Ukrayna Ali Radasında "MDB-nin yaradılması haqqında" sazişin qüvvədən düşməsi barədə qanun layihəsi qeydiyyata alınıb.
Trend-in məlumatına görə, bu barədə TASS agentliyi Ukrayna parlamentinə istinadən xəbər yayıb.
Layihənin təşəbbüskarı Azadlıq Partiyasından olan deputatlardır.
Qanun layihəsinin mətni hələlik dərc olunmayıb.
Qeyd edək ki, oktyabrın 9-da MDB Parlamentlərarası Assambleyasının daimi nümayəndə heyətinin rəhbəri, Ali Radanın deputatı Sergey Qrinevetski bildirmişdi ki, hazırda Kiyev Ukraynanın MDB-dən çıxması məsələsinə baxmır.
Bundan əvvəl Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos izah etmişdi ki, hansısa beynəlxalq təşkilatdan çıxmaq prosesinə başlamaq üçün Ali Rada qərar qəbul etməlidir. Hələlik isə belə qərar yoxdur.
Ötən cümə axşamı Ukrayna prezidenti Pyotr Poroşenko MDB Dövlət Başçıları Şurasının iclasında şəxsən iştirak edə bilməyəcəyinə görə üzr istəmişdi. Oktyabrın 10-da keçirilən iclasda Ukraynanın maraqlarını bu ölkənin Belarusdakı səfiri Mixail Yejel təmsil etmişdi.
Ukraynanın MDB-dən çıxması məsələsi hələ mart ayında qaldırılmışdı. O zamandan bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bundan başqa, Ukrayna İqtisadiyyat Nazirliyi öz məruzəsində MDB-dən çıxmağın iqtisadi baxımdan ölkə üçün əlverişli olmadığı barədə məruzə təqdim etmişdi.
MDB-nin yaradılmasına dair saziş Rusiya, Belarus və Ukrayna liderləri tərəfindən 1991-ci il dekabrın 8-də imzalanıb. Sazişin 9-cu maddəsində deyilir ki, "sazişin tərəflərindən hər biri bir il ərzində saziş iştirakçılarına xəbərdarlıq edərək bu sazişin və ya onun ayrı-ayrı maddələrinin qüvvədən düşməsi hüququnu özündə saxlayır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - VİDEO - FOTO
- İlham Əliyev Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub - FOTO
- Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər
- Prezident “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları açılışlarını edib - VİDEO - FOTO
- Prezident Mincivan qəsəbəsinin təməlini qoyub - VİDEO - FOTO
- İlham Əliyev və Mehriban Əliyeva “Ağalı” hotelinin açılışında iştirak ediblər - VİDEO - FOTO
XƏBƏR LENTİ
- Mütləq səhər yeməyi yeyin
- Çin kəşfiyyatı kosmik sektorda casusluq hallarını üzə çıxarıb
- “Avroviziya”dan qovulan iştirakçı hakim qarşısına çıxacaq
- Selena festivala bu geyimdə qatıldı - FOTOlar
- Bu 3 sualı kişilərə verməməlisiniz: Münasibətinizi məhv edəcək
- İki il sonra yeni mövsümü çəkiləcək
- İlqarə uzun müddət sonra səhnəyə çıxacaq - FOTO
- Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - VİDEO
- Orqanizmi qalxan kimi qoruyan RESEPT
- Çingiz Mustafayevin ailə qurduğu xanım görün kim imiş - FOTO
- Hizbullah İsrail ordusunun qərargahına hücum etdi
- Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı
- Dünyanın ən gözəl idmançısı geyimi ilə heyran etdi - FOTOlar
- Renatın komandası “Beşiktaş”la oyunda qələbəni əldən verib - 90+7-ci dəqiqədə
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
- Bu tapıntı Misirdəki piramidaların sirrini aça bilər
- Bricit bacarıqsız Makrondan bezdi, işə başlayır – Deyli Meyl
- Bu məşhur şirkət Rusiya bazarını tərk edir
- Tiflisdə Rusiya bayrağı yandırıldı
- Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
- Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Rusiyanın bu vilayətində partlayışlar baş verdi