15:38
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Əminəm ki, ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələri gələcəkdə də dərinləşməkdə və genişlənməkdə davam edəcəkdir.
Sizə cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh və inkişaf arzu edirəm.
Zati-aliləri, ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Şimali Kipr Türk Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdıraraq Zati-alinizə cansağlığı, qardaş Azərbaycan xalqına isə davamlı xoşbəxtlik, sülh və tərəqqi arzu edirəm".
----------------
30.05.2014
17:59
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm. Qarşıdan gələn illərin də ölkəniz üçün uğurlu olmasını diləyirəm.
Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən yüksək ehtiramlarımla Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına Qətər Hökuməti adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və qarşıdan gələn illərdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin güclənməsini diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Nepalın Prezidenti Ram Baran Yadav Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Nepal xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Qətər dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və gələcək illərdə də inkişaf diləyirəm".
---------
14:17
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını bütün polşalılar adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir və uğurlar diləyirəm.
Polşa ilə Azərbaycan arasında mövcud uğurlu münasibətlərdən, xalqlarımızın ənənəvi dostluq və yaxınlıq əlaqələrindən məmnunluğumu bildirirəm. Əminəm ki, ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımız davam edəcəkdir. Cənab Prezident, cari ildə Sizin ölkəmizə gözlənilən səfərinizin Polşa ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğumu bildirirəm.
Sizi əmin edirəm ki, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığının gücləndirilməsi üçün Polşa Respublikasının dəstəyi dəyişməzdir.
Cənab Prezident, Sizə və xalqınıza firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Dost Azərbaycana və onun xalqına tərəqqi diləyirəm.
Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı əməkdaşlıq inkişaf edəcək və möhkəmlənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Nepalın Prezidenti Ram Baran Yadav Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Nepal xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm. Qarşıdan gələn illərin də ölkəniz üçün uğurlu olmasını diləyirəm.
Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
----------------
29.05.2014
20:58
Təbrikdə deyilir:
"Çox hörmətli İlham Heydər oğlu, Şanlı dövlət bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını 150 minlik Dağıstan azərbaycanlıları adından ürəkdən təbrik edirəm.
1918-ci ildə Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. Bu əlamətdar hadisədən sonra keçən illər parlaq hadisələrlə və Azərbaycan xalqının böyük nailiyyətləri ilə əlamətdar olmuşdur.
Biz, Dağıstan azərbaycanlıları öz xalqımıza, öz etnik vətənimiz olan Azərbaycana münasibətdə vətənpərvərlik hisslərini rəhbər tutaraq fikirlərimizi, amallarımızı və hərəkətlərimizi həmişə Azərbaycan ilə, onun xalqı ilə bağlamışıq, onun kədərinə şərik olmuşuq, uğurlarına sevinmişik.
Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevdir. Müasir Azərbaycanda ümumi sabitlik və milli həmrəylik şəraitinin yaradılması, keçmiş SSRİ-nin ən zəif müttəfiq respublikalarından birinin dünyada söz və nüfuz sahibi olan ölkələr sırasına çıxarılması üzrə möhtəşəm işləri Ulu Öndər başlamışdır.
Çox hörmətli İlham Heydər oğlu, bütün Azərbaycan xalqı kimi biz də Sizin şəxsinizdə Heydər Əliyevin işinin layiqli davamçısını görürük. Heydər Əliyevin Azərbaycanın, Azərbaycan xalqının daha da firavanlaşmasına yönəlmiş siyasətini inamla davam etdirdiyinizə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması sahəsində böyük uğurlar qazanmışdır. Sizin öz dövlətinizin mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.
Siz Rusiya ilə Azərbaycan arasında tarixən formalaşmış mehriban qonşuluq münasibətlərinə, xalqlarımız arasında qardaşcasına dostluğun möhkəmlənməsinə və inkişafına dəyərli töhfələr verirsiniz.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq, çoxmillətli Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
----------
17:27
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə ən səmimi salamlarımı və xoş arzularımı qəbul edin.
Bolqarıstan ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir. Qəti əminəm ki, xalqlarımızın rifahına xidmət edən, sıx əməkdaşlığa və inama əsaslanan bu münasibətlərin inkişafını gələcəkdə də davam etdirəcəyik.
