Siyasət

BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycana gəlir

25 Sentyabr 2014 13:32
Baxış: 423
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) rəhbəri Helen Klark 1-4 oktyabrda Azərbaycana səfər edəcək.

Trend-in BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinə istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfindən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurlarını müşahidə etmək və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaqdır.

H.Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı planlaşdırılır. Səfər çərçivəsində Helen Klark yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçilər, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək. O, həmçinin Azərbaycandakı BMT İP layihələri ilə ətraflı tanış olmaq üçün ölkədə səfərlər edəcək və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi və Qlobal Dayanıqlı İnkişaf Məqsədləri üzrə ADA Universitetində mühazirə deyəcək.

Səfər zamanı Helen Klarkı təşkilatın rəhbər müavini və Şərqi Avropa və MDB ölkələri üzrə BMT İP-nin Regional Bürosunun direktoru Cihan xanım Sultanoğlu və digər BMT rəsmiləri müşahidə edəcəklər. Xatırladaq ki, BMT İP-in rəhbərinin Azərbaycana sonuncu səfəri 1996-cı ildə olub. Həmin nümayəndə heyətinə ovaxtkı BMT İP rəhbəri Ceyms Qustav Spez rəhbərlik edib.

BMT-nin inkişaf agentliyi olan BMT İP dəyişiklik üçün təşviqat aparır və ölkələri bilik, təcrübə və resurslar naminə birləşdirir. 170-dən çox ölkə və ərazidə fəaliyyət göstərən bu təşkilat həyatlara səlahiyyətin verilməsi və güclü millətlərin yaradılmasına yardım etmək üçün qlobal yanaşma və yerli baxışlar təklif edir. 1992-ci ildən fəaliyyət göstərən BMT İP-nin Azərbaycan Nümayəndəliyi səmərəli idarəçilik və dayanıqlı inkişafın təşviqi, eləcə də gender bərabərliyi, münaqişədən sonrakı yenidənbərpa və fəlakətlərin azaldılması riskləri sahələrində təqdirəlayiq işlər görüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.