Nəhayət ki, oldu: düşmənimiz uduzdu və daha da alçaldı
"Belə qurdboğan dövrdə yaşamaq asan deyil - ağılla yanaşı, iradə də tələb olunur". Rus anarxizminin "ata"sı sayılan Nikolay Berdyayev Fransanın Klamar şəhərində ömrünün son günlərini yaşayanda belə söyləmişdi.
Ermənistan rəhbərliyi də kimsənin edə bilməyəcəyi pisliyi xalqına qarşı etdi.
Ölkə alçalıb, aşağılanıb və ümumiyyətlə, artıq dövlət kimi yox, başqa dövlətdən vassal asılılığındakı ərazi statuslu məkan qismində qəbul oluna bilər.
Məsələn, amerikalılara Puerto-Rikonun və ya Havay adalarının dövlət olduğunu söyləsən, yaxud çinlilərə Honkonqun müstəqil dövlət atributlarına malik ərazi kimi tanındığını bəyan etsən, ən yaxşı halda təəccüblənərlər.
Ermənistandakı prezident sayılan Serj Sarkisyan da hakimiyyətini qorumaq və iqtidarda qalmaq üçün bütün vasitələri sınayandan sonra effektiv saydığı metoddan yararlanıb.
Qərbin təzyiqləri qarşısında davam gətirməyən Sarkisyan dərk edir ki, onun seçimi məhduddur. Ya ölkədə demokratik islahatlara başlamalı, insan haqları və vətəndaş azadlıqlarının kağız üzərindəki sözlər, yaxud da nəzarətindəki "müstəqil media"dakı gəvəzəlik olmadığını göstərməli, zahirən də olsa, normal seçkilər keçirməli, çabalayan iqtisadiyyatı aqoniyadan qurtarmaq üçün korrupsiya və rüşvətxorluğu milli vəba səviyyəsindən çıxarmalı - ya da bütün bunları etməmək üçün Rusiyadan asılılığı artırmalı, Moskvanın tələblərini yerinə yetirməlidir.
Yerevan ikinci yolu seçib. Qərbin tələblərinin gerçəkləşdirilməsi birmənalı olaraq Sarkisyan rejiminin siyasi, mənəvi və fiziki intiharı olardı. Ermənilər 2008-ci ildən bəri daha da sürətlənən səfilləşmə, yoxsullaşma və miskinləşməni hakimiyyətdəki dəstəyə bağışlamaq, yaşanan əzabların "iqtisadi inkişaf yolundakı müvəqqəti çətinliklər" olduğunu deyən məmurlara və hakim Ermənistan Respublika Partiyasının funksionerlərinə inanmaq niyyətində deyillər.
Bəlkə də inanmaq istərdilər, di gəl, ac və qəzəbli insanın lirikaya, ələlxüsus da siyasi təbliğata inamı çox az olur.
İqtidardakı dəstəyə inanmayan vətəndaşlardan ibarət ölkəni idarə edənlər də nəzarətlərindəki insanlara inanmırlar.
Rəsmi Yerevan bilir ki, Qərbin bütün tələblərinin yerinə yetirilməsi hələ ABŞ və Avropa Birliyindən hakimiyyət "uzunömürlülüyü" ilə bağlı təminatın alınması deyil.
Qərb ümumiyyətlə kimsəyə indulgensiya vermir və heç bir iqtidarı, yaxud dövlət başçısını uzunmüddətli dostlar, müttəfiqlər siyahısına yazmır.
Gürcüstanın maraqlarını bütünlüklə ABŞ-ın mənafelərinə tabe etdirmiş Mixail Şevardnadzenin devrilmə təhlükəsi yarananda o, həmişə əmrlər və göstərişlər aldığı ABŞ-dan yardım istədi - almadı. Daha sonra şərtlərini əmr kimi qəbul etdiyi Avropa Birliyindən imdad dilədi - Brüssel yenə məsləhətlər verərək real dəstəyi efemer "siyasi kömək"lə əvəzlədi.