Sizi tezliklə Bolqarıstan torpağında salamlayacağıma ümid edirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizə bir daha ehtiramımı bildirirəm. Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Sizi "Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İcazə verin, Sizə möhkəm cansağlığı, nikbinlik, Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım.
Sizi əmin edirik ki, "Mir" Teleradio Şirkəti Azərbaycan Respublikasının həyatını və ölkənizdə baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaqdır".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin dövlətinizin mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz öz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.
Bu gün Siz bütün qüvvənizi, biliyinizi və təcrübənizi Azərbaycan Respublikasının rifahı naminə sərf edərək planlarınızı yüksək səviyyədə real işlərə çevirirsiniz.
Sizin yüksək peşəkarlığınız, müasir siyasi təfəkkürünüz, məqsədyönlü işiniz Azərbaycanda sosial-iqtisadi inkişafa, onun sakinlərinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə şərait yaradır.
Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zali-aliləri, əziz qardaşım,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək qardaş xalqlarımız arasında qarşılıqlı hörmətə, məhsuldar əməkdaşlığa və ölkələrimizin fəal həmrəyliyinə əsaslanan əlaqələrdən məmnunluq duyduğumu bildirmək istəyirəm.
Mən Qadir Allahdan xalqlarımızın istəklərinə nail olmaları, daha xeyirli və təhlükəsiz gələcəkləri, sülh və sabitliyi, inkişaf, tərəqqi, birlik və həmrəylikləri üçün dua edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Çox hörmətli İlham Heydər oğlu,
İcazə verin, Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Malayziyanın XIV Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zali-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Malayziyanın Kralı və Kraliçası adından səmimi qəlbdən təbrik edirik. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi və arzularımızı çatdırırıq.
Dua edirik ki, Uca Allah Zati-alinizə və Azərbaycan Respublikasının xalqına daim davamlı inkişaf, sülh və tərəqqi bəxş etsin".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Yaponiyanın İmperatoru Akihito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zali-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, xoşbəxtliyiniz və ölkənizin xalqının rifahı üçün xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".
---------
16:41
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
28 May - Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Monteneqro ilə Azərbaycan arasında əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Əminəm ki, gələcək əməkdaşlığımız, dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da möhkəmlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, beynəlxalq aləmdə ölkələrimiz arasında nümunəvi əlaqələrin göstəricisi olan əməkdaşlığımızın inkişafına verdiyiniz şəxsi töhfələrinizi yüksək qiymətləndirdiyimizi bir daha ali diqqətinizə çatdırmaq istərdim. Ümumbəşəri dəyərlərə hörmət prinsipinə müştərək yanaşmamız qlobal sabitlik və tərəqqinin bərqərar olması istiqamətində atdığımız addımların göstəricisidir.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Dağıstan Respublikası Xalq Məclisinin sədri, Hökumətlərarası Komissiyanın həmsədri Xizri Şixsəidov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dağıstan və Azərbaycan xalqları arasında tarixən yaranmış mehriban qonşuluq ənənələrini, çoxtərəfli Rusiya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsini yüksək qiymətləndirərək əmin olduğumu bildirirəm ki, Dağıstan ilə Azərbaycanın dostluğu, qarşılıqlı anlaşması və əməkdaşlığı daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, qardaş Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə isə sülh və tərəqqi arzularımı çatdırım".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Prezidenti İsmayıl Safi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının bütün üzvləri adından təbrik edim.
Müstəqilliyini bərpa etdiyi qısa müddət ərzində Azərbaycan xalqı demokratik, konstitusiyalı və iqtisadi cəhətdən müstəqil dövlət qura bildi. Biz bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, rifah və tərəqqi arzulayaraq ümidvar olduğumuzu ifadə edirik ki, ölkənizdə hər zaman sülh, qarşılıqlı anlaşma və insanlar arasında dostluq olacaqdır.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə ən dərin ehtiramımı çatdırıram".
---------
14:48
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Latviyanın sabiq Prezidenti (1999-2007) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Xahiş edirəm Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə həyat yoldaşım, professor İmants Freyberqsin və mənim ən səmimi təbriklərimi qəbul edin. Sizə ən xoş arzularımızı çatdırır, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə tükənməz güc, davamlı uğurlar, xalqınıza isə rifah, xoşbəxtlik və çiçəklənmə diləyirik".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti vəzifəsini icra edən, Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Ukrayna Azərbaycan ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".
----------
13:59
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizi əmin etmək istəyirəm ki, Azərbaycanın timsalında öz etibarlı dostunu və müttəfiqini görən Qırğız Respublikası qarşılıqlı hörmətə və etimada əsaslanan hərtərəfli Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha dinamik inkişafına və möhkəmlənməsinə çalışacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, həmrəylik və rifah diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, dost Azərbaycan xalqına və Hökumətinə Çin Xalq Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.
Son illərdə ölkənizdə siyasi və ictimai sabitliyin möhkəmləndirilməsini, iqtisadiyyatın dinamik inkişafını, xalqın firavan yaşayışının təmin olunmasını və Azərbaycanın beynəlxalq statusunun daim yüksəlməsini müşahidə etmək bizi çox sevindirir. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqı öz ölkəsinin inkişafı yolunda daim yeni-yeni uğurlar əldə edəcəkdir.
Bu gün bizim dostluq münasibətlərimizin sarsılmaz əsası vardır və ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi əzmindədir. Bir neçə gün bundan əvvəl Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirakınız zamanı biz səmimi və faydalı görüş keçirdik. Görüşdə biz ikitərəfli münasibətlərin gələcək inkişafı və hər iki tərəfi maraqlandıran ümumi məsələlər barədə geniş fikir mübadiləsi apardıq, bir sıra mühüm məsələlərə dair ümumi anlaşmaya nail olduq.
Mən Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Mən qarşılıqlı etimadın dərinləşməsinə, praktiki əməkdaşlığın möhkəmlənməsinə, humanitar dialoqun genişlənməsinə və Çin-Azərbaycan münasibətlərinin inkişafına Sizinlə birgə öz töhfələrimi verməyə hazıram.
Zati-aliləri, Azərbaycana tərəqqi və qüdrət, xalqınıza xoşbəxtlik və əmin-amanlıq, Sizə möhkəm cansağlığı arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Rumıniyanın Prezidenti Trayan Besesku Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Rumıniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və tərəqqi arzularımı ifadə etməkdən böyük şərəf hissi duyuram.
Rumıniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsini fəal şəkildə dəstəkləyir. Eyni zamanda, Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və bu tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı vasitəsilə davamlı olaraq inkişaf etmiş dostluq əlaqələri ölkələrimizin iqtisadi əməkdaşlığının inkişafı üçün mövcud potensialdan tam istifadəyə əsas yaradır.
Əminəm ki, biz Rumıniya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşdirilməsinə birlikdə nail olacağıq. Mən böyük məmnuniyyətlə Sizi bu il Rumıniyaya səfərə dəvət etdiyimi bir daha diqqətinizə çatdırıram.
Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
---------
11:32
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Fransa Respublikasının Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Həmçinin bu yaxınlarda Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm.
Ümid edirəm ki, iyirmi ildə baş vermiş dəyişikliklərlə böyük təəssürat yaradan ölkəniz müasirlik və rifah yolunda irəliləməyə davam edəcəkdir.
Azərbaycanın ilk dəfə olaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi ölkənizə bu təşkilatın müdafiə etdiyi dəyərlərə bağlılığının ölçüsünü göstərməyə fürsət yaradacaqdır.
Son illərdə ölkələrimiz arasında əsl tərəfdaşlığın möhkəmlənməsi üçün dostluğu və əməkdaşlığı gücləndirə bilmişik. Səfərim zamanı Sizinlə söhbətimizdə qeyd etdiyimiz kimi, bu əməkdaşlığı konkret layihələrlə, xüsusilə də iqtisadiyyat, elm və ali təhsil sahələrində daha da dərinləşdirməkdə və şaxələndirməkdə davam etdirməyimizi arzulayıram.
Eyni zamanda, Fransanın Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllində aktiv fəaliyyətini davam etdirəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizdən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
-----------------
28.05.2014
15:19
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan ilə Nepal arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını və hökumətini Prezident Barak Obama və ABŞ xalqı adından təbrik edirəm.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji daşıyıcılarının şaxələndirilməsi və regional təhlükəsizliyin təşviqi ilə bağlı öhdəliklərə sadiqdirlər. Biz Azərbaycana NATO-nun Əfqanıstanda sülhyaratma missiyasındakı tərəfdaşlığına görə xüsusi minnətdarlığımızı bildiririk.
