Siyasət

Azərbaycana qarşı işləyən QHT-lər cəzalanmalıdır

15 Aprel 2014 18:09
0 Şərh     Baxış: 527
"Hüquq mühafizə orqanları hansı QHT-yə belə vəsaitlərin verilməsini ortaya çıxarmalı və cəmiyyətə məlumat verməlidir".

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına açıqlamasında millət vəkili Fəzail Ağamalı mətbuatda Azərbaycanda iğtişaşlar yaradılması üçün bəzi QHT-lərə külli miqdarda vəsait ayrıldığı barədə yazırlanlara münasibət bildirərkə deyib.

Bəzi KİV-in məlumatına görə, həmin vəsait naməlum istiqamətdə, naməlum məqsədlərlə xərclənir. Belə bir təəssürat yaranır ki, hansısa QHT şəbəkəsi xaricdən gələn vəsaitlərlə işləyir.

Millət vəkili isə hesab edir ki, bu cür QHT-lərə qarşı qanun çərçivsində sərt cəzalar tətbiq edilməlidir. O xatırladıb ki, Azərbaycanda vəziyyətin gərginləşməsinə, konstitusyon hökumətin dəyişməsinə yönələn QHT-lərin fəaliyyəti qadağan olunub.

"Hüquq mühafizə orqanları çox dəqiq təhqiqat aparmalı və bütün faktları üzə çıxarmalıdırlar. Əgər belə hallar mövcuddursa, bütün dəqiqliyi ilə mətbuatda dərc olunmalıdır", - o vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.