Şevardnadze devriləndən və Gürcüstanda hakimiyyətə Mixeil Saakaşvili gələndən sonra Tiflisdəki istisnasız olaraq bütün dövlət strukturlarının binalarının girişində Avropa Birliyinin də bayrağı dalğalanmağa başladı.
Avropalılar gürcülərə yenə vədlər vermiş və Saakaşvilini "ən qəti formada dəstəyə" inandırmışdılar.
Rəsmi Tiflis yenə də Qərbin tələblərini yerinə yetirir, Rusiya ilə aşkar qarşıdurmanı sərtləşdirirdi.
Vədə yetişdi, Saakaşvilinin hakimiyyəti Qərb üçün Cənubi Qafqaz bölgəsində Rusiya ilə aşkar qarşıdurma subyektinə çevrilməyə başlayanda ABŞ və Avropa Birliyi "mavr öz işini gördü, mavr getməlidir" deyimini yenidən gündəmə gətirərək M.Saakaşvilinin seçkilərdə açıq Rusiyaya meylli Bidzina İvanişviliyə məğlubiyyətinə göz yumdular.
Gürcüstan müstəqil və suveren dövlətdir.
Qonşu Ermənistandan fərqli olaraq.
Serj Sarkisyan da Qərbin təkliflərinin hamısını qəbul edəcəyi təqdirdə ən yaxşı halda hakimiyyətdən devriləcəyini, ən pis halda isə elə iş otağındaca güllələnəcəyini anladığından Rusiyadan asılılığı daha da artırmaqla, ölkəsinin Moskvadan asılılığını patoloji kompleksə döndərməklə problemdən çıxış yolu tapdığını güman etdi.
O, Avrasiya İqtisadi Birliyinə qatılmaqla Ermənistanın MDB-dəki geosiyasi proseslərdəki rolunu artıracağını, Yerevanın bölgə proseslərindəki çəkisini ağırlaşdıracağını və ən mühümü - Rusiyaya daha yaxın olaraq yerini möhkəmləndirəcəyini düşünürdü.
Olmadı və Yerevan növbəti dəfə "aldanmış kəvakib"ə çevrildi.
Avrasiya İqtisadi Birliyinin (AİB) qərarları qəbul edən ali orqanı Avrasiya İqtisadi Komissiyasıdır. Bu qurumda, yəni AİK-də Ermənistan 3 nümayəndə ilə təmsil olunsa da, sadəcə 1 səs hüququ var.
Ermənistanın AİB-ə üzvlüklə bağlı imzaladığı sazişin şərtləri belədir.
İlk baxışdan anomal təsir bağışlamayan məqamdır: bir şərtlə ki, AİB-in digər üç üzvü Rusiya, Qazaxıstan və Belarusun hər birinin sözügedən komissiyada 3 nümayəndəsi və elə həmin sayda səs hüquqları olmasaydı.
Beləliklə, AİB-in 4 üzvündən 3-nün hər birinin 3, Ermənistanın isə sadəcə, 1 səsi var.
Yəni Ermənistan özünü bilərəkdən azlıq vəziyyətinə salıb və AİB rəhbərliyi səviyyəsində aparılan müzakirələrdə, qərarların qəbul olunması prosesində "ən zəif bənd" rolunu oynayacaq.
Situasiya Ermənistanın AİB-dəki yerini, Rusiyanın bu ölkəyə münasibətini çox dəqiq səciyyələndirir.
Digər problem Ermənistanın bu struktura qatılmasından sonra ölkənin suvereniteti məsələsidir.
