"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi bəzi beynəlxalq təşkilatların ikili siyasətinə etiraz edən bəyanat yayıb. İctimai Birlikdən Trend-ə bildiriblər ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq aləmlə sıx təmaslar qurub, bir çox beynəlxalq təşkilatlara, konvensiyalara qoşulub, demokratik cəmiyyət quruculuğu istiqamətində böyük uğurlara imza atıb:
"Eyni zamanda, ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. Bu gün Azərbaycan insanı demokratik cəmiyyətin bütün qaydalarından sərbəst istifadə edə bilir. O cümlədən informasiya texnologiyaları, internet azadlığı sahəsində də Azərbaycan mühüm işlər görüb. Ölkə əhalisinin 70 faizindən çoxu internetdən, sosial şəbəkələrdən sərbəst istifadə edir, öz fikirlərini rahatlıqla bölüşə bilirlər".
Bəyanatda daha sonra qeyd olunur: "Lakin əfsuslar olsun ki, bir sıra beynəlxalq təşkilatlar bütün bunları görməzdən gələrək daim Azərbaycana qərəzli mövqe nümayiş etdirməklə seçiliblər. Başqa ölkələrdə baş verən hadisələrə əhəmiyyət verməyən bu təşkilatlar sanki oturub Azərbaycanda hansısa bir hadisənin baş verməsini gözləyirlər. Misal üçün, elə Avropa Şurası Azərbaycan bu təşkilata qoşulan vaxtdan ölkəni "siyasi məhbus" atəşinə tutub, ancaq "siyasi məhbus" adlandırdığı insanların müxtəlif cinayət əməllərindən xəbərsizdir. Bundan əlavə, bir sıra beynəlxalq və regional təşkilatlar öz bəyanatlarında Azərbaycandakı faktiki vəziyyəti yox, məhz öz istəklərini qeyd etməyi daha vacib bilirlər. İstər "Amnesty International", istərsə də "Human Rights Watch" öz bəyanatlarında Azərbaycanı əsas hədəf kimi daha da qabardırlar. Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət qalib gəldikdən sonra Mixail Saakaşvilinin lideri olduğu Gürcüstan Vahid Milli Hərəkatının üzvlərinə və tərəfdarlarına qarşı kəskin repressiyalar başladı və nəticədə uzun bir siyasi məhbus siyahısı meydana gəldi. Ancaq adları yuxarıda qeyd olunan beynəlxalq təşkilatların bununla bağlı ciddi təpkisini görmədik".
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi mövcud olan ikili siyasəti pisləyir və beynəlxalq təşkilatları ədalətli olmağa çağırır.
Milli.Az
Siyasət
"Düşüncə" İctimai Birliyi bəzi beynəlxalq təşkilatların ikili siyasətinə etiraz edib
2 Sentyabr 2014 18:26
Baxış: 543
DİGƏR XƏBƏRLƏR
- Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verildi
- Prezident “Samur” - “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydalarını təsdiqləyib
- İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında imzalanmış iki sənədi təsdiqləyib
- Erməni kilsəsi hakimiyyət istədi, Paşinyandan "nokaut" aldı
- "SOCAR"a hücumun pərdəarxası - Qaranlıq qalan sualların cavabları
- Azərbaycan QHT-ləri 26 ABŞ konqresmeninə Açıq Məktub ünvanladı
XƏBƏR LENTİ
- Azərbaycanda futbol mövsümü nə ilə yadda qaldı? - VİDEO
- Erməni bəstəkar Göyçə gölündə batdı - FOTO
- Geomaqnit qasırğası proqnozlaşdırılır
- Qarabağ Universitetinin yataqxanası - VİDEO
- Görünməz kosmik performans: Dörd planet bir sıraya düzüləcək
- Azərbaycanda komandir rüşvətə görə həbs olundu
- “Çelsi”nin baş məşqçisi o olacaq - FOTO
- Xaricdə nikaha girmək istəyənlərin nəzərinə
- Alla Puqaçova əri ilə İsraildə - FOTOlar
- Bakıda evakuator sürücüsü qaydaları heçə sayıb bordürə çıxdı - VİDEO
- Bakının bu qəsəbəsində tıxaca görə hamı evini satır
- "Aşiq olmaq istəyirəm" - 78 yaşlı Türkan Şoray
- Qarabağ Universiteti işçi axtarır
- Daha bir ölkə "Taliban"ı bu siyahıdan çıxardı
- Xoşqədəm yeni veriliş açır
- Bu şəxslər Azərbaycan vətəndaşları ilə evlənə bilməyəcəklər
- “Millinin baş məşqçi təyinatı yaxın günlərdə gerçəkləşəcək”
- Günün xoşbəxt bürcü hansıdır?
- Ermənistanda əsirlikdə olan azərbaycanlıların VİDEOsu yayıldı: əsrlikdən azad olunublarmı? - YENİLƏNİB
- Toyda bəyi şok edən hədiyyə - FOTO
- Hadisə çimərlik geyimində - FOTOlar
- Rusiya XİN: “Patriot”ları məhv etmək üçün bütün tədbirlər görüləcək
- Ağcabədili axund necə Nizami Gəncəvi oldu?
- Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verildi