"YAP hər zaman dialoqların və əməkdaşlığın tərəfdarı olub"
"Yeni Azərbaycan Partiyasının Partiyalararası əlaqələr və dialoq Komissiyasının işi çox faydalı olacaq". Bu barədə "Kaspi"yə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib.Seymur Orucov: "Bizim üçün əsas amal dövlətin, millətin maraqlarının qorunmasıdır"
Qeyd edib ki, komissiyanın sədrinin Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri cənab Əli Həsənov olması onlar üçün bir üstünlükdür: "Əkb müəllim həm də beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Ona görə də düşünürəm ki, partiyalararası dialoqun, eləcə də bu istiqamətdə işlərin tənzimlənməsində bizə çox yardımçı olacaq. Elə Komissiyanın ilk iclasından da bu əhval-ruhiyyə sezilməkdə idi. Orada bir sıra məsələlər, müəyyən tezislər ətrafında səmimi müzakirələr aparıldı, təkliflər səsləndirildi".
S.Orucov deyib ki, YAP hər zaman dialoqun və əməkdaşlığın tərəfdarı olub. Prezident İlham Əliyev dinlərarası dialoq, dünyadakı multikulturalizm, mədəniyyətlərarası dialoqla bağlı hər zaman müsbət mənada çağırışlar edib, bununla bağlı Azərbaycanda ənənəvi olaraq hər il möhtəşəm beynəlxalq tədbirlər keçirilib. YAP əvvəllər olduğu kimi, bundan sonra da dialoqun tərəfdarı olacaq: "Bu gün də sevindirici hal odur ki, bizim çalışdığımız, Prezident İlham Əliyevin rəhbəri olduğu partiya dialoqla, partiyalararası əməkdaşlıqla bağlı Komissiya yaradıb. Komissiyanın məqsədi budur ki, Azərbaycanda parlamentdə təmsil olunan siyasi partiyaların birgə fəaliyyəti təşkil olunsun, Azərbaycanın ümummilli maraqlarının qorunması, problemlərimizin dünyaya çatdırılması istiqamətində birgə hərəkət edilsin. Komissiyanın ilk iclasında da bu məqsəd, bu amal bir daha ortaya qoyuldu.
Komissiyasının ilk iclasında universitetlərin politologiya ixtisasında təhsil alan gənclərin partiyalararası əməkdaşlıqda və dialoqdakı rolunu artırmaqla bağlı da fikirlər səsləndirildi. Təklif etdim ki, bu istiqamətdə fəaliyyət Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə birgə həyata keçirilsin. Çünki üzvlərimizin bir çoxu tələbə, magistr, aspirant, gənc tədqiqatçıdır. Onların imkanlarından, potensialından müsbət mənada yararlanmaq olar. Düzdür, bu təkliflə bağlı hələlik hər hansı qərar verilməyib. Amma ümumilikdə baxdıqda dialoq, birləşmək çağırışları ilə ümummilli maraqlar ətrafında birləşmək, bu istiqamətdə tədbirlər təqdirəlayiqdir. Yeni Azərbaycan Partiyasının bu cür təşəbbüsdə bulunması onu göstərir ki, partiyamız dünənin, bu günün, gələcəyin partiyasıdır. Amalı, məqsədi Azərbaycana, onun dövlətçiliyinə, daha da möhkəmlənməsinə xidmət etməkdən ibarətdir".
S.Orucov parlamentdə təmsil olunan siyasi partiyalarla əməkdaşlığın Milli Məclisdə təmsil olunmayan partiyalarla mümkünlüyündən də söhbət açıb: "Bizim üçün əsas amal dövlətin, millətin maraqlarının qorunmasıdır. Çox təəssüflər olsun ki, bizim parlamentdə təmsil olunmayan bəzi siyasi partiyalarımız Azərbaycan dövlətçiliyi, millətçiliyi üçün heç bir zaman əllərini daşın altına qoymayıblar. Heç bir zaman hansısa təşəbbüsdə bulunmayıblar. Onlar üçün həyatda bir mövqe yoxdur. Hətta həmin partiya sədrlərindən biri öz üzvləri qarşısında çıxışı zamanı bildirmişdi ki, biz iqtidar olmaq üçün şeytanla belə əməkdaşlığa hazırıq. Belə əqidə sahibi ilə necə dialoq qurmaq olar? Yaxud bu gün Qarabağ məsələsində, Azərbaycana qarşı törədilmiş soyqırımıların ifşa olunması istiqamətində təşəbbüs göstərməyən bir partiya ilə necə əməkdaşlıq edə bilərik? Birincisi onlar bu səviyyəyə çatmalıdırlar. Onların bir çoxu xaricdə fəaliyyət göstərən xüsusi xidmət orqanlarına, onlarla birgə əməkdaşlıq edən təşkilatlara xidmət edir, yaxud onlarla birgə hərəkət edirlər. Düşünürəm ki, bu kimi məsələlər onlarla əməkdaşlıq etməmizə rəvac vermir. Bizim üçün əsas məsələ Azərbaycanın, dövlətimizin milli maraqları, ən böyük dərdimiz isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlıdır. Əgər bir siyasi partiya və ya təşkilat mövqeyindən asılı olmayaraq bu addımı atmaq istəmirsə, ulu öndərimizin yaratdığı partiya və onun gənclər təşkilatı onlarla əməkdaşlığa gedə bilməz".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
XƏBƏR LENTİ
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi





