Siyasət
Vaşinqtonda NATO-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbir keçirilib - FOTO
2 İyul 2014 09:26
Baxış: 1 855
Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şurada (Atlantic Council) "NATO Qafqazda: Azərbaycanın misalı" başlıqlı tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin açılış hissəsində çıxış etmiş Atlantik Şuranın prezidenti Fred Kempe Azərbaycanın NATO-nun tərəfdaşı olaraq tutduğu mühüm mövqeni qeyd edərək, bu mənada ölkəmizin özünə davamlı diqqət topladığını ifadə edib.
Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 20-ci ildönümü dövrünə təsadüf etmiş bu tədbirin natiqləri arasında Azərbaycanın NATO yanında nümayəndəsi, səfir Xəzər İbrahim, ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Erik Rubin və Corctaun Universitetində ziyarətçi professor Brenda Şeyfer olublar.
Səfir Xəzər İbrahim NATO-Azərbaycan münasibətlərinin ötən 20 il ərzində keçdiyi tarixi yola nəzər salaraq, bu münasibətlərin artan xətlə inkişaf etdiyini söyləyib və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin NATO mənzil qərargahına sonuncu səfəri zamanı bu münasibətlərin strateji xarakter aldığına dair fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. X.İbrahim keçən dövr ərzində Azərbaycanın NATO-dan yardım qəbul edən ölkədən bu təşkilatın müxtəlif fəaliyyətlərinə töhfə verən ölkəyə çevrildiyini vurğulayıb və bu kontekstdə Azərbaycanın, o cümlədən Əfqanıstandakı əməliyyatlara yetirdiyi müxtəlif yönlü dəstək barədə bəhs edib. O, həmçinin NATO-Azərbaycan münasibətlərinin beynəlxalq hüquq prinsiplərinə söykəndiyini birdirərək, NATO-nun son zirvə toplantılarının yekun sənədlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ifadə edilən birmənalı dəstəyi qeyd edib.
ABŞ Dövlət katibi köməkçisinin müavini Erik Rubin NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında Azərbaycanın iştirakının "dərin təsir bağışlayan" nəticələr doğurduğunu göstərib və bu münasibətləri bir "uğurlu hekayə" kimi təqdir edib. E.Rubin Azərbaycan Prezidenti İlham Əliyevin Brusselə səfəri zamanı NATO rəhbərliyi ilə qarşılıqlı münasibətlərin 20 illiyini əhatə edən müzakirələr apardığını xatırladıb və ölkəmizin NATO ilə əməkdaşlığının müxtəlif istiqamətlərində əldə olunmuş nailiyyətləri qeyd edib. E.Rubin bundan əlavə, Dövlət Departamenti ilə yanaşı, ABŞ Müdafiə Nazirliyi adından Əfqanıstanla əlaqənin təmin edilməsində Azərbaycanın Şimal Nəqliyyat Paylayıcısında tutduğu mühüm yeri önə çəkib və ölkəmizin bu sahədə nümayiş etdirdiyi əməkdaşlığı yüksək qiymətləndirib.
Nəhayət, Brenda Şeyfer öz tərəfindən Azərbaycanın regionda üzləşdiyi problem və təhdidlər haqqında söz açıb, ölkəmizin təhlükəsizlik sahəsində NATO ilə əməkdaşlıq ilə bərabər Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən bəhs edib. O, eləcə də Cənubi Qafqaz regionunda mövcud münaqişələrin regional proseslərə göstərdiyi mənfi təsirə istinad edib və o cümlədən ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirakından yana danışıb.
Çıxışların ardınca natiqlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Alen Simonyan "Sülh Körpüsü" iştirakçıları ilə görüşüb - (Video/Foto)
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama