Rəsmi Bakı Karl Bildtin Azərbaycan haqqında səsləndirdiyi fikirlərə münasibət bildirdi
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsveçin xarici işlər naziri Karl Bildtin Vaşinqtonda Atlantik Şurada Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət açıqlayıb.Novruz Məmmədov: "Bu cür siyasətçilər hələ də başa düşmürlər ki, belə məsuliyyətsiz və səviyyəsiz fikirlərlə dünyanı indiki vəziyyətə onlar salıblar"
Milli.Az APA-ya istinadən xəbər verir ki, N. Məmmədov müasir beynəlxalq aləmdə belə siyasətçilərin az olmadığını deyib: "Çox təəssüflər olsun ki, müasir beynəlxalq aləmdə belə siyasətçilər az deyil. Onlar elə düşünürlər ki, nə desələr, hamı qəbul etməli və itaət etməlidir. Amma hələ də başa düşmürlər ki, belə məsuliyyətsiz və səviyyəsiz fikirlərlə dünyanı indiki vəziyyətə onlar salıblar. Bu gün dünyanın müxtəlif ölkələrində baş verən mənfi proseslər, münaqişələr, qeyri-sabitlik və gərginliklər belə siyasətçilərin fikirlərinin və fəaliyyətinin nəticəsidir. Çünki onlar dünyada gedən proseslərin mahiyyətini anlamaqdan uzaqdırlar. Onlar sadəcə tutuquşu kimi bir neçə ifadəni və sözü əzbərləyib, onlardan təzyiq vasitəsi kimi istifadə edərək təkrar etməklə vəzifələrini bitmiş hesab edirlər".
N.Məmmədov K.Bildtin də belələrindən olduğunu bildirib: "O da Füle kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqına girməsini əsaslandırılmış addım hesab edir. Amma özünə sual vermir, bəs niyə bu ölkəni Qonşuluqdan sonra, Şərq Tərəfdaşlığında 3-cü sırada yerləşdirmişdi?
Azərbaycanla bağlı isə Karl Bildtin belə ifadə işlətməsinin bir yox, bir neçə səbəbi ola bilər. Birincisi, qeyd edək ki, o bu sözləri Vaşinqtonda işlədib. Yəqin ki, bu da təsadüfi deyil. Çünki onun hələ 1973-cü ildən Vaşinqtonda müəyyən qurumlarla sıx əlaqəsi, hətta informatorluq etməsi haqqında məlumatları "Wikileaks"in materiallarına girmək imkanı olan "Ekspressen" qəzeti bir-neçə il əvvəl yaymışdı. Qəzet yazırdı: "Bildtin İsveç qanunlarına zidd olaraq Amerika Administrasiyası ilə əməkdaşlıq etməsini ifşa edən gizli sənəd var".
İkincisi, Karl Bildt bir neçə il əvvəl Bakıda olanda da görüşü zamanı özünü mentor kimi aparmağa cəhd göstərsə də, tez cavabını alıb, yerinə oturduldu. Ona izah edildi ki, onun Azərbaycanda gedən proseslərə yanaşması, yumşaq sözlə desək primitivdir, həqiqətdən uzaqdır.
Üçüncüsü, Karl Bildt özündən çox razı olduğu üçün, iddialıdır. Canfəşanlıq edirdi ki, Avropa Komissiyasında yüksək post tutsun. Deyəsən, bu da alınmır. İddialı siyasətçilərə isə belə şeylər güclü təsir göstərir. Yəqin stress keçirir.
Nəhayət, Karl Bildt bilməlidir ki, bu gün beynəlxalq aləmdə ən mühüm dəyər ədalətdir. Ədalət olmasa, bütün digər universal dəyərlərin, heç bir mənası yoxdur. Dünyada hər şey ədalət prinsipi pozulanda, qərəzli olanda baş verir. Çexiyanın xarici işlər naziri cənab Şvartsenberq (onun da adı Karldır) də, bir müddət əvvəl Azərbaycanla bağlı qərəzli, əsaslandırılmamış mövqe bildirməkdən çəkinmirdi. Lakin çox çəkmədi ki, Şvartsenberq belə bəyanat və fikirlərinə görə postunu itirdi. Oxşar situasiyaya Karl Bildtin də düşəcəyini istisna etmək olmaz".
Qeyd edək ki, İsveçin xarici işlər naziri Karl Bild Atlantik Şuranın Vaşinqtonda keçirilən toplantısında Azərbaycanda avtoritar rejimin hökm sürməsi səbəbindən bu ölkənin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirakının səmimiliyinə ciddi şübhələri olduğunu deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Alen Simonyan "Sülh Körpüsü" iştirakçıları ilə görüşüb - (Video/Foto)
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