ABŞ demokratik institutların möhkəmləndirilməsinə, açıq bazar iqtisadiyyatının təşviqinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycan ilə əməkdaşlığa sadiqdir.
Siz bu əlamətdar bayramı qeyd etdiyiniz bir vaxtda ABŞ əlaqələrimizin inkişafına və Azərbaycan xalqının daha parlaq gələcəyinə inamını bir daha bəyan edir".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, "Russneft" Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Sizi dövlət bayramınız - Azərbaycan Respublikası Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat dinamik inkişaf edir, vətəndaşların rifahı yüksəlir və ölkənin beynəlxalq nüfuzu artır. Əminəm ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənizin inkişafı yolunda daim yeni-yeni uğurlar qazanacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına ən xoş və ən səmimi arzularımı çatdırır, ölkənizə daha firavan həyat diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu idarə heyətinin sədri Əli Sarıqaya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyətinin və üzv təşkilatlarının adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və tərəqqi arzu edirik.
Biz Sizin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun İslam Əməkdaşlıq Təşkilatı tərkibində beynəlxalq qurum kimi formalaşmasına və inkişafına göstərdiyiniz davamlı dəstəyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gəncləri arasında dostluğun möhkəmlənməsinə və inkişafına xidmət edən bu dəstək regionumuzun digər liderlərinə nümunədir.
Biz Azərbaycan Hökumətinin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Sizə təşəkkür edirik.
Zati-alinizə Azərbaycan Respublikasının inkişafı, gənclərin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Çox hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Azərbaycan iqtisadiyyatda və dövlətçiliyin möhkəmləndirilməsi sahəsində inamlı nailiyyətlər nümayiş etdirir. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolunun layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiyini əyani şəkildə təsdiq edir. Rusiya cəmiyyəti Rusiya ilə Azərbaycan arasında təşəkkül tapmış səmərəli və çoxşaxəli qarşılıqlı əlaqələri yüksək qiymətləndirir. Bu əlaqələrin təməlində xalqlarımızın zamanın sınağından çıxmış qardaşlıq, dostluq və mehriban qonşuluq münasibətləri dayanır.
Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının adından təbriklərimizi qəbul edin.
Sizə - görkəmli siyasət və dövlət xadiminə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycanın tərəqqisi və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Sizi əmin edirəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın bundan sonra da möhkəmlənməsinə çalışacağam.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza və ölkənizə rifah arzulayıram.
Sizi bir daha salamlayır, Zati-alinizə Ulu Tanrıdan xeyir və bərəkət diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Bu əlamətdar bayram günündə xalqınıza xoşbəxtlik, ölkənizə daha böyük uğurlar arzulayıram.
Sizi əmin etmək istərdim ki, ölkələrimizin ümumi mənafeyi naminə Librevil ilə Bakı arasında əməkdaşlığın daha dinamik inkişafının tərəfdarıyıq".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Qardaş Azərbaycan xalqının milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına davamlı inkişaf və yüksək rifah diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Misir Ərəb Respublikasının müvəqqəti Prezidenti Adli Mənsur Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramının növbəti ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gün münasibətilə Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Fürsətdən istifadə edərək, Sizə böyük ehtiramımı çatdırıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqına daha çox inkişaf və rifah arzularımı bildirməkdən məmnunluq duyuram.
Bu xoş arzularla bərabər, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək üçün Sizinlə birlikdə işləməyə həmişə hazır olduğumu ifadə etmək istəyirəm.
Zati-aliləri cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Çex Respublikasının Prezidenti Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Əminəm ki, Sizin Yunanıstana rəsmi səfəriniz ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gələcək illər ərzində hər iki xalqın qarşılıqlı mənafeyinə uyğun olaraq inkişaf etdirəcəkdir.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına bir daha tərəqqi və rifah, Sizə möhkəm cansağlığı arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində keçirdiyimiz son görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram.
Mən Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan yaxşı münasibətləri çox yüksək dəyərləndirir və inanıram ki, bu münasibətlər ölkələrimizin artan rifahına töhfəsini verəcəkdir.
