Siyasət

Konqresmen: "Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir"

13 Oktyabr 2014 10:51
Baxış: 461

"Azərbaycan regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir"

Bunu ABŞ-ın Texas ştatından olan konqresmen Henri Kuelar (Henry Cuellar) Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla birgə "Incarnate Word" Universitetində keçirilən "dəyirmi masa"da bildirib.

Trend-in H.Kueların rəsmi saytına istinadən verdiyi məlumata görə, amerikalı konqresmen deyib: "Azərbaycan Amerika Birləşmiş Ştatlarının müttəfiqi və strateji tərəfdaşıdır. Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir. San-Antonionun limitsiz ixrac potensialına sahib sürətlə inkişaf edən şəhər kimi oynadığı rolu nəzərə alaraq, Cənubi Texasın Azərbaycan ilə əlaqələrini gücləndirmək üçün böyük imkan var".

O qeyd edib ki, bundan sonra da Azərbaycanın davamlı inkişafını və ikitərəfli əlaqələrin möhkəmləndirilməsini görmək arzusundadır.

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov H.Kuelar ilə birgə "Incarnate Word" Universitetinin tələbə və müəllim heyəti ilə görüşərək Azərbaycanın qlobal siyasi, iqtisadi və təhlükəsizlik məsələlərini, həmçinin ABŞ və Azərbaycan arasında əməkdaşlığı müzakirə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.