Siyasət

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcək

5 Aprel 2014 20:41
0 Şərh     Baxış: 1 312

Trend Müdafiyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, аprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
 

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.

Aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.