Siyasət
İsveç azərbaycanlıları bu ölkənin xarici işlər nazirinə etiraz ediblər
23 İyul 2014 17:21
Baxış: 1 685
İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyəti İsveçin xarici işlər naziri Karl Bildtə ünvanladığı məktubu ölkənin xarici siyasət idarəsinə təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda İsveçdə yaşayan azərbaycanlıların Atlantik Şuranın Vaşinqtonda keçirilmiş iclasında İsveçin xarici işlər naziri K.Bildtin Azərbaycan hakimiyyətini avtoritar rejim qurmaqda günahlandırmasından narahatlıq və təəssüf hissi keçirdiyi ifadə olunub: "Demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi bu və ya digər məsələlərə yüksək həssaslıqla yanaşılan bir ölkəyə qarşı ünvanlanan belə sensasiyalı bəyanatı həqiqətə uyğun hesab etmirik".
Etiraz məktubunda həmçinin qeyd olunur ki, qloballaşan dünyada hakimiyyət tərəfindən həyata keçirilmiş uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, o cümlədən beynəlxalq arenada öz sözünü deməyə qadir bir ölkəyə çevrilib: "Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Azərbaycan Avropa ölkələri üçün strateji tərəfdaş, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir dövlət rolunu oynayır".
İsveç xarici işlər nazirinə ünvanlanan müraciətdə Azərbaycanda vətəndaşlar, siyasi partiyaların fəaliyyəti üçün yaradılmış mühit, azad internetin, medianın mövcudluğu xüsusi vurğulanır: "Bu gün güclü demokratik təsisatların qurulması, mətbuat azadlığının təmin olunması, demokratik cəmiyyətin formalaşması üçün hər cür şərait yaradılıb. Son on ildə Azərbaycan bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi baxımdan digər dövlətlərə örnək ola bilər".
K.Bildtin Azərbaycana dair kəskin çıxışının buradakı real vəziyyəti əks etdirmədiyini düşünən İsveç azərbaycanlıları hesab edir ki, belə bəyanatlar ölkələr arasında qarşılıqlı əlaqələrin və siyasi münasibətlərin xarakterinə uyğun deyil.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)