Hörmətli cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan xalqına əmin-amanlıq və rifah arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Macarıstanın Prezidenti Yanoş Aderdə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Sizi əmin edirəm ki, Macarıstan Azərbaycan ilə əlaqələrin dinamik inkişafında və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".
---------
18:39
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Daşkəndin və Özbəkistanın mitropoliti, Orta Asiya Mitropolit Dairəsinin rəhbəri Vikenti Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Çox hörmətli cənab Prezident,
Azərbaycan Respublikası beynəlxalq aləmdə layiqli yer tutur. Sizin gözəl ölkənizdə hər il qazanılan uğurları dünyanın bütün dövlətləri böyük maraqla izləyir.
Müasir Azərbaycan çoxmillətli xalqın xoşbəxt və firavan həyatı, qurucu əməyi, tərəqqi yolu ilə ardıcıl irəliləməsi üçün hər cür şəraitin yaradıldığı, iqtisadiyyatın inkişafının təmin edildiyi, demokratiya təsisatlarının qurulduğu ölkədir. Onun ən böyük uğuru isə, şübhəsiz, Azərbaycan Respublikasının ərazisində yaşayan müxtəlif millətlərin və xalqların nümayəndələri arasında sarsılmaz sülh və qarşılıqlı anlaşmadır.
Cənab Prezident, sevimli ölkənizin iqtisadi, sosial, mədəni və mənəvi tərəqqisi işinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Respublikasında mənəviyyatın, vətənpərvərliyin, əxlaqi idealların bərqərar olmasında Sizin görkəmli xidmətləriniz və əməyiniz hamıya məlumdur.
Siz Vətənin layiqli oğlu kimi öz parlaq zəkanızın bütün qüvvəsini, yüksək istedadınızı və geniş qəlbinizi hamı tərəfindən qəbul edilən, şanlı və firavan dövlət qurulmasına həsr edirsiniz. Azərbaycan Respublikasının ərazisində yaşayan insanlar bu gün ölkədə sabitliyi və sülhü, müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı, asayişi, rifahı və həyatın bütün sahələrində gələcək tərəqqini Sizin adınızla və atanız Heydər Əliyevin adı ilə bağlayırlar.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, böyük uğurlar diləyir, şanlı Vətən naminə, Azərbaycan Respublikasının şanlı xalqı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Ulu Tanrının Sizə yardımçı olmasını arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri cənab Prezident,
Türk dünyasında qurulan ilk respublikanın və bu il yaradılmasının 96-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Respublikası Zati-alinizin müdrik və uğurlu rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Zati-alinizin hərtərəfli dəstəyi sayəsində Azərbaycanın türkdilli dövlətləri arasında sürətlə inkişaf edən əməkdaşlığa verdiyi mühüm töhfələri çox yüksək qiymətləndiririk.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Çox hörmətli İlham Heydər oğlu,
İcazə verin, Sizə ehtiramımı bildirim və milli bayramınız - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.
Bu əlamətdar gündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, əmin-amanlıq və ölkənizin rifahı naminə yeni zəfərlər arzulayıram.
Ötən onilliklər ərzində Sizin ölkəniz iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq aləmdə nüfuzunu möhkəmlətmişdir.
Biz Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər ölkələrimizin xalqları naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, konstruktiv əməkdaşlığın etibarlı qarantına çevriləcəkdir".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə ölkənizin inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və torpaqlarımızın işğalına son qoymaq və müstəqil Fələstin Dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz qətiyyətli dəstəyə və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.
Zati-aliləri, bir daha səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq münasibətlərinin inkişafını arzulamaqdan sonsuz məmnunluq duyuram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Livan Respublikasının Prezidenti General Mişel Süleyman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Livan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xoşbəxtlik və uğurlar diləyir, Azərbaycan xalqına rifah arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Ənənəvi dostluq əlaqələrimizi daha da inkişaf etdirmək üçün Zati-alinizlə birgə çalışmaq mənim üçün çox xoşdur.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah arzularımı çatdırıram".
X X X
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Meksika xalqı adından təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, hökumətimin ölkələrimiz arasında mövcud əlaqələri möhkəmləndirmək üçün birgə səy göstərməyə hazır olduğunu bir daha təsdiqləyirəm.
