O dəhşətli və cavabsız suala nə deyirik?
Milli.Az BBC-yə istinadən Rəşad Şirinin yazısını təqdim edir
İnsanların siyasətə biganəliyini ölkəmizdə çox vaxt qorxu ilə izah edənlər var. Maraqlı mövzudur. Bəs səbəb həqiqətən qorxudurmu? Niyə insanlar siyasət haqqında danışmaq istəmir?
1927-ci ildə Amerkia psixoloqu və maarifçisi John Deweyi də bu suallar düşündürürdü.
O deyirdi ki, əyləncə vasitələrinin çeşidliyi və miqdarının artması, eləcə də onların ucuzluğu insanların siyasi qayğılardan uzaqlaşmasına səbəb olub.
"Cəmiyyətin ayrı-ayrı üzvləri bir çox şeydən həzz ala bilir və bir çox işlə məşğuldurlar. Bunun nəticəsidir ki, daha səmərəli ictimaiyyətə çevrilmək haqqında düşünmək imkanları yoxdu".
Tərcüməni özüm etdiyim üçün "public" sözünü "ictimaiyyət" kimi çevirdim, çünki hal-hazırda başqa söz yoxdur dilimizdə bunu ifadə edəcək.
Psixoloq deyirdi ki, insan siyasi olduğu qədər də istehlakçı və idmançı varlıqdır. "Və qeyd olunmalıdır ki, əyləncə vasitələrini əldə etmək imkanları keçmişdəkindən çox daha ucuz və asandır. Hal-hazırki rifah dövrü davam etməyə bilər. Amma kino, radio, ucuz oxu materialları və avtomobillər qalacaq".
Dewey qeyd edirdi ki, əyləncə vasitələrinin yaranma məqsədi insanları siyasətdən kənarda tutmaq deyildi, amma bu fakt onların bu istiqamətdə effektiv olmağını azaltmır.
"İnsan övladının fitrətindəki siyasi elementlər indi bir kənara sıxılıb. Bir çox çevrələrdə siyasət ilə bağlı söhbət açmaq çox çətindir və bu söhbət başlasa belə, bir müddətdən sonra insanlar əsnəməyə başlayır"...
90 il əvvəl yazılmış bu cümlələr bizi ciddi düşünməyə vadar edir.
Public
Dewey həm də "public" anlayışının nə olduğunu sorğulayır. Public sözü Qərb ənənəsində çox vacib bir nəsnədir. Public - açıqlıqda olan, aşkar olan deməkdir.
Eyni zamanda public müəyyən bir cəmiyyətin, xalqın tamamını ehtiva edə bilər - amma faktiki olaraq cəmiyyətin fəal üzvlərindən gedir söhbət.
Bundan əlavə public həm də dövlətin öz ərazisindəki insanlara verdiyi xidmətləri - qulluğu əks etdirir.
Türkiyədə public sözünü tərcümə ediblər və "kamu" sözündən istifadə edirlər. Birbaşa public-in bütün mənalarını qoyublar bu sözün içinə - kamu personeli, kamu oyu və s.
Postsovet məkanı daha çox rus dilinin təsiri altındadır və bir çox məfhumları biz birbaşa çevirə bilmədiyimiz üçün baxırıq ki, ruslar bunu necə tərcümə edir.
Public sözünü ruslar "obhestvennoe" kimi çevirib, biz də onlara baxıb ictimai demişik və ya eynilə "rule of law"nu "verxovenstvo zakona" deyə çeviriblər biz də "qanunun aliliyi" demişik.
Halbuki bu tərcümələr qüsurlu olduğu qədər də mənanı təhrif edir, ideyaların məntiqini dəyişir.
Bütün bunlara baxmayaraq, yenə də hamımız müəyyən mənada təhtəlşuurda bizim hamımızı birləşdirən bir böyük cəmiyyətin, böyük icmanın, "hamının" olduğunu bilirik.