Qazaxıstan və Belarus ermənilərin AİB-də təmsil olunmasını üzdə dəstəkləsələr də, əslində bunu istəmirdilər. Yerevanın Cənubi Qafqazda Rusiyanın "sadiq köpəyi" funksiyalarını yerinə yetirdiyi Polişinel sirri olduğundan, AİB çərçivəsində Rusiyanın istənilən, hətta ən absurd və təhlükəli təkliflərlə ideyalarının Ermənistan tərəfindən qeyd-şərtsiz, dərhal və bütünlüklə dəstəklənəcəyi şübhə doğurmur.
Hadisələrin belə inkişaf məcrasında isə Minsklə Astana AİB daxilində manevr imkanlarının məhdudlaşması, müəyyən təsir mexanizmlərinin itirilməsi ilə qarşılaşacaqlar.
Təhlükəni bir qədər azaltmaq üçün Qazaxıstanla Belarus va-banka gedərək sərt mövqe tutdular və Ermənistana 3 səs verilməsinə qarşı çıxdılar.
Onlar istəklərinə çatıblar.
Çünki hər şey dəyişməz qalsaydı və Rusiyaya ermənilərlə bağlı təzyiqlər olunmasaydı, AİB-də hər hansı məsələ ilə bağlı qərarın qəbul edilməsi zamanı Qazaxıstanla Belarusun 6 (3+3) səsinə qarşı Moskva erməniləri yanına almaqla analoji sayda (3+3) səslə çıxa bilər, ən kiçik fikir ayrılığını beşiyindəcə boğardı.
İndisə ən yaxşı halda Rusiya (3+1) variantı ilə kifayətlənməlidir.
Moskvanın durumla razılaşmasının və bilərəkdən ağır şərtləri qəbul etməsinin yeganə səbəbi isə Rusiya prezidenti Vladimir Putinin AİB adlı efemer struktura de-yure status vermək istəyi idi.
Ermənistanın üzvlüyü ilə bağlı məsələ uzansaydı, Moskvanın Cənubi Qafqazdakı təsir mexanizmlərinin laxladığı barədə iddialar güclənəcəkdi ki, sonucda yaranan geosiyasi mənzərə əsla Rusiyanın xeyrinə olmayacaqdı.
Ermənistan rəhbərliyinin ölkənin yeni siyasi oyunlarda piyada rolunu oynayaraq alçalması və aşağılanması ilə razılaşması təəccüblü deyil. Qeyd etdiyimiz təki, Sarkisyan rejimi yalnız özünü düşündüyündən Rusiya qarşısında istənilən geriləməyə, güzəştə hazırdır.
Maraqlı olan Ermənistandakı müxalifət partiyaları ilə kütlənin, cəmiyyətin bu məğlubiyyətə reaksiyasıdır.
Faktiki olaraq AİB-ə qoşulmaqla Yerevan vassal asılılığında olduğunu təsdiqləməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində geri çəkildiyini, uduzduğunu etiraf etdi.
Serj Sarkisyan rejimi Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistan qoşunlarının ekspedisiya-işğal korpusu olduğunu dolayısıyla təsdiqlədi və AİB-ə qatılmaq üçün Ermənistanın dövlət sərhədlərinin elə Ermənistan sərhədləri çərçivəsində olduğunu təsdiqlədi.
Beləcə, ermənilərin 1988-ci ildən bəri fasiləsiz səsləndirdikləri "Dağlıq Qarabağ erməni əraziləridir" idefiksinin şizofrenik yalan olduğunu Yerevan məcburən etiraf etdi.
Rusiya Cənubi Qafqazdakı yeganə müttəfiqini yenə alçaltdı.
Belə də olmalıdır: siyasətdə vassalı itaətdə saxlamaq üçün onun qüruru sındırılmalı, azadlığı əlindən alınmalı, müstəmləkə həyatı isə "qardaşlıq və müttəfiqlik münasibətlərinin təzahür formalarından biri" kimi aşılanmalıdır.
Ermənilər başqa nə gözləyirdilər ki...
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
Onlar Moskvaya konkret təkliflə gedirlər - Tramp
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