Zati-aliləri, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Təbrikdə deyilir:
"Zati-aliləri,
İcazə verin, bu əlamətdar gündə bir daha əmin olduğumu bildirim ki, ölkələrimiz arasındakı sıx və səmimi münasibətlər xalqlarımızın maraqları naminə inkişaf edəcək və güclənəcəkdir.
Zati-aliləri, ən xoş arzularımı və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyv Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Milli bayram - Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırıram.
Azərbaycan ilə Avstraliya arasındakı münasibətlərin davamlı inkişafını vurğulamaqdan məmnunluq hissi keçirirəm. Kanberra şəhərində Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərimizi, xalqlarımızın əlaqələrinin genişlənməsini və ölkələrimiz arasında ticari əməkdaşlığın inkişafını möhkəmləndirmişdir.
Avstraliya 2013-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan ilə birgə işləməkdən məmnun olmuşdur. Təhlükəsizlik Şurasındakı mandatımızın 2014-cü ildə qalan müddətində Avstraliya qarşılıqlı maraq doğuran məsələlərdə, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqində Azərbaycan ilə birlikdə çalışmağa davam edəcəkdir.
Avstraliyanın terrorla mübarizə üzrə səfiri Bil Fişerin 2013-cü ilin sentyabrında Bakıya səfəri təhlükəsizlik məsələləri sahəsində Azərbaycan ilə əməkdaşlığa olan marağımızın göstəricisidir.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti ildə də inkişaf edəcəkdir".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Tacikistan Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən çoxşaxəli qarşılıqlı əlaqələrin səviyyəsini Tacikistanda yüksək qiymətləndirirlər.
Biz bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq etmək və bu istəyimizi müasir dövrün tələblərinə cavab verən yeni məzmunla zənginləşdirmək əzmindəyik.
Əminəm ki, Sizin Tacikistana nəzərdə tutulan rəsmi səfəriniz ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və möhkəmlənməsinə yeni təkan verəcəkdir. Sizi əmin etmək istəyirəm ki, Tacikistan bu nəcib məqsədlərə nail olmaq üçün əlindən gələni edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İcazə verin, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim!
Böyük Azərbaycan şairi, alim, mütəfəkkir və filosof Nizami Gəncəvi demişdir:
"Yaltaq zəncirini şir qırdı, atdı,
Odur, böyüklüyə dünyada çatdı".
Bu sözlər müasir Azərbaycanı son dərəcə dəqiq səciyyələndirir.
Azərbaycan müstəqillik illəri ərzində bir dövlət kimi təşəkkül tapmışdır. Qeyd etmək istəyirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkə postsovet məkanında bəlkə də yeganə dövlətdir ki, orada yaxşılığa doğru dəyişikliklər ardıcıl və fasiləsiz həyata keçirilir. Əlbəttə, həmin prosesin başlanğıcında Sizin atanız, Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasi xadim, Prezident Heydər Əliyevin xüsusi rolunu qeyd etmək lazımdır.
Hörmətli cənab Prezident, sürətli iqtisadi inkişaf, yoxsulluğun azalması, təhsilin səviyyəsinin yüksəlməsi, beynəlxalq aləmdə uğurlar Sizin və müstəqil Azərbaycan Respublikası xalqının qazandığı nailiyyətlərin yalnız bir qismidir.
Əlbəttə, çətinliklər də vardır. Bu, ilk növbədə, işğal olunmuş ərazilərin azad edilməsi problemidir. Təəssüflə qeyd etməliyik ki, bu məsələdə dünya birliyinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail ola bilməməsi, Minsk qrupunun fəal mövqe tutmaması problemin həllini ləngidir. Lakin Azərbaycanın bu məsələdə ədalətə nail olmaq istiqamətində ardıcıl səyləri mənə bunu əminliklə söyləməyə əsas verir ki, təcavüzkar tezliklə Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyə məcbur olacaqdır.
Azərbaycandan olan və hazırda Ermənistanda yaşayan erməni qaçqınlar artıq indi mənə müraciət edir, Ermənistanda onların hüquqlarının həyasızcasına pozulmasını və çiçəklənən Azərbaycana qayıtmaq istədiklərini söyləyirlər.