Xalq həmin o "hamıdır", o publicdir. Burada public-in - hamının cəmiyyətdən və ya sivil, vətəndaş cəmiyyətindən fərqli olduğunu vurğulamaq çox önəmlidir, çünki hamı siyasi olduğu qədər də "siyasi baxımdan neytral" anlayışdır.
Yəni iqtidarlı iqtidarsız, müxalifətli müxalifətsiz, ümumi maraqlar və daha da vacibi dəyərlər uğrunda birləşə bilən tam bəzən xəyali bir varlıqdir.
Hollandiyanın karikaturası
John Dewey deyir ki birləşmə fiziki və orqanikdir. İcma isə dəyərlər və mənəvi məsələdir. Yəni atomlar elektrik cərəyanı təsiri altında bir araya gəlir, heyvanlar soyuqda bir-birinə qısılır - birləşmə son dərəcə təbii və hətta izaha ehtiyacı olmayan bir şeydi. Halbuki icma, ictimaiyyət, public - heç də hər zaman təbii deyil.
Tarixin müəyyən dönəmlərində bu proses aktivləşə, sürətlənə bilər. Bəzən də tamamən süstləşə bilər. Əsas sual isə odur ki, public özünü qabarıq mənəvi toplum kimi ortaya qoya bilməyəndə bunun əksinə necə nail olmaq olar?
Bir postsovet toplumu üçün bu son dərəcə əhəmiyyətli problemdir. Kollektivist sistemin dağılması, bazar iqtisadiyyatı və istehlak cəmiyyətinin qurulması, insanların qeyri-siyasi və qeyri-sosial olması "böyük icmanın", "biz"in zəifləməsidir. Bu öz-özlüyündə bir dəyərsizlik problemi yaradır.
Bu yaxınlarda şair Vaqif Səmədoğlunun müsahibəsini dərc etmişdilər.
Deyir ki, milli-azadlıq hərəkatı oldu, meydanlara çıxdıq, mübarizə apardıq, amma indi görürəm ki, kapitalizmin bizə verdiyi azad ticarət, demokratiya özü də dəhşətli və cavabsız suallarmış.
Holland bir alimin post-sovet ölkələri haqqında söylədikləri yadıma düşdü. O, deyirdi ki, sizdə baş verən proseslər bizimkinin karikaturasıdır.
"Hollandiyada da biznes iqtidarı ələ almaq, hakimiyyəti öz istədiyinə yönəltməyə cəhd edir, amma burada cəmiyyətin müqaviməti güclü olduğundan bunun qismən qarşısı alındı. Postsovet ölkələrində kapital heç bir müqavimət görmədən sərbəst öz işini görür".
Bir daha Dewey və əyləncəyə qayıdaq. İnsanın həqiqətən də istehlakçı varlıq olması həqiqətdir təbii. Bugün əyləncə, vaxt keçirmə, müxtəlif cür iş, məşğuliyyət imkanları 1927-dəkindən qat-qat daha çoxdur əlbəttə ki.
Və məhz bu şəraitdə ölkə insanının dəyərlər və maraqlar ətrafında necə toplaşa biləcəyi, siyasi söhbətlər zamanı əsnəməyəcəyi, gələcəyi ilə bağlı məsələləri ortaya qoyub effektiv şəkildə necə həll etməyə çalışacağı ciddi bir problem olaraq ortaya çıxır.
Mənə elə gəlir ki, postsovet ölkələri nə qədər paradoksal olsa da, hələ də kollektivist sistemdən qalma bir ictimai şüur ilə, bir birlik ilə, bir sivillik ilə hərəkət edirlər.
Postsovet dönəmi cəmiyyətinin dezinteqrasiyası davam etməkdədir, köhnə ictimai-siyasi münasibətlər dağılır və yeni yaranan icmalar daha çox dinidir, nəinki dünyəvi.
Böyük icma isə hələ tam aydın görünmür. Son olaraq bunu mütləq qeyd etmək lazımdır ki, bizim, insan olaraq, birləşmədən icmalaşmağa keçməyimiz üçün ən önəmli faktorlardan biri təhsildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Lavrovla Fidan görüşdü
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
XƏBƏR LENTİ
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı





