Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla yenidən görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi və ermənilərin məlumatına görə, qətlə yetirilmiş Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb.
Baş nazirin müavini Ə.Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə H.Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər. Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır: "Əgər bu gün Ermənistan tərəfi girovların və meyitin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə, onda gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar?"
Görüşdə bildirilib ki, bütün bu məsələlər ilk gündən ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir və Azərbaycan hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.
Dövlət Komitəsi bildirir ki, Rusiya Federasiyasının vətəndaşı D.Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Ş.Quliyevin azad edilməsinə köməklik göstərilməsi ilə bağlı ailə üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanlanmış məlum müraciəti artıq iyunun 28-də xüsusi rabitə vasitəsilə Kreml poçtuna daxil olub.
Komitə bir daha D.Əsgərov, Ş.Quliyev və H.Həsənovun yaxınlarına müraciət edərək bildirir ki, bu məsələdə təmkinli olsunlar, yuxarıda da qeyd edildiyi kimi, bu məsələ ilk gündən dövlət başçısının nəzarətindədir və bununla bağlı hərtərəfli işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə, ictimaiyyətə geniş məlumat veriləcək.
Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov da iştirak edib.
Görüşdən sonra baş nazirin müavini Ə.Həsənov H.Həsənovun ailə üzvlərini qəbul edib.
Milli.Az
Siyasət
Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə ciddi xəbərdarlıq edib
30 İyul 2014 13:51
Baxış: 800
![](https://img2.milli.az/n/clickable/204433/0e/4/285067.jpg)
DİGƏR XƏBƏRLƏR
-
Ona inanmaq olarmı?
-
İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib - VİDEO - FOTO
-
Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı yeni təkliflər paketi göndərib
-
İlham Əliyevə İtaliya istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - VİDEO - FOTO
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO
-
Prezident Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib - FOTO
XƏBƏR LENTİ
-
5 dəqiqədə dadlı salat necə hazırlamaq olar?
-
Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşdü
-
Ona inanmaq olarmı?
-
İyuldan işığın qiyməti artır? - AÇIQLAMA
-
Qızıl ümidlər - REYTİNQ
-
Anasından Leyla Quliyeva ilə bağlı paylaşım - FOTO
-
17 yaşlı gənc qətlə yetirildi
-
Nazirlik rəsmisi hava ilə bağlı çağırış etdi
-
Mətanət İsgəndərli nəvələri ilə - FOTOlar
-
Əfsanəvi yarışçı yüksək sürətlə beton divara çırpıldı - VİDEO
-
“Qəbələ”dən ikinci transfer
-
Volkan Dəmirələ ağır itki
-
İnsanlar ölməzdən əvvəl nəyə peşman olurlar - Ən çox yayılmış 10 şey
-
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
-
Qonşuda yeni xəstəlik: növbəti pandemiya gözlənilir?
-
“Qəbələ”də yeni müdafiəçi
-
Ailə həyatının ən şanslı bürcləri
-
3 gün 3 gecə toy etdilər - FOTO
-
Riki Martin ilk dəfə Bakıya gəlir
-
Buzovnada qara maskalılar saxlanıldı
-
Çimnaz çılpaq şəkillərini bu qiymətə satışa çıxardı - FOTO
-
Elşad Xosedən xanımı ilə FOTO
-
Silk Way West Airlines və China Henan Aviation Group arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
Yaşar Nurinin qızının geyimi gündəm oldu - VİDEO