Sizin Respublika Gününüzü mən həqiqətən özüm üçün də bayram hesab edirəm. Çünki Sizin ölkənizlə dostluq etməyimə, Sizinlə şəxsən tanış olmağıma və Azərbaycan xalqının hörmətini qazanmağıma görə fəxr edirəm. Sizə, ailənizə və gözəl Azərbaycan xalqına daha böyük firavanlıq arzu edirəm.
Bayramınız mübarək!"
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, 1994-2005-ci illərdə Ukraynanın Prezidenti olmuş Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan öz zəngin iqtisadi və insan potensialını ardıcıl və məsuliyyətlə reallaşdıran, dinamik inkişaf edən dövlətdir. Bu dövlətdə gələcəyə istiqamətlənmək əcdadlarımızın ənənələrinə sədaqətlə, ötəri olmayan mənəvi dəyərlərin dirçəldilməsi ilə harmonik şəkildə birləşir.
Əminəm ki, Azərbaycanın qazandığı uğurlar çox cəhətdən güclü prezident hakimiyyəti təsisatının qorunub saxlanması ilə bağlıdır.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".
---------
17:19
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu gün Azərbaycan Respublikası inkişaf etməkdə olan müasir dövlətdir. Bu, Sizin həyata keçirdiyiniz, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə, dünya arenasında onun nüfuzunun artırılmasına və vətəndaşların maddi rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyət xəttinizin düzgünlüyünü əyani şəkildə təsdiq edir.
Əminəm ki, Belarus-Azərbaycan müştərək layihələrinin uğurla həyata keçirilməsi bütün sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qardaş xalqlarımız arasında ənənəvi dostluq tellərinin möhkəmlənməsinə şərait yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə sülh və firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahələrdə qazanılan sanballı uğurları, Sizin rəhbərliyinizlə həyata keçirilən, əsas məqsədi ölkəni tərəqqi və firavanlıq yolu ilə inamla irəlilətmək, milli dövlətçiliyin əsaslarını hərtərəfli möhkəmlətmək və beynəlxalq aləmdə ölkənin nüfuzunu yüksəltmək olan genişmiqyaslı dəyişiklikləri Özbəkistanda məmnuniyyətlə qeyd edirlər.
Mən qəti əminəm ki, xalqlarımız arasında çoxəsrlik müştərək tarixə və mədəniyyətə əsaslanan dostluq və qarşılıqlı anlaşma əlaqələri, beynəlxalq və regional xarakterli müxtəlif problemlərə dair siyasi dialoqun yüksək səviyyəsi uzunmüddətli Özbəkistan-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi və genişlənməsi üçün etibarlı zəmindir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və məsul ali dövləti fəaliyyətinizdə hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, NorveçinKralı V Harald Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətləri ölkələrimizin tərəqqisi və sabitliyi naminə qarşılıqlı maraqlarımıza əsaslanan Serbiya-Azərbaycan strateji əlaqələrinin gələcəkdə də inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəkdir.
Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan Respublikasına bir daha minnətdarlığımı bildirmək istərdim.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Qoy, Tanrı xalqınıza sülh, firavanlıq və gözəl həyat bəxş etsin. Ulu Tanrının nəzərləri xalqınızın, Sizin və hökumətinizin başı üzərindən heç vaxt əskik olmasın".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.
İcazə verin, İsveçrənin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni sahələrdəki dostluq əlaqələrini gələcəkdə də inkişaf etdirməkdə maraqlı olduğunu bir daha təsdiqləyim.
Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ATƏT-in fəaliyyətdə olan sədri və Konfederasiyanın Prezidenti kimi 2014-cü il iyunun 2-də Azərbaycana səfərimi və Sizinlə ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək görüşümüzü səbirsizliklə gözləyirəm".
-----------------
26.05.2014
16:25
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq münasibətləri Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinin etibarlı təməli kimi bundan sonra da inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, xoşbəxtlik və rifah diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
28 May - Respublika Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.
Dəstəyini, diqqət və qayğısını daim hiss etdiyimiz Zati-alinizin müdrik rəhbərliyi sayəsində Azərbaycan Respublikası bütün sahələrdə inkişaf edərək dünyanın siyasi və mədəni həyatında özünəməxsus dəst-xətti ilə yeni uğurlar qazanmaqdadır.
