Penitensiar xidmət Leyla Yunusovanın istintaq təcridxanasında döyülməsi məsələsinə aydınlıq gətirib.
Trend Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəsmi saytına istinadən xəbər verir ki, Penitensiar xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov bildirib ki, son günlər ərzində bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın saxlanma şəraiti barədə növbəti dəfə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti təqsirləndirilən şəxs Leyla Yunusovanın guya müəssisə əməkdaşlarından biri tərəfindən döyülməsi ilə bağlı məlumata cavab olaraq bildirir ki, həmin xəbər tamamilə əsassızdır: "Həqiqəti əks etdirməyən və ictimai fikrin çaşdırılmasına yönəldilmiş bu cür xəbərlərə son qoymaq məqsədi ilə Penitensiar xidmət rəhbərliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına araşdırma aparılması barədə müraciət edilib. Bu məqsədlə təcridxananın dəhlizlərində quraşdırılmış videokameralar tərəfindən qeydə alınan görüntülər prokurorluq orqanına təqdim olunacaq".
Y.İsakov qeyd edib ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda qeyd olunan Penitensiar xidmətin əməkdaşı Fəqan Yaqubovun guya təqsirləndirilən şəxs Leyla Yunusovaya fiziki təzyiq göstərməsi ilə bağlı məqama gəlincə, həmin şəxsin ünvanına səsləndirilən ittihamlar tamamilə əsassızdır. Fəqan Yaqubov və eləcə də Penitensiar xidmətin digər əməkdaşları məhkum və təqsirləndirilən şəxslərlə davranış qaydalarını bilir və onlara tam riayət edirlər.
Qeyd edək ki, təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda həqiqəti əks etdirməyən başqa məqamlar da yer alıb. Belə ki, bəyanatda bildirilir ki, 24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. Penitensiar xidmət bildirir ki, həmin tarixdə təqsirləndirilən şəxs Leyla Yunusovanı vəkillərdən yalnız biri - Cavad Cavadov qəbul edib.
Bəyanatda qeyd olunan digər əsassız ittihamlara - guya son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından Leyla Yunusovanın soyuq su ilə çimməli olmasına, bunun nəticəsində bərk soyuqlamasına, temperaturunun yüksəlməsinə və həkimlərin onu qəbul etməmələrinə gəlincə, Penitensiar xidmət bildirir ki, Bakı İstintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş korpusu həftədə 3 dəfə 4 saat ərzində isti su ilə təchiz edilir. Təqsirləndirilən şəxs Leyla Yunusovanın isti susuz qaldığını iddia etdiyi gün də o, qrafikə uyğun olaraq saat 10:00-dan 14:00-dək isti su ilə təmin olunub.
Təqsirləndirilən şəxs Leyla Yunusovanın soyuqladığı və həkimin onu qəbul etməməsi barədə deyilən fikirlər də qərəzlidir. Penitensiar xidmət səsləndirilən ittihamlara cavab olaraq bildirir ki, 19-24 tarixləri aralığında təqsirləndirilən şəxs Leyla Yunusova beş dəfə həkim nəzarətində olub və qeydiyyat jurnalında bunu şəxsən öz imzası ilə təsdiqləyib. Tibb mütəxəssisləri tərəfindən müayinə olunan Leyla Yunusovanın temperaturunun yüksəlməsi öz təsdiqini tapmayıb.
Vəkillərin həmin gün təqsirləndirilən şəxsin kamerasında yoxlanışın aparılmasını "qanunsuzluq" kimi qiymətləndirmələrinə gəlincə, Penitensiar xidmət bildirir ki, kameralarda yoxlanışın aparılması təqsirləndirilən şəxslərin səhhətindən asılı deyil. Həmin gün Bakı İstintaq təcridxanasının rəhbərliyi tərəfindən təsdiqlənmiş qrafikə uyğun olaraq təkcə Leyla Yunusovanın deyil, bütün təqsirləndirilən şəxslərin saxlandığı kameralarda yoxlama aparılıb.
Bakı İstintaq təcridxanasının əməkdaşları təqsirləndirilən şəxs Leyla Yunusovanın bu cür provokasiya xarakterli iddiaları ilə mütəmadi olaraq qarşılaşır və buna soyuqqanlıqla yanaşırlar. Penitensiar xidmət bir daha bildirir ki, belə əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayılır.
Milli.Az
Siyasət
Penitensiar xidmət Leyla Yunusovanın istintaq təcridxanasında döyülməsi məsələsinə aydınlıq gətirib
25 Sentyabr 2014 13:57
Baxış: 547
DİGƏR XƏBƏRLƏR
- Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - VİDEO - FOTO
- İlham Əliyev Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub - FOTO
- Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər
- Prezident “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları açılışlarını edib - VİDEO - FOTO
- Prezident Mincivan qəsəbəsinin təməlini qoyub - VİDEO - FOTO
- İlham Əliyev və Mehriban Əliyeva “Ağalı” hotelinin açılışında iştirak ediblər - VİDEO - FOTO
XƏBƏR LENTİ
- Çin kəşfiyyatı kosmik sektorda casusluq hallarını üzə çıxarıb
- “Avroviziya”dan qovulan iştirakçı hakim qarşısına çıxacaq
- Selena festivala bu geyimdə qatıldı - FOTOlar
- Bu 3 sualı kişilərə verməməlisiniz: Münasibətinizi məhv edəcək
- İki il sonra yeni mövsümü çəkiləcək
- İlqarə uzun müddət sonra səhnəyə çıxacaq - FOTO
- Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - VİDEO
- Orqanizmi qalxan kimi qoruyan RESEPT
- Çingiz Mustafayevin ailə qurduğu xanım görün kim imiş - FOTO
- Hizbullah İsrail ordusunun qərargahına hücum etdi
- Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı
- Dünyanın ən gözəl idmançısı geyimi ilə heyran etdi - FOTOlar
- Renatın komandası “Beşiktaş”la oyunda qələbəni əldən verib - 90+7-ci dəqiqədə
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
- Bu tapıntı Misirdəki piramidaların sirrini aça bilər
- Bricit bacarıqsız Makrondan bezdi, işə başlayır – Deyli Meyl
- Bu məşhur şirkət Rusiya bazarını tərk edir
- Tiflisdə Rusiya bayrağı yandırıldı
- Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
- Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Rusiyanın bu vilayətində partlayışlar baş verdi
- Ukrayna daha bir Su-25-i məhv etdi