Siyasət

Azərbaycan və Türkiyə HHQ-lərinin təlimlərindən növbəti görüntü - VİDEO

25 Sentyabr 2014 16:31
0 Şərh     Baxış: 792
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopterlərinin təlimlərinin növbəti videogörüntüsünü yayıb.

Trend yazır ki, təlimlərdə iki ölkənin HHQ-lərinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilir.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir.

Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlər oktyabrın 3-dək davam edəcək.

Həmin videogörüntünü təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.