Əminəm ki, zəngin Azərbaycan mədəniyyəti və incəsənəti bundan sonra da TÜRKSOY tərəfindən təşkil olunacaq mötəbər beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edəcək və dünya mədəniyyətinin inkişafına töhfələrini verəcəkdir.
Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını bu duyğularla bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin ehtiramımı bildirirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasında yaranmış qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir. Qəti əminəm ki, bu münasibətlər Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İtaliya Respublikasının Prezidenti Corcio Napolitano Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Milli bayram - Respublika Günü münasibətilə dost Azərbaycan xalqına İtaliya xalqı adından və öz adımdan səmimi sülh və rifah arzularımı bildirirəm.
Əminəm ki, ölkələrimiz və Bakı ilə Roma arasındakı sıx dostluq münasibətlərindən bəhrələnən səmərəli əməkdaşlığımız müxtəlif sahələr üzrə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Ümidvaram ki, Roma ilə Bakı arasında əlaqələr ölkənizin Avropa İttifaqı ilə geniş münasibətləri çərçivəsində daha da zənginləşəcəkdir.
Sizinlə Romada görüşmək ümidi ilə Zati-alinizə və xalqınıza möhkəm cansağlığı arzu edirəm".
---------
16:03
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.
Bu xoş fürsətdən istifadə edərək, İslam İnkişaf Bankı Qrupunun üzv dövlətlər arasında davamlı tərəqqi üçün əməkdaşlıq ruhunu təşviq etmək yönündəki səylərinə Azərbaycanın verdiyi dəyərli dəstəkdən qürur hissi keçirdiyimi bildirmək istəyirəm.
Zati-alinizi əmin etmək istəyirəm ki, İslam İnkişaf Bankı Qrupu Azərbaycanın sosial-iqtisadi inkişafına və quruma üzv ölkələrlə əməkdaşlığı gücləndirməyə dəstəyini davam etdirəcəkdir.
Möhtərəm Prezident, Sizə ən yüksək ehtiramımı çatdırıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, qardaş Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və arzularımızı çatdırıram.
Zati-alinizin və Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatının öz məqsədlərini yerinə yetirməsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirir və qardaş Azərbaycan xalqına Sizin ali rəhbərliyiniz altında davamlı inkişaf və rifah arzu edirəm.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli Prezidentim,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan ən xoş arzularımı bildirirəm.
Türk dövlətləri arasında uzun illərdir davam edən birliyin geniş əməkdaşlığa çevrilməsini hədəfləyən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünya ölkələri arasında nüfuzu ilbəil artmaqda olan Azərbaycanın da böyük dəstəyi ilə hədəflədiyi yolda özünü daha güclü hiss etməkdədir.
Zati-alinizin liderliyi ilə inkişaf edən Azərbaycanın əlamətdar bayramını təbrik edir, bütün Azərbaycan xalqına rifah, cansağlığı və xoşbəxtlik diləyirəm".
---------
15:31
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyur, qarşıdakı ildə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Sizin ölkənin beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir. Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın "Cənub" qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil etmişdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır.
Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.
Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu,
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Koreya Respublikasının Prezidenti Xanım Pak Kın He Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Ötən illər ərzində ölkələrimiz arasında inkişaf edən və genişlənən əlaqələrin gələcək illərdə daha da möhkəmlənəcəyinə səmimi qəlbdən inanıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı diləyir və güclü ölkənizə daimi tərəqqi arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Zati-alinizi səmimi qəlbdən təbrik edir, xoş arzularımı çatdırır, ölkənizə hərtərəfli inkişaf və rifah diləyirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini xüsusi vurğulamaq istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.
Əminəm ki, Sloveniya ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda regionda və onun xaricində sülh, anlaşma və sabitlik maraqlarına xidmət edəcəkdir.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İsveçin Kralı Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bildirirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin xalqlarımızın və beynəlxalq ictimaiyyətin ümumi rifahı üçün bundan sonra da inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.
Zati-aliləri, Sizə xoşbəxtlik diləyir, dost Azərbaycan xalqına rifah arzularımı və yüksək ehtiramımı çatdırıram".
Milli.Az