Yaqlandın ikiüzlülüyü
Avropa Şurasının baş katibi Torbörn Yaqland Böyük Britaniyanın "Qardian" qəzetində Azərbaycanda insan haqlarının durumu ilə bağlı subyektiv fikirlər səsləndirib.Avropa Şurasının baş katibinin son açıqlamaları Avropa institutlarının Azərbaycanla bağlı məsələlərdə səmimi olmadıqlarını bir daha sübut edir
Onun bu fikirləri Azərbaycan ictimaiyyətində, o cümlədən hüquq müdafiəçilərində də narazılıq doğurub.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı bununla bağlı fikirlərini bölüşərkən deyib ki, Avropa Şurasının baş katibi bu fikirləri söyləyərkən bir qədər tələskənliyə yol verib. S.Bənənyarlı hesab edir ki, əslində, İşçi Qrupun fəaliyyətini gözləmək lazım idi: "Təəssüf ki, belə fikirlər səslənib. İmkan vermək lazım idi ki, İşçi Qrupu bir az fəaliyyət göstərsin, özünü doğrultsun. Amma təəssüflər olsun ki, Azərbaycanın "dostları" bu səpkidə fəaliyyətlərini davam etdirirlər, çox təəssüf ki, bu gün əsasən xaricdəki lobbi bu işləri aparır".
Onun sözlərinə görə, Azərbaycan insan hüquqları sahəsində lazımi addımlar atır, Avropanın tövsiyələrini nəzərə alır: "Ancaq İşçi Qrupunun yaradılmasından bir neçə gün sonra Torbörn Yaqlandın Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikir səsləndirməsi doğru addım deyil".
Göründüyü kimi, avropalılar bu kimi məsələlərdə heç cür obyektiv ola bilmirlər. Diqqət yetirin, həmin bu Torbörn Yaqland "Qardian" qəzetindəki məqaləsindən öncə Avropa Şurasının rəsmi saytına açıqlamasında Azərbaycanda insan haqlarının qorunması sahəsində aparılan işləri dəstəkləmişdi. O qeyd etmişdi ki, insan hüquqları üzrə birgə İşçi Qrupun oktyabrın 22-də Bakıda keçirilən ilk iclası Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində bir addımdır. Baş katib Azərbaycan hökumətinin əfv sərəncamını da alqışlamışdı.
Amma cəmi bir gün sonra xüsusi məqalə ilə çıxış edən Torbörn Yaqland bu dəfə tənqidi fikirlərə üstünlük verib.
Halbuki, Azərbaycan hökumətinin bu sahədəki gördüyü işlər kifayət qədərdir. Baş katibin özünün də qeyd etdiyi kimi, Azərbaycanda insan hüquqları üzrə İşçi Qrupunun fəaliyyəti bərpa edilib, onun artıq ilk iclası da keçirilib, təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib. Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.
2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətini bərpa edib.
Bu isə göstərir ki, Avropa institutları ancaq öz maraqlarını düşünürlər. Bilmirsən, Azərbaycanda iki-üç nəfərin əslində pozulmamış hüquqlarının dalınca düşən Avropanın məqsədi nədir? Amma bir o məlumdur ki, bunların dərdləri insan hüquqları deyil. Onlar ancaq daha böyük məsələlərlə bağlı istədiklərini ala bilməyəndə insan hüquqları məsələsini ortaya atırlar. Belə olmasaydı Avropa Şurası kimi bir təşkilatın baş katibi ən azından öz təşəbbüsü ilə fəaliyyətini bərpa etmiş İşçi Qrupun fəaliyyətinin nəticələrini gözləyərdi. Amma o, bunu etmədi. Birbaşa tənqidə keçdi. Demək ki, kimlərəsə belə lazım imiş.
Bu, bir daha onu göstərir ki, Avropa institutları Azərbaycanla bağlı səmimi deyil, heç vaxt da olmayıblar. İşləri-gücləri ancaq Azərbaycanda iki-üç agentinin hüquqlarını müdafiə etməkdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan çox qaçqın və məcburi köçkün kimi problemi qalıb bir qıraqda, Avropa elə hey yapışıb vətənə xəyanət edən, Azərbaycanda sabitliyi pozan, xarici təşkilatlara işləyən bir neçə saxta hüquq müdafiəçisindən.
"Trend" agentliyinin eksperti Elçin Mehdiyev də qeyd etdiyi kimi, hələ ermənilərin Kəlbəcərdə öz doğma torpaqlarına getdiklərinə görə girov götürdükləri azərbaycanlıları demirik: "Görün, Avropa institutları səslərini çıxarırmı? İnsan haqları ilə məşğul olan beynəlxalq qurumların biri bununla bağlı hansısa bir addım atıbmı? Görün, heç Torbörn Yaqland ağzını açıb bu barədə bir kəlmə deyibmi? Bəzi Avropa institutları, beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasəti kölgə altına almağa çalışırlar. Necə olur ki, bu gün regionda Azərbaycandan çox insan hüquqları sahəsində Avropa ilə əməkdaşlıq edən yoxdur, Azərbaycandan çox Avropa institutlarının tövsiyələrini nəzərə alan yoxdur, amma Avropanın ağzı düzəlmir ki, düzəlmir. Heç düzəlməyəcək də, çünki onlar əslində Azərbaycanın xeyrini deyil, öz maraqlarını güdürlər. Torbörn Yaqland kimiləri Azərbaycanı hörümçək toru kimi tələyə salıb öz istəklərini həyata keçirməyə çalışırlar. Ancaq buna nail olmayacaqlar. Artıq Azərbaycan o Azərbaycan deyil ki, onu tora sala biləsən. Azərbaycan kiməsə görə öz milli maraqlarını qurban verən deyil".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Lavrovla Fidan görüşdü
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
XƏBƏR LENTİ
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı





