Bəzi xarici qeyri-hökumət təşkilatları uzun müddət "demokratiya" adı altında Azərbaycanda öz şəbəkələrini yaratmaqla və genişləndirməklə cəmiyyətə təsir göstərməyə cəhd göstərsələr də, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda öz istəklərinə nail ola bilmədilər.
Bu barədə Trend-ə millət vəkili, professor Musa Qasımlı deyib.
Millət vəkilinin sözlərinə görə, ona görə nail ola bilmədilər ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət bütövlükdə hər bir Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəlməsinə hesablanıb.
M.Qasımlı bildirib ki, Azərbaycan heç bir zaman yad təsirləri qəbul etməyib, demokratiyaya doğru inkişafını müəyyənləşdirib: "İkinci bir tərəfdən, Azərbaycanı bu cür QHT-lərin fəaliyyət göstərdiyi digər ölkələrlə qətiyyən müqayisə etmək olmaz. Son 20 ildən artıq bir müddət ərzində Azərbaycan görünməmiş inkişaf yolu keçib. Ərazilərinin bir hissəsinin işğal altında olmasına baxmayaraq, Azərbaycan qurulan, yenidən tikilən bir məmləkətə çevrilib".
Millət vəkili əlavə edib ki, bu inkişaf təkcə ölkəmizin paytaxtı Bakıda deyil, bütün regionlarda, hətta ən ucqar dağ kəndlərində belə aydın şəkildə görünür: "Belə bir şəraitdə insanlar hansısa QHT-lərin boş vədlərinə, təbliğatına deyil, konkret görülən işlərə inanırlar. Konkret görülən işlər isə göz qabağındadır. Bu işlər Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına və dövlətin güclü olmasına yönəlib".
M.Qasımlı əlavə edib ki, ona görə də demokratik dövlət quruculuğu Azərbaycan xalqının və hakimiyyətinin iradəsi ilə bağlıdır, xaricdən hər hansı bir müdaxilə isə indiyə qədər olduğu kimi, bundan sonra da iflasa uğrayacaq: "Əlbəttə, ölkəmizdəki QHT-lər xarici ölkələrdəki müəyyən beynəlxalq QHT-lərlə əməkdaşlıq etməlidirlər. Bu, normal haldır. Azərbaycan açıq cəmiyyətdir. Amma Azərbaycan dövləti o qədər güclüdür ki, kənardan hər hansı bir müdaxilə heç zaman uğur qazana bilməz. Azərbaycanda hakimiyyət ilə xalq arasında sıx birliyin olması bunun təminatıdır".
Milli.Az
Siyasət
Deputat: "Azərbaycana xaricdən hər hansı bir müdaxilə indiyə qədər olduğu kimi, bundan sonra da iflasa uğrayacaq"
15 Aprel 2014 14:25
Baxış: 374
DİGƏR XƏBƏRLƏR
- 10 il əvvəl və indi: xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi – TƏFƏRRÜAT
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib - FOTO
- COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü bunun vacibliyini təsdiqləyəcək
- Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
- İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
- Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
- Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir
- Maaşın saat hesabı ilə ödənməsi işçiyə sərf edir?
- Bir-birilərini məhkəməylə hədələdilər! - Ağır ittihamlar
- Ruslar yenidən hərbi texnikalarını Belarusa göndərir
- Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- FHN Bakıda gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb
- Bakıda yolu keçən gənc qızı avtomobil vurub
- Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI
- Zaur Baxşəliyevin ailəsində xoş gün - VİDEO
- “Yuventus” 15-ci dəfə İtaliya kubokunu qazanıb
- Tavuşda niyə 1976-cı il xəritəsi əsas götürüldü? – İrəvanın izahı
- Robert Fitsoya neçə güllə atılıb? - Nazir
- Parlament baş nazirə görə iclasları təxirə saldı
- Devid Kopperfild təcavüzdə günahlandırılır
- 10 il əvvəl və indi: xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi – TƏFƏRRÜAT
- Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışda
- Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı...
- Fitsonun həyati təhlükəsi… - Baş nazirin müavini
- İngiltərədə VAR sistemi ləğv edilə bilər
- Nurəddin Mehdixanlının nəvələri - FOTO
- Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
- Putini Çində fəxri qarovul dəstəsi qarşıladı
- Tahir Baxşıyev: “İkinci oyun daha çətin olacaq”