Siyasət

Ermənistan ordusu atəşkəs rejimini müxtəlif istiqamətlərdə pozub

7 Aprel 2014 09:33
0 Şərh     Baxış: 672
Cəbhədə növbəti dəfə atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Şıxlar kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Göygöl və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.