Siyasət
Politoloq: "Bunun yolu Azərbaycandan üzr istəməkdən keçir"
27 Oktyabr 2014 11:39
Baxış: 1 395
"Rusiya hesabına milyarderə çevrilmiş erməni, "Troyka dialoq", "Sberbank", "Skolkovo" kompaniyalarının rəhbəri olmuş, "Ameria" holdinqinin sahibi Ruben Vardanyan Ermənistanda iqtisadi layihələr reallaşdırmağa başladı. O, həm də Qərbdəki tərəfdaşlarının vəsaitini investisiya formasında Ermənistana cəlb etmək barədə planlara malikdir".
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, R.Vardanyanın rəhbərlik və ya təsis etdiyi strukturları adlandırmasının təkamülü düşüncəsinin istiqamətinin əsas əlamətidir: "Ameria" istənilən adamda "Amerika" assosiasiyasını yaradır. Ermənilər belə söz oyununu özlərinin böyük ağıllarının məhsulu hesab edirlər. Ermənistanın nəqliyyat naziri Dubayda "Rasia" adlı şirkət təsis edib, İran-Ermənistan dəmiryolunun tikintisi üçün pul toplamaqla məşğuldur".
Onun sözlərinə görə, R.Vardanyan Dağlıq Qarabağın ən iri investorlarından biridir: "Hal-hazırda Dağlıq Qarabağ ermənilərinin, demək olar ki, hamısı "Ameriabank"ın yerli filialının girovluğundadır. R.Vardanyanın Dağlıq Qarabağdakı bütün fəaliyyəti Dağlıq Qarabağın teatral dekorasiyaya çevrilməsinə xidmət edir. Özünün qazancı barədə məlumatımız yoxdur. Amma bir şey məlumdur ki, R.Vardanyanın Dağlıq Qarabağdakı iqtisadi fəaliyyəti ermənilərin Rusiyaya yaxınlaşmasına şərait yaratmadı. Dilicanda ingilisdilli beynəlxalq məktəb tikən R.Vardanyan Ermənistanda rus dilinin inkişafına bir sent də ayırmayıb. İngilisdilli beynəlxalq məktəbin tikildiyi dövrdə Ermənistanda rus dilinə qarşı ən kəskin və ən təhqirli kampaniya aparılıb. Bəlkə də onun vəsaiti antirusiya kampaniyasının qızışmasına xidmət edib. Ermənilər Gömrük İttifaqı ilə danışıqların erməni dilində aparılmasında israr edirlər. Qazaxlar və belaruslar isə işçi dilin rus dili olmasına çoxdan razılıq veriblər".
Politoloq hesab edir ki, "Ameria" şirkətlər qrupunun təsisçisi və rəhbəri R.Vardanyanın Dağlıq Qarabağa investisiya qoymasında əsas ruhlandırıcı amil onun ABŞ-dakı yəhudilərlə əlaqəsinin olmasıdır: "Məhz bu parametrə görə, o, ABŞ-ın Ermənistandakı layihələrinin irəliləməsində də aktiv iştirak edib. Məhz yəhudi parametrinə görə, R.Vardanyan ABŞ-ın Ermənıstandakı səfirliyinin binasının sadəcə səfirlik binası deyil, hərbi baza olması prosesində də iştirak etdi".
M.Əhmədoğlunun fikrincə, Ermənistanda iri iqtisadi layihələr reallaşdırmağa hazırlaşan R.Vardanyanın fəaliyyətində üç istiqamət aydın görünür: "Birincisi, Ermənistandakı mitinqlər Qərbi narahat edir. Bu mitinqlər Ermənistanı Rusiyaya yaxınlaşdıracaq. Serj Sarksiyanın ikibaşlı oyunlarına son qoyacaq. Ona görə R.Vardanyanı dövriyyəyə buraxdılar. R.Vardanyan Ermənistanın Rusiyaya tərəf deyil, Qərbə tərəf keçməsini təşkil edəcək. Ermənistanın indiki qeyri-müəyyən vəziyyətdə qalması da mümkündür. İkinci istiqamət Ermənistan iqtisadiyyatında struktur islahatlarının aparılmasıdır. Ermənistan iqtisadiyyatı rusiyayönümlüdür. Rusiyanın payı təxminən 80 faizdir. Bu, Qərbi həmişə narahat edib, müxtəlif iqtisadi müdaxilələrlə Ermənistan iqtisadiyyatında Rusiyanın iştirak payını azaltmaq, Qərbin payını artırmaq istiqamətində müntəzəm cəhdlər ediblər. Ermənistan hökuməti də Qərbin planlarına uyğun olaraq mütəmadi Ermənistandakı iri Rusiya şirkətlərini sıxışdırıb. R.Vardanyan da Ermənistan iqtisadiyyatının indiki strukturundan narazıdır. Bütün dəyişmələrin Rusiyanın Ermənistandakı marağının ziyanına olacağı şəksizdir. R.Vardanyanın islahatlara banklardan başlaması da təsadüfi deyil. Ermənistan bankları Rusiya transfertlərini və digər iqtisadi amillərini Ermənistana daşıyan nasosdur. R.Vardanyan indi bu nasosu öz məqsədlərinə uyğun qurmaq istəyir. Üçüncü parametr R.Vardanyanın Azərbaycandan gələn mesajlara reaksiya verməsidir. R.Vardanyan kifayət qədər emosional maliyyəçidir. Bu prizmadan onun özünü qoruması çox çətin olacaq. Ermənistandakı iqtisadi aktivliyini Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması dövrdə başlaması da onun erməni bicliyinin nəticəsidir. Guya əhali elə başa düşəcək ki, R.Vardanyanı Ermənistana iqtisadi yardım etmək üçün Kreml göndərib. Bununla da Dağlıq Qarabağda cəzasız qalmış fəaliyyətini Ermənistanda da davam etdirmək istəyir.
Ermənistanın indiki vəziyyəti yalnız Azərbaycanla əlaqələri diktə edir. Erməni xalqı üçün Azərbaycan xalqı ilə əlaqələr qura bilməsindən vacib heç nə yoxdur. Bunun yolu Azərbaycandan üzr istəməkdən keçir. Emosional R.Vardanyan Ermənistanın, erməni xalqının vəziyyətini daha da çətinləşdirir. Özünün kapitalını isə məhv olmuş hesab edə bilər".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Aleksandr Lukaşenko Mehriban Əliyevanı təbrik edib
-
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyev “Azərxalça” və “Azəripək”lə bağlı Fərman imzalayıb
-
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
XƏBƏR LENTİ
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı