-
“4-cü hakimə dedim ki, qurban olum”
-
Yatarkən pəncərəni açıq qoyan hər kəs oxusun
-
Yeni təyin olunan nazir bu suala görə işdən çıxarıldı
-
Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı
-
Göbələk alanda nələrə diqqət etmək lazımdır?
-
Püstə və kaju deyil: Ən sağlam çərəz açıqlandı
-
Ağadadaş Ağayev xanımının xəstəliyindən danışdı
-
50 qəpiyə limon satır, hesabında milyonu var - VİDEO